T.B.Ağayev – f.ü.f.d., dosent
AĞAYEV TAHIR BAYRAM OĞLU
BDU-nun sosiologiya kafedrasında dosent
İş telefonu: 438-04-21
e-mail: agayev.t@rambler.ru
QISA BİOQRAFİK MƏLUMAT
T.B.Ağayev 18 oktyabr 1956-ci ildə Beyləqan rayonunda anadan olub. 1980-ci ildə BDU-nun tarix, 2000-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1987-1991-ci illərdə BDU-nun Elmi kommunizm kafedrasında baş laborant, 1991 ci ildə isə fəlsəfə və sosiologiya kafedrasında müəllim, baş müəllim işləyib. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında xüsusi İdarədə məsul vəzifədə çalışıb. 2003-cü ildən sosiologiya kafedrasında baş müəllim, 2006-cı ildən dosent vəzifəsində işləyir. 1987-ci ildə “Elmi-texniki tərəqqi və kolxozçu kəndlilərin sosial strukturunun dəyişilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
“Müasir Azərbaycan cəmiyyətinin stratifikasiyasının əsas inkişaf meylləri” mövzusu üzrə elmi-tədqiqat işi aparır. 1 dərs vəsaitinin, 2 metodik vəsaitin, 5 proqramın, 70-ə yaxın məqalənin müəllifidir.
Evlidir, 2 övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1980-ci ildə BDU-nun tarix, 2000-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1987-ci ildə “Elmi-texniki tərəqqi və kolxozçu kəndlilərin sosial strukturunun dəyişilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
1987-91-ci illərdə BDU-nun elmi sosializm kafedrasinda baş laborant, 1991-ci ildən fəlsəfə və sosiologiya kafedrasında müəllim, 1993-cü ildən baş müəllim vəzifəsində çalışıb. 2006-cı ildən dosent vəzifəsində işləyir.
“Sosiologiya”, “Sosial strukturun sosiologiyasi”, “İdarəetmənin sosiologiyasi” və s. kursları üzrə dərslər aparır.
TƏDQİQAT SAHƏSİ
“Müasir Azərbaycan cəmiyyətinin stratifikasiyasının əsas inkişaf meylləri”.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Sosiologiya.Ali məktəblər üçün dərs vəsaiti. F.Q.Vahidovla birlikdə. Bakı. "Zərdabi LTD" MMC,2013. 352s.
- "Sosiologiya" kursunun proqramı. Bakı. 2014
- "Sosial strukturun sosiologiyası" kursunun proqramı. Bakı.2014
- Sosiologiyaya dair sxemlər.Metodik vəsait. Bakı. Bakı Universiteti nəşriyyatı. 2014
- "Siyasətin sosiologiyası" kursunun proqramı. Bakı. 2015
- Müasir Azərbaycan cəmiyyətində stratifikasion proseslər. Məqalə. Bakı. 2015
- Davamlı inkişafda vergi siyasətinin xüsusiyyətləri. Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu. Elmi-praktik konfransının materialları. Bakı. 2015
- Azərbaycan-Türkmənistan arasında əlaqələr. Məqalə. Bakı. Sosial və humanitar elmlərin müasir problemləri. 2015
- "Sosiologiya" kursunun proqramı. Bakı. 2017
- Sosiologiyaya dair sxemlər. Metodik vəsait. Bakı. Bakı Universiteti nəşriyyatı. 2017
- "Siyasətin sosiologiyası" kursunun proqramı. Bakı. 2018
- "Sosial strukturun sosiologiyası" kursunun proqramı. Bakı.2018
- “Müasir qloballaşan dünya”. Əsas meyllər və problemlər. Baku 2 ND international conference of science 1 st of Aprel, 2018 Baku.s.172-174
- Çağdaş Azerbaycan toplumunun sosyal yapısı orta sınıfın oluşumu və gelişme eğilimleri İnes uluslararasi eğitim ve sosyal bilimler kongre sözet kitapçiği(28 nisan-01 mayis 2018- Alanya/Antalya)
