Eksperimental psixologiya
Eksperimental psixologiya kursunun əsas məqsədi psixologiya sahəsində eksperimental tədqiqatların aparılması və planlaşdırılması metodikasının mənimsənilməsidir. “Eksperimental psixologiya” nın mənimsənilməsi nəticəsində ixtisaslaşmış mütəxəssis :
- psixolji tədqiqat metodu kimi eksperiment haqqında məlumatlı olmalı;
- psixoloji eksperimentin aparılması və planlaşdırılmasının əsas prinsiplərini bilməli;
- başqaları tərəfindən aparılmış eksperimental tədqiqatları düzgün analiz etməyi bacarmalı;
- psixoloji eksperimenti müstəqil şəkildə aparmağı və planlaşdırmağı bacarmalı, həmçinin alınmış məlumatları tədqiq edərək nəticələri interpretasiya etməlidir.
Fənnin praktik əhəmiyyəti ondan ibarətdir ki, kursun sonunda tələbələr müstəqil olaraq eksperimenti aparmağı və planlaşdırmağı bacarmalıdır.
Eksperimental psixologiya fənni üzrə tələbələrin biliyinə müntəzəm nəzarət yazılı imtahandır.
