Beynəlxalq əlaqələr
2017-ci il 03-07 may tarixlərində Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin Pedaqogika və Ədəbiyyat Fakültələri, Fəlsəfə və Elm Tarixi Tətbiqi və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “2.Beynəlxalq Fəlsəfə, Təhsil, İncəsənət və Elm Tarixi Simpoziumu və Sərgisi” keçirilib. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dosenti, sosial elmlər üzrə fəlsəfə doktoru Yaqut Əliyeva “Qloballaşma prosesində müasir Azərbaycan cəmiyyətində uşaq tərbiyəsi və mənəviyyatı problemləri: sosioloji analiz” (“Küreselleşme Sürecinde Modern Azerbaycan Toplumunda Çocuk Terbiyesi ve Maneviyat Sorunu: Sosyolojik Analiz”, həmmüəllif s.ü.f.d. Sevinc Əliyeva) adlı məruzəsi ilə çıxış edib. Elmi müzakirələrdə fəal iştirak edən Y.Əliyevaya sertifikat təqdim edilib.
Qeyd edək ki, adı çəkilən məruzənin tezisi çapdan çıxıb, məqalə isə simpoziumun materiallarında və Türkiyənin tanınmış elmi jurnalların birində çap olunacağı nəzərdə tutulub.
