Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

F.ü.f.d., dos. Məmmədov Hüseyn Qaraxan o.

QISA BİOQRAFİK MƏLUMAT

Məmmədov Hüseyn Qaraxan oğlu 1959-cu il avqustun 4-də Saatlı rayonundaanadan olub. 1966-1976-cı illərdə orta məktəbi bitirib. 1977-ci ildə ADU-nun (indiki Bakı Dövlət Universiteti)  Tarix fakultəsinə daxil olub və  1982-ci ildə  təhsilini başa çatdırıb. 1983-1986-cı illərdə ADU-nun Tarixi materializm kafedrasının əyani aspiranturasında oxuyub. 1987-ci ildən ADU-da çalışır. 1987-ci ildə «Sosial eksperiment və onun idrakda rolu» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən isə dosent adını almışdır. Hazırda «Hüquq fəlsəfəsi sosial idrakın obyekti kimi» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

Fəlsəfə dərsini və ixtisas dərslərini aparır. 5 dərsliyin və 20-dan çox proqramın müəlllifidir. Bunlardan əlavə xaricdə və ölkə daxilində 80-dən çox məqalə və tezis hazırlamışdır. 4 elmlər namizədinin yetişməsində elmi rəhbər olmuşdur. Hal-hazırda da 3 dissertantın elmi rəhbəridir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1982-ci ildə ADU-nun tarix fakültəsini bitirib.
1987-ci ildə «Sosial eksperiment və onun idrakda rolu» mövzusunda namizədlik dissertasiyası yazıb.
Hazırda «Hüquq fəlsəfəsi sosial idrakın obyekti kimi» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

ƏMƏK FƏALİYYƏTİ

Əmək fəaliyyətinə 1976-cı ildən başlayıb.
1976-1977-ci illərdə Saatlı rayon suvarma sistemləri idarəsində fəhlə işləyib.
1977-1982-ci illərdə ADU-da əyani tələbə olub.
1982-1983-cü illərdə Saatlı rayonu Əzizbəyov adına orta məktəbdə tarix müəllimi işləyib.
1983-1986- ADU-da əyani aspirant olub.
Fəlsəfə dərsini və ixtisas dərslərini aparır.
80-dən çox məqalənin və tezisin və bir kitabın, 5 dərsliyin müəllifidir.
3 elmlər namizədinin yetişməsində həmrəhbər olub.

AzTV və Mədəniyyət kanallarında Prezident Aparatının sifarişi ilə hər həftə “Ədəbi abidələr”, “Sivilizasiyanın pillələri” verilişlərinin iştirakçısı olur.  Universitetin və Respublikanın ictimai həyatında fəal iştirak edir.

TƏDQİQAT SAHƏSİ: - Hüquq fəlsəfəsi və Antropologiya.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. “Hüququn mövcudluq formalarının fəlsəfi aspektləri”. “Müasir dövrün aktual problemləri”. №6, Bakı-2011.
  2. “Cəmiyyətin inkişafı: sosial fərqlər və social strukturlar”. “Tarix və onun problemləri”. №3, Bakı-2011.
  3. “Cəmiyyətin sosial normalara münasibəti”. BDU, “Sosial və humanitar elmlərin müasir problemləri” jurnalı, № 8, 2012.
  4. “Özgələşmənin iqtisadi və sosial formalarının qarşılıqlı əlaqəsi”. Bakı Universitetinin Xəbərləri” jurnalı. Sosial-siyasi elmlər seriyası. № 4, Bakı-2012.
  5. “Hüquqi dövlətin yaranmasında hüquqi qnoseologiya, təcrübə və adət-ənənələr”. Bakı Universitetinin Xəbərləri” jurnalı. Sosial-siyasi elmlər seriyası. № 2, Bakı-2013.
  6. “Formation and devolopment of legal consciousness: social-philosophical analysis”.  News of Baku University. Series pf social-political sciences №3, Baku-2013. və s.
  7. “Özgələşmənin iqtisadi və sosial formalarının qarşılqılı əlaqəsi” – “Bakı universitetinin xəbərləri” jurnalı. Sosial-siyasi seriyası. №4, 2012.(səh. 64-72).
  8. “Hüquqi dövlətin yaranmasında hüquqi qnoseologiya, təcrübə və adət-ənənələr”. “Bakı universitetinin xəbərləri” jurnalı. Sosial-siyasi seriyası. №2, 2013.(səh. 100-110)
  9. “Antropologiya” (dərslik). Bakı – 2014 (23,5 ç.v.).
  10. “Globalization and humanism”. Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya. Azərbaycan xalqının Ümumxalq Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş IV Beynəlxalq Kongres. Qafqaz Universiteti. 02-  04 May 2014-cü il, Bakı (səh. 742-749).
  11. “Antroposentrik təhsil paradiqması”. Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş “Cəmiyyət və təhsilin inkişaf strategiyası” adlı VI Respublika elmi-praktik konfransının materialları. 5 may. Bakı – 2014 (səh. 267-272).
  12. “Biosfer və onun cəmiyyətə təsiri”. Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 12. Bakı – 2014 (səh. 167-174).
  13. “Azərbaycan Respublikasının konstitusiyasında insan hüquqları”. “İnternational Baku”. Beynəlxalq ictimai, iqtisadi, siyasi jurnal, № 3, 2014, (səh.62-64).
  14. “Psixometriya və testologiya intellekt nəzəriyyələri kimi” // “Təhsil, şəxsiyyət və cəmiyyət”. Respublika elmi-praktik konfransının materialları. Bakı – 2014 (səh. 53-56).
  15. “Antropogenez: insanın əcdadı və onun bioloji təkamülü” // Tarix və onun problemləri, № 1, Bakı – 2014 (həmmüəlliflə birgə, səh. 218-224).
  16. “Mikroantların sosial dəstəyinə hüquqi təminat qanunsuz miqrasiya ilə mübarizədə bir amil kimi” // Azərbaycan Respublikasında Miqrasiya Siyasəti və insan hüquqları. Beynəlxalq konfransın tezislər toplusu. Bakı – 2014 (səh. 101-103).
  17. “Demokratiya şəraitində hüquq, hüquqi şüur və hüquqi dövlətin fəlsəfi təhlili” // “Sivilizasiya”,  № 1, Bakı – 2014 (səh. 17-23).
  18. “Философские проблемы постсоциалистического государства и права”. Москва -2014, «Культура Мира» № 2, стр. 96-116.
  19. «Римская юриспруденция». Украние Гiлея. Випуск 83 (№4), 2015, с. 432-435.
  20. «Development trend of law under globalization conditions»//International Conference on Evropean Science and Technology. Materials of the X international research andpractice conference. Munich, Germany, Vol II May 28-29, 2015.
  21. “Hüquqi qanunların fəlsəfi mahiyyəti”. Sosial elmlər və psixologiya fakültəsi: 25 il (uğurlar, problemlər, perspektivlər). Gənc tədqiqatçıların respublika elmi-praktik konfransının materialları (17 aprel 2017-ci il). səh. 14-17. Bakı -2017.
  22. “Platon fəlsəfəsində qanun ideyası”. Sosial elmlər və psixologiya fakültəsi: 25 il (uğurlar, problemlər, perspektivlər). Gənc tədqiqatçıların respublika elmi-praktik konfransının materialları (17 aprel 2017-ci il). səh. 32-33. Bakı -2017.
  23. “Postmodernizm elmi idrakın metodologiyası haqqında”. Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 18, səh. 9-16. Bakı -2017.
  24. “Hüquq fəlsəfəsinin konseptual ideyaları və metodoloji prinsipləri”. “İslam həmrəyliyi -2017: reallıqlar və perspektivlər”. Respublika elmi-metodik konfransının materialları. 25-26 aprel 2017-ci il. səh. 355-357. Bakı – 2017.
Bookmark and Share
© Bakı Dövlət Universiteti