Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ
  • Müəllimlər

EKSPERİMENTAL PSİXOLOGİYA ELMİ-TƏDQİQAT LABORATORİYASI

«Eksperimental psixologiya» ETL Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.03.2000-ci il tarixli 23 saylı əmri, BDU-nun Elmi şurasının 26 mart 1999-cu il tarixli ic­lasının qərarı, və BDU-nun rek­torunun 03.04.2000-ci il, 29 saylı əmri əsasında Sosial elmlər və psixologiya fa­kül­təsinin nəzdində yaradılmışdır. «Eksperimental psixologiya» ETL-nin elmi rəhbəri AMEA-nın müxbir üzvü, prof. Bəxtiyar Həmzə oğlu Əliyevdir. «Eksperimental psixologiya»  ETL-in yaradıl­masında başlıca məqsəd psixologiya elminin qarşısında duran bir sıra ciddi vəzifələri həll etmək, tədris prosesi ilə praktiki biliklərin qarşılıqlı vəhdətini təşkil etmək, res­publikamızda milli şüurun və milli xarakterin psixoloji mexanizmlərini öyrənmək, yüksək ixtisaslı kadr hazırlığının səviyyəsini yüksəltmək və s. olmuşdur.

Laboratoriyada elmi-tədqiqat işləri aşağıdakı istiqamətlər üzrə aparılır:
2010 il

Laboratoriyada aparılan elmi-tədqiqat işləri 2010-cu il üçün aşağıdakı kimi yerinə yetirilmişdir:

1. İstiqamət: Tətbiqi psixoloji tədqiqatlar ( 2010-2015

2. Problem: Müasir dövrdə şəxsiyyətin inkişafının psixoloji proble­ml­ər­in­i­n

öyrənilməsi (2010-2015)

3. Mövzu: Şəxsiyyətin inkişafında etno­­mədəni amllərin rolu(2010-2012).

Əsas nəticələr və təkliflər

Apardığımız tədqiqat aşağıdakı nəticələrə gəlməyə imkan verir:

 

  • Tələbələrlə aparılmış tədqiqatlar göstərdi ki,  şəxsiyyətin formalaşmasına bir sıra amillərlə yanaşı etnomədəni amillər də ciddi təsir göstərir.  Bu amillər içərisində etnik-psixoloji xüsusiyyətlər, milli adət - ənənələri,  mili xarakter, bütövlükdə sosial - mənəvi dəyərlər formalaşan  şəxsiyyətin strukturunda aparıcı mövqeyə malikdir.
  • Müəyyən edildi ki, təlim prosesində mili mənəvi dəyərlərin aşılnaması  tələbələrdə mili özünüdərketmənin yüksəldilməsinə, mili-Mənin formalaşmasına və öz xalqınıın mili-mənəvi dəyərlərinin daha sistemli dərk olunmasına zəmin yaradır.
  • Faktlar göstərir ki, ənənəvi modellərin tətbiq dairəsi auiditoriyada passiv müşahidəçilik vəziyyəti yaradır və bilik-bacarıq və vərdiş triadiasının, yalnız bilik komponentlərinə əsaslanmasına zəmin yaradır ki, bu da əksər hallrada qazanılmış biliklərin  praktikaya tətbiqini zəiflədir. Bu isə cəmiyyətdən gələn sosial sifarişin yerinə yetirilməsinə neqativ təsir göstərir.
  • Aparılmış sorğulardan aydın olmuşdur ki, təhsildə şəxsiyyət kimi  formalaşmanın yolu yalnız tələbənin təlim situasiyasını dərketməsindən və özünüə münasibətindən qaynaqlanmır. Faktlar göstərir ki, əsas amil marağın motivə çevrilməsini təşkil etmək və kreativ davranışın gerçəkləşməsinə şəarit yaratmaqdır.
  • Təlimdə motivasiya yaratmağın  ağırlığının müəllimlərin üzərinə düşməsi ya təlimi monolojiləşdirir, ya da onun yaradıcı təşkilini məhdudlaşdırır. Bu da adaptasiya imkanlarını azaldır və tələbənin özünü təsdiq etməsinə manelər. Bilik-bacarıq və vərdiş triadiasının daha çox bacarıqlar üzərində qurulması təlimi aktivləşdirə və tələbələrin gələcəkdə peşəkar mütəxəsissə çevriləmsinə zəmin formalaşdırar.
  • Tədqiqat  göstərdi ki, şəxsiyyət etnomədəniyyətin daşıyıcısı və onun təsiri ilə formalaşan varlıqdır. Etnomədəniyyətin spesifikliyinin nəzərə alınması tələbə və şagirdlərin şəxsiyyət kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə kömək edir. Bu dövlət əhəmiyyətli problem həmişə diqqət mərkəzində olmalıdır.


Bookmark and Share
© Bakı Dövlət Universiteti