Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Cabbarova Lalə Məhəmməd qızı

Psixologiya üzrə fəlsəfə doktoru

BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının dosenti

Tel: (+994 12) 537-19-25

е-mail: [email protected]

[email protected]

 

QISA BİOQRAFİK  MƏLUMAT

1975-ci il iyul ayının 9-da Bakı şəhərində anadan olmuşdur. 1982-1992-ci illərdə Bakı şəhərindəki 44 saylı orta məktəbdə ilk təhsilini almışdır.

  1. 1992 –ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya şöbəsinə daxil olmuşdur. 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirdikdən sonra, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasında müəllim vəzifəsinə təyin olunmuşdur.

2009-cu ildən hazırkı dövrə kimi BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasında dosent vəzifəsində çalışır.

2011-ci ildə elmi-pedaqoji fəaliyyəti, gənc nəslin yetişdirilməsindəki xidmətlərinə görə BDU-nun rəhbərliyi tərəfindən «Fəxri fərman»la təltif edilmişdir.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1998-2002-ci illərdə BDU-nun dissertantura şöbəsində qiyabi təhsil almışdır.

2002-ci ildə 19.00.05-sosial psixologiya ixtisası üzrə “Müasir şəraitdə tənhalığın sosial-psixoloji problemləri”  mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və psixologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

2010 - cu ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir.

2014-cü ildə Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasında elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə doktoranturaya qəbul olunmuşdur. Hal-hazırda “Medianın cəmiyyətdə şəxsiyyətlərarası münasibətlər və mənəvi dəyərlər sisteminə təsirinin sosial – psixoloji aspektləri” (6114.01 - Sosial psixologiya) mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

ƏMƏK FƏALİYYƏTİ

1997-2009 – BDU-nun Psixologiya kafedrasında müəllim , baş müəllim və dosent;

2003-2007 – Azərbaycan Milli Aviasiya Akademiyasının Aviasiya psixofiziologiyası və reabilitasiya kafedrasında əvəzçilik üzrə müəllim;

2003-2006-  psixologiya elmləri üzrə N 02.014 – Dissertasiya Şurası yanında Elmi Seminarın elmi katibi;

2003- 2015 - psixologiya elmləri üzrə N 02.014 – Dissertasiya Şurası yanında Elmi Seminarın üzvü;

2006-2007- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri;

2015-hazırkı dövrə kimi - psixologiya elmləri üzrə FD 02.014 – Dissertasiya Şurasının üzvü;

2014-hazırkı dövrə kimi – Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində yaradılmış SABAH qruplarında müəllim;

2009-hazırkı dövrə kimi – BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasında dosent kimi fəaliyyət göstərir.

TƏDRİS ETDİYİ FƏNLƏR

«Deprivasiya problemi: nəzəriyyə və təcrübə», «İslah psixologiyası», «İbtidai istintaqın psixoloji əsasları»,  «Psixoloji praktikum», «Ümumi psixologiya» kursunun «Duyğu və qavrayış», «Diqqət və hafizə» bölmələri və qeyri-ixtisas fakültələrində  «Psixologiya» fənləri üzrə mühazirə, seminar və laborator məşğələ dərsləri aparmışdır.

Hal-hazırda «Sosial psixologiya», «Sosial-psixoloji treninq: nəzəriyyə və təcrübə», «Psixologiya» fənləri üzrə mühazirə və seminar dərsləri aparır.

TƏDQİQAT SAHƏSİ

Sosial-psixoloji problemlər, o cümlədən, müasir dövrdə ünsiyyət sahəsində problemlər, tənhalıq və yadlaşma, medianın və müasir informasiya texnologiyalarınıın psixoloji təsir məsələləri ilə bağlı tədqiqatlar aparır.

 

 

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR

  • Bakı Amerika Mərkəzi tərəfindən təşkil edilən “Akademik Yazı” kursu (Payız 2016 – Bahar 2017)
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və ADA Universiteti tərəfindən təşkil olunmuş “SABAH” Qrupları müəllimləri üçün qış akademiyası: Təcrübəyə əsaslanan tədris; Tədris prosesinin keyfiyyətinin yüksəldilməsində tətbiqi tədqiqatın rolu; Akademik yazı üslubu: elmi məqalələrin yazılma normaları.
  • (16-19 yanvar 2017)
  • International Early Childhood Education Congress,  Istanbul, Türkiyə (18-20 mart, 2016)
  • International Counseling and Education Conference,  Istanbul, Türkiyə (3-5 may, 2012)
  • UNICEF and EducAid tərəfindən təşkil olunmuş treninq: "Uşaqların müdafiəsində sosial işin metodologiyası"  (2-3-4 iyul 2008)
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi/UNİCEF/OSCE tərəfindən təşkil olunmuş təlim kursu: "Qanunla ziddiyyətdə olan yetkinlik yaşına çatmayanlarla sosial işin qurulması" (12-16 noyabr, 2007)
  • Avropa İttifaqı TACİS proqramı / Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Azərbaycanda Sosial Müdafiə Sisteminin İslahatı” layihəsi çərçivəsində Sosial iş sahəsində Təlimçilər üçün Təlim Kursu (20 AKTS) (5 yanvar-15 dekabr, 2007)
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qısa müddətli (36 saat) ixtisasartırma kursu: "Azərbaycan Respublikasında gənclər siyasəti"
  • (5-10 fevral, 2007)
  • IFP tərəfindən təşkil olunmuş treninqlər: "Sosial işdə tədqiqatların keçirilməsi" (fevral, 2007 ); "Psixi sağlamlıq sahəsində sosial iş" (iyun, 2007 )
  • “Sosial iş təcrübəsi”(may, 2006); “Sillabusların hazırlanması”(2006);
  • Azərbaycan Psixiatrlar Assosiasiyası tərəfindən təşkil olunmuş treninq: "Koqnitiv-biheviorial terapiya” (2005)
  • BTMM tərəfindən təşkil olunmuş yay məktəbi:  Summer School on Social Work Curriculum Development (12-16/08/2003)
  • Qərb Universiteti/Gender Araşdırmaları Mərkəzi tərəfindən təşkil olunmuş treninq: “Gender probleminin psixoloji aspektləri” (15-19/04/2003)

 

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

  • 2003-2006 - «BDU-da «Sosial iş» ixtisası üzrə magistr proqramının təşkili» adlı beynəlxalq layihə (BEIC və OSI-nin dəstəyi ilə);
  • 2007-2008- «Yuvinal Ədliyyə layihəsi» çərçivəsində «Uşaq və gənclərin sosial reabilitasiya mərkəzi»ndə sosial iş üzrə məsləhətçi(UNICEF, OSCE);
  • 2007- 2008 – Aİ TACİS –in «Azərbaycanda Sosial Müdafiə Sisteminin İslahatı» layihəsində Sosial iş üzrə sertifikatlı kurslarda trener.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Cabbarova L. Psixologiyada tənhalıq problemi. Bakı: «Azərbaycanfilm» kinostudiyasının nəşriyyat istehsalat birliyi, 1997, 128 s.
  • Cabbarova L. Tənhalıq halətinin aradan qaldırılmasında dinin rolu. Aspirantların və gənc tədqiqatçıların BDU-nun 80 illiyinə həsr olunmuş elmi konfransının tezisləri. II hissə, Bakı, 2000, səh. 152-153.
  • Cabbarova L. Elmi-texniki tərəqqi və ünsiyyət problemləri. «Bakı Universitetinin xəbərləri» jurnalı /Sosial-siyasi elmlər seriyası/, №1-2, Bakı, 2001, səh. 23-34.
  • Cabbarova L. Yüksək urbanizasiya şəraitində ünsiyyət problemləri. «Psixologiya» jurnalı, №1-2, Bakı, 2001, səh. 28-36.
  • Cabbarova L. Tənhalıq problemi və onun psixoloji mahiyyəti. Ə.S.Bayramovun  «Etnik psixologiya» (Ali məktəblər üçün dərslik)kitabında. Bakı: «Renessans», 2001, səh. 325-346
  • Cabbarova L. Müasir sosial problemlər. "Həyat və fəaliyyətin müxtəlif dairələrində sosial iş" ixtisaslaşması üzrə magistr pilləsi üçün fənn proqramları toplusu. Bakı, 2006, səh.63-73
  • Cabbarova L. İnternetdən asılılıq probleminin sosial-psixoloji təzahürləri. «Dil və ədəbiyyat» jurnalı, №6(66), 2008, səh.254-257.
  • Cabbarova L. Virtual ünsiyyətin bəzi psixoloji problemləri haqqında. «Psixologiya» jurnalı, №3, 2008, səh.75-81.
  • Cabbarova L. Duyğu və qavrayış. Bakı: AzTU-nun mətbəəsi, 2009, 116 səh. (B.H.Əliyevlə müştərək)
  • Cabbarova L. Sosial-psixoloji treninq: nəzəri və metodoloji problemlər. Ali məktəblərin magistratura pilləsi üçün proqram. Bakı, 2009, 8 s.
  • Cabbarova L. Reklamların insan psixikasına təsirinin bəzi psixoloji məqamları. Sosial elmlər və psixologiya fakültəsinin əməkdaşlarının elmi məqalələr toplusu,“Turan Nəşrlər evi”, Bakı, 2011, s.143.
  • Jabbarova L.(2012). The Impact of Media on Violence Cases in Society. International Counseling and Education Conference, Abstract book. Istanbul – Turkey, 3-5 May, 2012, p.75.
  1. Cabbarova L. Sosial distansiya fenomeninin sosial-psixoloji məsələləri. BDU-nun 95-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, səh. 180-183. (15 dekabr 2014-cü il)
  2. Cabbarova L. (2016). Medyanın erken çocukluk döneminde gelişime olan etkisi. Uluslararası Erken Çocukluk Eğitimi Kongresi. İstanbul, Bildiri kitabı, 18-20 mart 2016, s. 850-860.
  3. Jabbarova, L. (2018). The Psychological Effects of Violence-Related Information From the Media. In M. Yildiz, S. Funk, & B. De Abreu (Eds.), Promoting Global Competencies Through Media Literacy (pp. 175-183). USA, Hershey, PA: IGI Global. doi:10.4018/978-1-5225-3082-4.ch011
Bookmark and Share
© Bakı Dövlət Universiteti