K.A.Əzimov – fəl. elm. dok., professor
ƏZİMOV KAZIM AĞAMİRZƏ OĞLU
Fəlsəfə elmləri doktoru, professor
İş telefonu: +(994) 12 438 04 21
e-mail: azimzade07@gmail.com
https://orcid.org/0000-0002-6861-8419
https://en.wikipedia.org/wiki/Kazim_Azimov
QISA BİOQRAFİK MƏLUMAT
K.A.Əzimov1951-ci il fevralın 10-daBakıda anadan olubdur. 1973-cüildə Xarici Dillər Institutunun ingilis dilifakültəsinibitirmişdir. 1974-1976-cıillərdəhərbixidmətdəolmuşdur. 1975-1978-ciillərdəMoskvaDövlətUniversitetininfəlsəfəfakütləsininəyaniaspirantıolmuşdur. 1985-1988-ciillərdəMoskvaDövlətUniversitetininfəlsəfəfakütləsininəyanidoktorantıolubdur.1979-cuildə “OrtaəsrAzərbaycandaetnikfikirvəonunmüasirQərbşərhlərinintənqidi” mövzusundanamizədlik, 1989-cuildə“QədimvəortaəsrAzərbaycanfəlsəfəsindəinsanproblemi” mövzusundadoktorluqdissertasiyasımüdafiəetmişdir. 1994-1996-cıillərdəXəzərUniversitetindəkafedramüdirivədekanvəzifələrindəişləmişdir. 1996-2000-ciillərdəAMEA-nınSosialfəlsəfəşöbəsininaparıcıelmiişçisiolmuşdur. 2000-ciildənBDU-daçalışır.K.A.ƏzimovABŞ, İngiltərə, Almaniya, Yunanıstan, Macarıstan,TürkiyəvədigərxariciölkəUniversitetlərindəçalışmışdır.20-yəyaxınBeynəlxalqseminar, simpoziumvəkonfranslardaiştiraketmişdir. 9 kitabın, 100-dənartıqməqaləninmüəllifidir. ProfessorK.A.Əzimov 3 nəfərfəlsəfəüzrədoktoryetişdirmişdir.
Ailəlidir, bir övladı var
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2000-01 ABŞ, Harvard və Havay Dövlət universitetləri, Sosiologiya Sertifikatı
2000 İngilis dili xarici dil kimi, Amerika Dil Mərkəzinin Sertifikatı, Kişinyuv, Moldova
1982-85 Moskva Dövlət Universiteti, əyani doktorantura, fəlsəfə elmləri doktoru, professor 1989
1974-78 Moskva Dövlət Universiteti, əyani aspirantura, fəlsəfə elmləri namizədi 1979
1980-82 Azərbaycan Dövlət Universiteti, Şərqşünaslıq fakültəsində sərbəst dinləyici.
1969-73 Azərbaycan Dövlət Dillər İnstitutu, İngilis və Azərbaycan dilləri
Namizədlik diss. mövzusu: «Этическая мысль средневекового Азербайджана и критика ее современных западных интерпретаций» Москва, 1978
Doktorluq diss. mövzusu: «Проблема человека в древней и средневековой философии Азербайджана» Москва, 1989
ƏMƏK FƏALİYYƏTİ
2000-h/h, professor, Sosiologiya kafedrası, Sosial elmlər fakültəsi, BDU
1996-2000 Azərbaycan Milli Elmlər Akademiyası, Sosial fəlsəfə şöbəsinin aparıcı elmi işçisi və Bakı Dövlət Universitetində Sosiologiya müəllimi (saat hesabı)
2004-2005 professor, Qafqaz Universiteti, Bakı
1994-96 Hüquq və sosial elmlər fakültəsinin dekanı, Sosiologiya kafedrasının müdiri, İngilis dilli Xəzər Universiteti, Bakı
1979-1995 Sosial elmlər kafedrasının müdiri, professor, Azərbaycan Dövlət İncəsənət və mədəniyyət Universiteti
1973-1975 İngilis dilinin leksikologiyası kafedrasında müəllim, Azərbaycan dillər İnstitutu
7 kitab və 100-dən yuxarı məqalələrin müəllifidir.
4 aspirantı namizədlik dissertasiyasını bitirib və müdafiə ərəfəsindədir. 1 aspirantı namizədlik dissertasiyası üzərində işini davam edir.
Müxtəlif illərdə aşağıdakı kursları tədris etmişdir: fəlsəfə tarixi, dinşünaslıq, siyasi sosiologiya, sosiologiya tarixi, idarəçiliyin sosiologiyası, Amerikaşünaslığa giriş, münaqişə, sülh ve cender, mədəniyyətşünaslıq, etika, estetika.
K. Əzimovun namizədlik dissertatsiyasının elmi yeniliyi orta əsr Azərbaycan etik və estetik fikrinin Yaxın və Orta Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmaqla onu daha iri miqyaslı kulturoloji kontekstdə antik Yunan, xüsusən Ellinizm fəlsəfəsi ilə müqayisədə elmi əsaslarla tədqiq etməkdən ibarətdir. Problemin tədqiqində və həllində semiotik yanaşma metodu və prinsiplərini tətbiq etmişdir. Nəticədə, ilk dəfə orta əsr mədəni mətnlərin polifunksionallığı ideyasını əsaslandırmış, İslam Şərqi mədəniyyətinin dillərinin təsnifatını yaratmışdır. Tezislərindən biri – orta əsr Yaxın Şərqındə, o cümlədən Azərbaycanda fəlsəfə fikrin belletristik formada ifadə olunmasını təsdiqləməkdən ibarətdir. Yaxın Şərq fəlsəfəsi elmi ədəbiyyatlarda bir mənalı olaraq materialist panteizm adlandırılmışdır. K. Əzimov dissertasiyasında panteizm dünyagörüşünün daha iki alternativ – “konseptuallaşmamış-mifoloji panteizm” və “transendent-immanent idealist panteizm” növlərini və onların Yaxın Şərq fəlsəfəsi üçün daha adekvat olduğunu əsaslandırmışdır. Bunu daha dəqiq ifadə etmək üçün o, fəlsəfi ədəbiyyata Yunan mənşəli “teopanizm” terminini daxil etmişdir. Şərq-Qərb fəlsəfəsi və mədəniyyəti ilə bağlı müasir Qərb konsepsiyalarını tənqidi surətdə ətraflı araşdırmışdır.
Doktorluq dissertasiyasının elmi yeniliyi Zərdüştilik və İslam dini-fəlsəfəsində insan problemini ilk dəfə obyektiv elmi əsaslarla və sistemli surətdə araşdırmaqdan ibarətdir. Bütövlükdə, Mərkəzi Avroasiya yaxud Aralıq dənizi hövzə ölkələrinin mədəniyyəti kontekstində fəlsəfənin fasiləsizliyi və davamlılığı ideyasını əsaslandırıb. Aralıq dənizi hövzəsi ölkələri üçün “ümumi qeo-mədəni məkan və zaman” konseptini ilk dəfə elmi ədəbiyyata daxil edərək, bunu geo-siyasi məkan və zaman anlayışları ilə sıx əlaqədə tədqiq edib. Zərdüşt və İslam mədəniyyəti, fəlsəfəsi bu mədəni regionun tərkib hissəsidir. Orijinal tezislərindən biri - bölgədə mədəni və fəlsəfi fikrin “tarixi oxu” (termin Karl Yaspersindir) əsrlərlə bir istiqamətdə inkişaf etmişdir. Lakin Xristianlıq və İslamın meydana gəlməsindən sonra inkişafın istiqaməti dəyişdi. Qərb mədəniyyəti ilə müqayisədə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda bu tarixi dəyişıklıklərin özəllıkləri, İslam fikrində dini-fəlsəfi antropologiyanın təbiəti, antik və İntibah dövrünün fəlsəfi antropologiyası ilə müqayisədə fərqli və spesifik cəhətləri göstərilir. Onun Avroasiya regionunda fəlsəfinin fasiləsiz və davamlı inkişafı ideyası mədəniyyət-sivilizasiya əksliyi konsepsiyasından qaynaqlanır: sivilizasiya meydana gəlir, inkişaf edir, nəhayət yoxa çıxır, mədəniyyət isə məxsus olduğu bu və ya digər xalqın ömrü qədər uzun, davamlı və sürəklidir. Digər orijinal tezisi - zərdüştilikdə və onun dini-metafizik ənənələrində dualizm və monoteizm probleminə yeni metodoloji prinsiplər əsasında yanaşmağından ibarətdir. Zərdüşt dini-fəlsəfi ənənələri və məktəbi bütövlükdə dualizm kimi müəyyənləşdirilir. Monoteist dinlər, o cümlədən İslam, Aralıq dənizi hövzə mədəniyyətinin “tarixi Ox”-unda dönüş nöqtəsi hesab olunur. İslam öz konseptlərini mühafizə etməklə “yabançı” elementləri məharətlə sisntez edə bilib. Müəllif bu ideyasını İslam peripatetik, sufizm, zərdüşt və yunan fəlsəfələrinin sintezi, İslam peripatetik fəlsəfəsinin ontologiyasını neoplatonist, dünyanın və biliyin strukturlarının aristotelizm ruhunda olmağı ilə izah etmişdir. Orijinal İslam yaxud Şərq fəlsəfəsinin əsas qolu kimi sonradan inkişaf etmiş metafizik teosofiyaya yaxud fəlsəfi Sufizmə istinad etməkə bu fəlsəfənin mənbəyində İbn Sina və onun məktəbinin, Azərbaycanın görkəmli mütəffəkirləri Bəhmanyar və N. Tusinin yeri və rolu müəyyənləşdirilib. Bu konsepsiyanın orijinal tərəflərini Zərdüşt və İslam dini-fəlsəfi antropologiyasının şərhində daha da konkretləşdirməklə həmin antropoloji sistemi ontoloji, epistemoloji, etik-estetik və dini idrak prinsiplərinin vəhdətində və kəsişdiyi müstəvilərdə şərh edib.
TƏDQİQAT SAHƏSİ
Fəlsəfə, Sosiologiya, Din, Mədəniyyətşünaslıq, Amerikaşünaslıq, Linqvistika, Ədəbiyyat
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Müasir beynəlxalq geo-siyasi vəziyyət və Cənubi Qafqazda etnik münaqişələr. Corc Avqust Universiteti, 13 Noyabr. Almaniya, Gettinqen 2005.
- Dağlıq Garabağ münaqişəsi: beynəlxalq münasibətlər və beynəlxalq hüquq normaları etnik separatizmi rədd edir. Berlin və Potsdam universitetləri, Almaniyada Nizami Gəncəvi institutu. 14 Dekabr. Berlin 2006. (Eyni məqalə AzərTac və Ayna qəzeti; Dövlət TV çıxışı, 29 dekabr, Bakı 2006).
- Heydər Əliyevin “Ümüm- Qafgaz Evi” ideyası və Qafgazlarda lokal münaqişilərin həlli üçün sülh perspektivləri. Şimali Amerika Yaxın Şərq Tədqiqatları Konfransı, 13-17 Noyabr. ABŞ, Orlando, Florida 2000.
- Siyasi Liderliyin varislik prinsipləri işığında İlham Əliyevin gələcək karyerası ətrafında prognozlar. Şimali Amerika Yaxın Şərq Tədqiqatları Konfransı, 13-17 Noyabr. ABŞ, Orlando, Florida 2000.
- Cənubi Gafqaz və Orta Asiyada etnik münaqişələrin daxili və xarici amilləri. ABŞ, Harvard universiteti Kennedi adina Dövlət İdarəçiliyi Məktəbi. İyul, 2001.
- Əfqanıstan və Orta Asiyada etnik münagişələr. Yaxın Şərq Mərkəzi, Harvard Universiteti, 15 May 2001.
- Tarixi faktlar Ermənistanın əleyhinədir.Dağlıq Qarabaq münaqişəsinin həlli yolları. Səfir Kavenanın açıq konfransında erməni icmasina cavab. ABŞ, Harvard universiteti Kennedi adina Dövlət İdarəçiliyi Məktəbi. İyun 2001.
- Müstəqil Azərbaycan Respublikasında davamlı demokratik islahatlar və sivil cəmiyyət guruculuğu perspektivləri. ABŞ, Havay Dövlət universiteti və Havay Sosiologiya Assosiasiyasının konfransı. Honolulu, Oktyabr-Noyabr 2000.
- Cənubi Gafqaz və Orta Asiyada etnik münaqişələr. ABŞ, Havay Dövlət Universiteti, Dekabr 2000.
- Təhsilin demokratikləşməsi və interaktiv təlim metodları. Amerika mədəniyyəti və Təhsili konfransı. 17 Avgust, ABŞ, Delaver 2000.
- Distans Təhsil və tədrisin metodologiyası. 24-27 Yanvar, Vaşinqton 2001.
- Təhsildə tənqidi düşüncənin inkişaf etdirilməsində interaktiv və əməkdaşlıq təlim metodlarının rolu. Təhsilin inkişafı konfransı. 15-19 İyul, Vaşinqton 2001.
- Dağlıq Qarabağ munaqişəsinin sülh yolu ilə həlli. Balkanlarda münaqişələr və sülh perspektivləri konfransı. Mərkəzi Avropa Universiteti, 20-22 İyun, Budapeşt 2003.
- Zərdüşt, Yunan və İslam dinləri və fəlsəfələrinin müqayisəsi. ABŞ, Havay Dövlət Universiteti, Fəlsəfə və sosiologiya fakültələri. Honululu, 2000.
- Neoplatonizm və İslam fəlsəfəsi. 24-27 İyul, Neopltonizmin İllik konfransı, London vəLiverpul Universitetləri, Liverpul 2004.
- Porfiriy və İslam fəlsəfəsi. Porfiriy konfransı. Klassik Tədqiqatlar İnstitutu, London Universiteti, 6-7 İyul 2004.
- Orta Asiya və Azərbaycan Türklərinin Renessans mədəniyyəti. May, Ankara 1994.
- Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda siyasi sabitliyin təminatıdır. Boğaziçi Universiteti, May, İstambul 1994.
- Azərbaycanda demokratik və sivil cəmiyyət quruculuğu. Bakı-Ankara konfransı, İyun. Bakı 1995.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 2003 Münaqişə və sülhə giriş. İnnovativ və interaktiv təlim metodları. Kurrikulum. Bakı, (ingilis, rus və azərbaycan dillərində)
- 2003 Münaqişə və sülhə giriş. Cender. Müntəxabat
- 2004 Müasir Qərb sosiologiyasında sosial dəyişiklik və inkişaf modelləri (rus dilində)
- 2004 Müasir Avropa siyasi fəlsəfəsinin müqayisəli tədqinin metod və prinsipləri (rus dilində)
- 2005 Şərq və Qərb: Fəlsəfə sənət arasında əlaqələr
KİTABLARI:
- Sosiologiya. Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı 2003
- İnsan və cəmiyyət. 8, 9, 10 və 11-ci siniflər üçün dərslik, (azərbaycan və rus dillərində) Bakı 2005-2007 (həm-müəllif)
- Münaqişə və Sülhə giriş. Cənubi Qafqazda münaqişələrin həllində qadınların rolu. Baki, 2003- 2004 (azərbaycan, rus və ingilis dillərində)
- Ценностный мир человека в религиозно-философской доктрине Зороастризма. Баку 1991
- Проблема человека и общества в древней и средневековой философии Азербайджана. Москва «ИНИОН», 1987
- Средневековые азербайджанские мыслители о человеке и критика современных западных интерпретаций. Баку 1986
- Проблема человека в религиозно-философских доктринах Зороастризма и Ислама. Баку, 2009 (в печати , Февраль/ Март)
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
2000-2001 Harvard Universiteti, Kennedi adina Dövlət İdarəçiliyi Məktəbi və Havay Dovlət Universiteti, Sosiologiya, Təhsilin inkişafı və Beynəlxalq münaqişələrin həlli programı, ABŞ
2004 Azərbaycan Orta məktəb təhsili kurrikulumları. Corc Meysn Universiteti, ABŞ
2005 Qettingen Universiteti, Almaniya Beynəlxalq Akademik mübadilə, DAAD programı
2006 Azad Berlin Universiteti, Almaniya Beynəlxalq Akademik mübadilə, DAAD programı
2003 Mərkəzi Avropa Universiteti, Yunan və İslam fəlsəfəsinin inkişafı programı, Baş elmi işçi, Budapeşt
2004 Açıq Cəmiyyət İnstitutu, Sosial elmlərin tədqiqi ve tədrisi programı, OSİ-Baki
2004 Britaniya Akademiyası, Dəvət olunmuş professor, Qədim Yunan və İslam fəlsəfəsi proqramı, Liverpul – London
2003 BMT Akademik və Tədris programı “ Münaqişə və Sülh tədqiqatları. Cənubi Qafqazda münaqişələrin həllində qadınların rolu”, BMT-Baki
2002 Açıq Cəmiyyət İnstitutu, “Münaqişə və Sülh tədqiqatları” programı, Budapeşt
