Ekstermal şəraitdə psixoloji xidmət
Ekstremal şəraitlərdə psixoloji xidmət kursunun tədrisi həm elmi nəzəri ,həm də praktik hazırlığı əhatə etməklə iki əsas məqsədə xidmət edir.Elmi -nəzəri planda əsas məqsəd tələbələrə ekstremal şəraitlərdə psixoloji xidmətin nəzəri əsaslarını mənimsətməkdir. Yəni bu kurs tələbələrə motivasiya konsepsiyalarından çıxış etməklə müxtəlif ekstremal şəraitlərdə şəxsiyyətin davranışının prosessual aspektlərinin xüsusiyyətlərini dərk etməkdə kömək göstərməlidir.Odur ki ,kursun tədrisi zamanı müxtəlif xarakterli təbii və antropogen fəlakətlərin doğurduğu ekstremal şəraitlərdə tələbələri tanış etməklə yanaşı ,həm də onlara bu şəraitlərlə bağlı psixogen halətlər və onların müxtəlif fəsadları barədə biliklər verilir.Kursun digər məqsədi tələbələrə ayrı-ayrı fəlakətlərin doğurduğu ekstremal şəraitlərdə davranış qaydalarını mənimsətmək , onlara adekvat reaksiya vermək vərdişlərini formalaşdırmaq , gözlənilən hər hansı təhlükənin öhdəsindən gəlmək bacarığını və eləcə də zərurət yarandıqda ehtiyacı olanlara psixoloji yardım göstərməyin yol və vasitələrini öyrətməkdən ibarətdir.
Kursun tədrisi həmçinin də gələcək mütəxəssisləin praktik psixologiya sahəsindəki müasir tədqiqatların nəticələrindən və toplanmış mövcud təcrübədən faydalanaraq , lazımi praktik vərdiş və bacarıqlara yiyələnməsini də nəzərdə tutur.
