Alışanlı Aytən İlham qızı - laborant
İştelefonu: 5390112
Mail adresi: aytanalishanli93@gmail.com
QISA BİOQRAFİK MƏLUMAT
Alışanlı Aytən İlham qızı 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə orta məktəbi bitirmişdir. 2012-ci ildə Qərb Universiteti Siyasi Elmlər fakültəsinin “Psixologiya” ixtisasına qəbul olmuş, 2016-cı ildə həmin ixtisası fəqlənmə diplomu ilə bitirmişdir. Təhsil illərində Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanı, XXI Tələbə Elmi Konfransının diplomu ilə təltif olunmuşdur. Qərb Universitetinin Fəxri Məzunudur. 2017-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Hüquq psixologiyası ixtisası üzrə magistratura pilləsinə daxil olmuş, 2019-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 2012-2016 –cı illərdə Qərb Universiteti Siyasi elmlər fakültəsində bakalavr təhsili alıb.
- 2017-2019-cu illərdə Bakı Dövlət Universitetinin magistr pilləsində Hüquq psixologiyası üzrə təhsil almış, “Məhkumların cinayət əməlinin qurbanları haqqında təsəvvürlərinin psixoloji təhlili” mövzusunda magistr dissertasiyası müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 2020-ci ildən Psixologiya kafedrasında laborant vəzifəsində çalışır.
- 2020-ci ildən Psixologiya kafedrasında saat hesabı qaydada dərs aparır
TƏDRİS ETDİYİ FƏNLƏR
“Ümumi psixologiya” kursu “Psixologiyaya giriş”, “Duyğu və qavrayış”, “Təfəkkür və nitq”
TƏDQİQAT SAHƏSİ
Hüquq psixologiyası
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- Khazar University, II İnternational Psychology Conference 25-26.04.2015
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş XX ənənəvi Tələbə Elmi Konfransı, Qərb Universiteti, 05.05.2015
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş XXI Tələbə Elmi Konfransı, Qərb Universiteti, 05.05.2016
- Gənc tədqiqatçıların beynəlxalq respublika elmi-praktik konfransı 20 aprel, Bakı 2018
ÇAP OLUNMUŞ ƏSƏRLƏR
- Televiziya verilişlərinin uşaq psixikasına təsiri / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş XX Tələbə Elmi-Praktiki Konfransının materialları. Bakı, 2015, səh 208-210
- Yeniyetmə qızların sosial-psixoloji problemləri / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş XXI Tələbə Elmi Konfransının materialları. Bakı, 2016, səh 236-238
- Məhkumların cinayət əməlinin qurbanları haqqında təsəvvürlərinin psixoloji xüsusiyyətləri. // Sosial və humanitar elmlərin müasir problemləri. Ali məktəblərarası elmi əsərlər toplusu. Bakı, 2018, Buraxılış № 20, səh:220-224
- Zorakı məhkumların psixoloji xüsusiyyətləri və cinayət əməlinin qurbanları haqqında təsəvvürləri. / “Təhsil və Cəmiyyət” gənc tədqiqatçıların beynəlxalq respublika elmi-praktik konfransının materialları (20 aprel 2018-ci il) . Bakı, 2018, səh: 85-88
- Cinsi cinayətlər törətmiş məhkumların cinayət əməlinin qurbanları haqqında təsəvvürlərinin psixoloji xüsusiyyətləri. // Sosial və humanitar elmlərin müasir problemləri. Ali məktəblərarası elmi əsərlər toplusu. Bakı, 2018, Buraxılış № 21, səh 196-200
