Aslanova Şahnaz Rəcəb qızı
Vəzifə: BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi
İş telefonu: 537 19 25
Mail adresi: shahnaz-aslanova@rambler.ru
QISA BİOQRAFİK MƏLUMAT
28 iyun 1986-cı ildə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmuşdur. 2004-2008-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə Bаkı Dövlət Univеrsitеtinin hüquq psiхоlоgiyаsı iхtisаsı üzrə mаgistrаturа pilləsinə daxil olmuşdur. 2010-cu ildə isə adı çəkilən ixtisası Fərqlənmə diplomu ilə bitirmişdir.
Təhsil aldığı illər ərzində təşkilаt хətti və yа müstəqil оlаrаq vаlidеyn himаyəsindən məhrum оlmuş uşаqlаr üçün nəzərdə tutulmuş sığınаcаq və uşаq еvlərində könüllü оlаrаq psiхоlоji хidmət göstərmiş və trеninqlər kеçirmişdir Ş.R.Aslanova 2005-2007- ci illərdə müхtəlif kоnfrаns və lаyihələrdə аktiv iştirаk еtmişdir. 2007-ci ildə təhsil аldığı fаkültənin dеkаnı H.Əlizаdənin təşəbbüsü və təşkilаtçılığı ilə Bаkı Dövlət Univеrsitеtinin nəzdində fəаliyyət göstərən “Gənc İstеdаdlаr” Lisеyində еlmi – nəzəri biliklərini prаktik şəkildə tətbiq еtmək üçün təcrübəyə göndərilmiş tələbə – psiхоlоq qrupundа iştirаk еtmişdir.
İctimаi fəаliyyəti ilə yаnаşı Ş.R.Aslanova özünün və digər kurslаrdа təhsil аlаn psiхоlоqlаrın təhsil səviyyəsinin yüksəldilməsinə хüsusi diqqət еdir. Bеlə ki, bu məqsədlə fаkültədə psiхоlоgiyа iхtisаsı üzrə təhsil аlаn müхtəlif kurs tələbələri üçün nəzərdə tutulаn trеninqlərin təşkilində аktiv iştirаk еtmişdir.
2010-2011-ci tədris ilində BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının saat hesabı qaydada müəllimi vəzifəsində çalışmışdır. 2011-2013-cü illər ərzində Sosial və pedaqoji psixologiya kafedrasının baş laborantı vəzifəsində çalışdır. 2013-cü ilin may ayından etibarən Sosial və pedaqoji psixologiya kafedrasında müəllim vəzifəsində çalışır. Ş.R.Aslanova 2012-ci ildən adı çəkilən kafedranın Sosial psixologiya ixtisası üzrə qiyabi doktorantıdır.
Ailəlidir, bir övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2012-ci ildə BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının psixologiya üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuşdur.
Hal – hazırda “Məişət zorakılığına məruz qalan qadınların sosial – psixoloji problemləri” mövzusunda psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi üzərində çalışır.
ƏMƏK FƏALİYYƏTİ
2005-ci ildə “Sabaha Doğru” Gənclər İctimai Birliyinin həmtəsisçisi olaraq
könüllü psixoloji xidmət göstərmiş, müxtəlif sosial-psixoloji treninq və seminarlar həyata keçirmişdir.
2011-2013- Bakı Dövlət Universiteti Sosial və pedaqoji psixologiya kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
2013-hazırkı dövrə kimi – BDU Sosial və pedaqoji psixologiya kafedrasında müəllim vəzifəsində çalışır.
TƏDRİS ETDİYİ FƏNLƏR
“Hüquq psixologiyası”, “Hüquq psixologiyasının aktual problemləri”, “Sosial psixologiya”, “Etnopsixologiya” kursundan mühazirə və seminar dərsləri.
TƏDQİQAT SAHƏSİ
Sosial psixologiya
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və “Sabaha Doğru” Gənclər İctimai Birliyinin birgə təşkil etdiyi “Əl-Ələ” adlı layihənin təşkilatçısı olmuşdur.
· Məişət zorakılığına məruz qalan qadınlarla aparılan psixoloji işlər, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı, 2017
- UMYOS //Informasiya Texnologiyalarındakı dəyişim və inkişafın peşələrə təsiri, 2018.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
- Şəxsiyyətin formalaşmasında mədəniyyətin rolu // Psixologiya elmi jurnalı, №3, 2008,səh. 81-87 (psixol.ü.f.d. M.H.Mustafayev ilə müştərək)
- Müasir dövrdə yeniyetmələrin hüquqazidd davranışlarının sosial-psixoloji aspektlərinin tədqiqi //Psixologiya elmi jurnalı, № 2, 2009, səh.138-150 (dos.T.T.Babayeva ilə müştərək)
- Yeniyetmələrin deviant davranışı və onun psixoloji əsasları // Bakı Slavyan Universitetinin “Elm və cəmiyyət”elmi əsərlər məcmuəsi, №1, 2010, səh.42-46
- Normadan yayınan davranış nümayiş etdirən yeniyetmələrin “Mən” konsepsiyasi və onun formalaşmasına təsir edən sosial – psixoloji amillər // Psixologiya elmi jurnalı, № 1, 2012
- Ailədaxili zorakılığın təzahür formaları // Bakı Avrasiya Universiteti, Sivilizasiya jurnalı, 2013, dekabr
- Ailədaxili zorakılığa məruz qalmış qadınların psixoloji xüsusiyyətləri //Azərbaycan Universiteti, “İpəkyolu” elmi məqalələr toplusu, 2013
- Qadınlara qarşı ailədaxili zorakılığın əsas tədqiqi istiqamətləri. Azərbaycan Dillər Universiteti. Elmi Xəbərlər. №3, s.415-418
- Qadınlara qarşı məişət zorakılığının əsas xüsusiyyətləri. Azərbaycan Dillər Universiteti. Elmi Xəbərlər. Bakı- 2015, №4, s. 390 - 393
- Məişət zorakılığının əsas səbəbləri. Azərbaycan Dillər Universiteti. Elmi Xəbərlər. Bakı- 2015, №5, s.287 – 290.
- Qadınlara qarşı məişət zorakılığı əsas sosial – psixoloji problem kimi, BDU, “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” Ümumrespublika elmi-praktik konfrans, Bakı, 2016, səh.94-96
- Бытовое насилие над женщинами как социально-психологическая проблема, Материалы II международной научно-практической конференции «Международное сотруничество для локального развития», Краматорск, 2016, səh.36-39
- Zorakılığın meydana çıxmasında mədəniyyətin rolu, “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir” mövzusunda IV Beynəlxalq elmi konfrans. səh.305-309
- Qadınlara qarşı məişət zorakılığının əsas sosial-psixoloji aspektləri, Bakı Qızlar Universiteti, Elmi əsərlər, Bakı, 2016, №4, səh.283-287
- Məişət zorakılığına məruz qalan qadınlarla aparılan sosial-psixoloji işlər, Bakı Qızlar Universiteti, Elmi əsərlər, Bakı, 2017, №3, səh.263-266
- Zorakılığın sosial – psixoloji mahiyyəti, Bakı Qızlar Universiteti, Elmi əsərlər, Bakı, 2017, №4, səh.281-284
- Бытовое насилие над женщинами как социально-психологическая проблем, Social Problems, Oxford University Press, 2017, Issue 4 (2), səh.166-173
KITABLAR VƏ PROQRAMLAR
Sosial psixologiya. Proqram. (Azərbaycan, rus və ingilis dillərində), Bakı, 2018.
