BEYNƏLXALQ ƏLAQƏLƏR
R.N.Aslanova, Q.C.Mürşüdlü, F.F.Fərəcova Çində, Tailandda, Tbilisidə, İordaniyada, Türkiyədə, Kiyevdə, Xarkovda keçirilən seminarlarda, simpoziumlarda azərbaycan, rus, nigilis dillərində çıxış ediblər.
Dos. Q.C.Mürşüdlü Azərbaycan Azad Müəllimlər Birliyi qeyri-hökümət təşkilatında təhsil üzrə layihələrin həyata keçirilməsində iştirak edir. Həmin təşkilatın elm və təhsil bölməsinin və «Ziya» maarifçilik dərnəyinin rəhbəridir. Q.C.Mürşüdlü Azad Müəllimlər Birliyi xətti ilə Türkiyənin Türk Eğitim Sen təşkilatı və Uluslararası Avrasiya Eğitimçiləri Dərnəyi ilə əməkdaşlıq edir, beynəlxalq simpozium və konfranslarda iştirak edir.
2007-ci ilin martında Bakıda keçirilən «Boloniya sisteminin tətbiqi: Estoniya təcrübəsi» mövzusunda beynəlxalq konfransda «Boloniya sisteminin magistratura pilləsinə tətbiqi» mövzusunda çıxış edib.
Dos. F.F.Fərəcova Azərbaycan Respublikası Mədəniyyəti Assosiasiyasının məsul katibidir və həmin Assosiasiyanın məsul «Gender və mədəniyyət departamentinə» başçılıq edir. Eyni zamanda Qərb Universitetində fəaliyyət göstərən «Gender araşdırmaları mərkəzinin» İdarə Heyətinin üzvüdür və tədqiqatçısıdır.
F.F.Fərəcovaya Cənubi Qafqaz Universitetinin (Gürcüstan), Mərkəzi Avropa Universitetinin (Macarıstan), Gender tədqiqatçıları üzrə IV Beynəlxalq yay məktəbinin (Ukrayna) və BMT-nin müxtəlif mövzularda apardığı tədqiqatlarına görə sertifikat və «qrand»lar təqdim edilmişdir. 2005-ci ildən bu günə kimi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Qadın Şəbəkə Proqramının idarə heyətinin ekspertidir.
«Təhsildə gender bərabərliyi» layihəsinin tədiqiqatçısı, «Respublikanın ali Təhsil müəssisələrinin müəllimləri üçün treninqlər» layihəsinin treneridir. («Kvina till Kvinna» Norveç təşkilatının maliyyə dəstəyi ilə).
2016-cı ilin 01-04 dekabr tarixlərində fakültənin müəllimi Q.C.Mürşüdlü Türkiyə Cumhuriyyətinin Antalya şəhərində "2016 Hoca Ahmet Yesevi Yılı AnısınaUluslararası Türk Dünyası Eğitim Bilimleri ve Sosyal Bilimler Konqresi" adlı konfransda iştirak edib.
2018-ci il 19-23 mart/ Türkiyə. Erasmus proqramı ilə Sivas Cumhuriyyet Universitetində 5 günlük mühazirə oxumaq
2018-ci il 2-5 may/ Türkiyə. Akdeniz Universiteti ilə EJER.in birlikdə təşkil etdiyi “V Beynəlxalq Avrasiya Təhsil Araşdırma Konqresi” iştirak və çıxış;
2018-ci il 5-7 may/ Türkiyə. ASEAD.ın təşkil etdiyi “III Beynəlxalq Sosial Elmlər Sempozyumu”nda iştirak və çıxış;
2018-ci il 5-8 iyul/Polşa. III Müasir Beynəlxalq təhsil-tədqiqat Kongresində iştirak və çıxış;
2018-ci il 13-20 avqust/ Çin. 24-cü Dünya Fəlsəfə Konqresində iştirak və çıxış
məlumat 15.10.2018-ci ildə yenilənib.
