F.ü.f.d., dos.Tağıyev Arif Islam o.
Fəlsəfə üzrə fəlsəfə doktoru, Fəlsəfə kafedrasının dosenti
Tel: 539-03-97
QISA BİOQRAFİK MƏLUMAT
Tağıyev Arif İslam oğlu 26 may 1940-cı ildə Ordubad rayonunda anadan olub. 1958-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. 1965-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub, 1970-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirib. 1971-ci ildə BDU-nun Fəlsəfə kafedrasına aspirant qəbul edilib. 1975-ci ildə “Dialektik inkişaf prinsipi və biologiyada nəzəri sintez” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1976-cı ildən Fəlsəfə kafedrasının dosentidir.
Fəlsəfə klassiklərindən Platonun “Dövlət”, Aristotelin “Politika” və “Metafizika”, Hegelin “Ruh fəlsəfəsi”, “Məntiq elmi”, “Hüquq fəlsəfəsi” adlı əsərlərini Azərbaycanda ilk dəfə azərbaycan türkcəsinə çevirib nəşr etdirib.
2011-ci ildə “Müasir təbiətşünaslığın konsepsiyaları”, 2014-cü ildə “Antropologiya” dərsliklərini nəşr etdirib, 30-dan çox elmi məqalənin müəllifidir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1973-cü ildə BDU-nun Fəlsəfə kafedrasına dissertant qəbul olunub.
1975-ci ildə «Müasir biologiyada nəzəri sintez» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
1971-ci ildən Fəlsəfə kafderasında kabinə müdiri, 1973-cü ildən müəllim, 1975-ci ildən 1978-ci ilədək baş müəllim, 1978-ci ildən indiyədək həmin kafedrada dosent kimi çalışır.
"Fəlsəfə", "Müasir təbiətşünaslığın konsepsiyaları", "Təfəkkür tiplərinin tarixi dinamikası" fənnləri üzrə mühazirə və məşğələlər aparır.
TƏDQİQAT SAHƏSİ
Fəlsəfə ilə təbiətşünaslığın, xüsusilə biologiyanın əlaqələri üzrə, eləcə də sosial idrakın spesifikası üzrə tədqiqatlar aparır.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Aşağıdakı əsərlərə şərhlər verib:
- Hegel. «Ruh fəlsəfəsi». Bakı, 2003, 457 s., s. 7-56.
- Hegel. «Məntiqelmi». Bakı. 2005, 458 s., s.5-45.
- Hegel. «Hüquq fəlsəfəsi». Bakı, 2007, 374 s., s.4-53.
- Aristotel. «Metafizika». Bakı, 2008, 384 s., s.5-35.
- Aristotelin “Politika” əsərinin əlavə və düzəlişlərlə II nəşri (çevirən və şərhçi). Bakı, “Azəri” nəşriyyatı – 2015 (420 səh.).
Məqalələr:
- Azərbaycan Respublikasının davamlı iqtisadi inkişaf strategiyası haqqında – Bakı Universitetinin Xəbərləri. 2005-ci il. №4, s.115-116.
- Azərbaycan Respublikasının davamlı iqtisadi inkişaf strategiyası haqqında. Bakı Universiteti Xəbərləri. 2005-ci il, №5, s.137-148.
- “Dünyanın təbii-elmi mənzərəsi: metodoloji analiz”. “Əmək və sosial münasibətlər”- № 1, 2014 (səh. 50-60).
- Faiq Qarayevin “Protodövlət, dövlət və şəxsiyyətin təqibi qanunu” kitabının elmi redaktorudur. Bakı, 2016, 184 səh (11,5 ç.v.)
- “Dünyanın post-qeyri klassik mənzərəsində qlobal təkamül”. Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 18, səh. 73-78. Bakı -2017 (məqalə).
Dərsliklər:
- «Müasir təbiətşünaslığın konsepsiyaları», «Концепции современного естествознания»,“Concepts of modern natural science”.«Azərnəşr», Bakı – 2011. (480 səh., 30 ç.v.).
- “Antropologiya”, «Антропология», “Anthropology”.Bakı – 2014(həmmüəlliflə birgə, 23,5 ç.v.).
- “Fəlsəfə” (Ali məktəblər üçün dərslik). Bakı, “Mütərcim” – 2017 (31,5 ç.v.).
