Aida MİRZƏYEVA
Psixologiya üzrə fəlsəfə doktoru
BDU-nun Psixologiya kafedrasının baş müəllimi
Tel: (+994 12) 439-01-12
QISA BİOQRAFİK MƏLUMAT
A.K.Musayeva 1975-ci il mart ayının 31-də Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. 1992-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya şöbəsinə daxil olmuşdur. 1997-ci ildə həmin fakültəni bitirdikdən sonra, Bakı Dövlət Universitetinin psixologiya kafedrasında laborant, 2007-ci ildən isə baş metodist vəzifəsinə təyin olunmuşdur. 2010-cu ildə “Müasir Azərbaycan qadınının sərvət dəyərlərinin psixoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 10 elmi məqalə və məruzə tezisinin müəllifidir. 2015-ci ildən Psixologiya kafedrasında baş müəllim vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin psixologiya şöbəsində təhsil almış və həmin fakültəni psixoloq, psixologiya müəllimi ixtisası üzrə bitirmişdir.
Psixologiya üzrə fəlsəfə doktorudur.
ƏMƏK FƏALİYYƏTİ
- 1997-2007 – BDU-nun psixologiya kafedrasında laborant
- 2007- 2015 - BDU-nun psixologiya kafedrasında baş metodist
- 2015-hazırki dövrə kimi BDU-nun psixologiya kafedrasında baş müəllim
TƏDRİS ETDİYİ FƏNNLƏR
“Ümumi psixologiya” , “Nitq və təfəkkür” “Psixologiyanın əsasları”, “Psixi sağlamlıq”, “Psixologiya tarixi” fənləri üzrə mühazirə və seminar dərsləri aparır.
10 elmi məqalə və tezisin müəllifidir.
TƏDQİQAT SAHƏSİ
Sosial psixologiya
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- Şəxsiyyətin müstəqilliyi sosial-psixoloji problem kimi. Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyinə həsr olunmuş Elmi Konfransın materialları
- Qadın şəxsiyyətinin təşəkkülündə özünüqiymətləndirmənin rolu. “Azərbaycan məktəbi XXI ərsin astanasında: problemlər, prespektivlər” mövzusunda Respublika ali məktəblərarası elmi-praktik konfransın tezisləri Bakı,1999
- Mənlik şüuru probleminin tədqiqinin bəzi məsələləri. “Renessans” elmi-istehsalat mərkəzi və Azərbaycan aspirantlar və Gənc tədqiqatçılar Cəmiyyətinin birgə keçirdiyi gənc alimlərin “Müstəqil Azərbaycanda elmin inkişaf istiqamətləri” mövzusuna həsr edilmiş I elmi konfransın tezisləri Bakı 2002
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Mənlik şüuru probleminin tədqiqinin bəzi məsələləri. “Renessans” elmi-istehsalat mərkəzi və Azərbaycan aspirantlar və Gənc tədqiqatçılar Cəmiyyətinin birgə keçirdiyi gənc alimlərin “Müstəqil Azərbaycanda elmin inkişaf istiqamətləri” mövzusuna həsr edilmiş I elmi konfransın tezisləri Bakı 2002
- Şəxsiyyətin sərvət dəyərlərinin psixoloji xarakteristikası. «Psixologiya jurnalı». №3, Bakı, 2003, s.11-16
- Qadınların sosial fəallığı: sosial-psixoloji yanaşma. «Dil və ədəbiyyat» jurnalı. №1 (43) Bakı, 2005, s.119-120
- Qadınların cəmiyyətdə sosial mövqeyi probleminə dair: psixoloji-tarixi aspekt. «Psixologiya jurnalı». №3, Bakı, 2006, s.77-82
- Sərvət dəyərlərinin öyrənilməsi metodlarının müqayisəli təhlili. «Psixologiya jurnalı». Bakı, 2007, səh. 64-73
- Теоретические подходы к проблеме ценностных орентаций личности. Современные гуманитарные исследования, 2010, №1 (32)
- Психологические особенности ценностныхориентаций азербайджанской женщины . Kazaxstan,2011
