Eliza Ismayılova
İsmayılova Elizə Sahadulla qızı
Vəzifə. Baş müəllim
İş telefonu: 5390397
Mail adresi: eliza_ismayilova@yahoo.com
QISA BİOQRAFİK MƏLUMAT.
E.S. İsmayılova 09.09.1970-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olub. 1995-ci ildə BDU-nin mexanika-riyaziyyat fakültəsini riyaziyyatçı ixtisasını bitirib.2010-cu ildə AMEA-nin Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunda sosial fəlsəfə üzrə “Qloballaşma dövründə zəka axını” mövzusunda dissertasiya müdafiə etmişdir. “Azərbaycanda qadın məhkumların əsas xüsusiyyət və meyllərinin təhlili”mövzusunda tədqiqat aparır E. İsmayilova xeyli sayda elmi məqalələrin 1 monoqrafiya, 2 tədris proqramının müəllifidir. Ailəlidir. Bir övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI.
Fəlsəfə üzrə fəlsəfə doktoru
ƏMƏK FƏALİYYƏTİ
2001-2012 ilə kimi 9-11 noyabr 2001-ci ildə keçirilmiş tarixi-möhtəşəm Dünya Azərbaycanlıların I qurultayının nəticəsi olan Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasında icra katibi vəzifəsində çalışmış.
Dünyanın müxtəlif ölkələrində o cümlədən Almaniya, Böyuk Britaniya, Rusiya, Belçika, İsveç, Fransa, İtaliya və digər ölkələrində həmvətənlərimizlə bağlı keçirilən qurultay və konfransların nümayəndısi və təşkilatçısı olmuşdur.
2001-2012 ilə qədər Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü və vitse prezidenti olmuşdur.
2009-cu ildən Bakı Dövlət Universitetində saathesabı dərs deyir, 2017-ci ildən isə Sosial iş kafedrasının baş müəllimidir.
TƏDRİS ETDİYİ FƏNLƏR:
“Azərbaycanda Sosial Yardim sistemi”, Fərdlər, qruplar və ailələrlə sosial iş”, “Ailə və uşaqlarla sosial işin əsasları”(Magistratura), Qloballaşma və beynəlxalq sosial iş”
TƏDQİQAT SAHƏSİ:
“Azərbaycanda qadın məhkumların əsas xüsusiyyət və meyllərinin təhlili” və “Dövlət uşaq müəsissələrində təlim-tərbiyə olunan uşaqlar cəmiyyətdə tutduqları yer”mövzusunda tədqiqatlar aparır
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət perespektivləri – DAK VII Qurultayı, 27-29 fevral 2004 Köln, Almaniya
- Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət perespektivləri – DAK VIII Qurultayı 20-22 may, 2005 Stokholm, İsveç
- Azərbaycan Milli Höküməti dövründə miqrasiya məsələləri – Beynəlxalq Simpozium, 12-14 dekabr 2008 Sankt- Peterburq, Rusiya
- Qloballaşma dövründə zəka axını – Birlik qurultayı 21-23 iyun 2008, Brussels, Belgium
- Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət perespektivləri – DAK X Qurultayı 11-12 dekabr, 2010 London, Böyük Britaniya.
- Training of trainers proqram. ADA and College of Europe. 04 iyun 2014.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
- Türk xalqlarının yayılma coğrafiyası: ölkəşünaslıq, regionşünaslıq məsələləri-Azərbaycan Dövlət Pedoqoji Universiteti. “I Türkoloji Qurultayin Türk Xalqlarının Mədəni-Mənəvı Birliyinin Yaradılmasında Rolu” Respublika Elmi-Praktik Konfransının Materialları. Bakı- 2016
- İslam Mədəniyyətində sosyallaşma, həmrəylik və elmi-praktik nəticələr- Azərbaycan Dövlət Pedoqoji Universiteti. “ İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağrışlar” Respublika Elmi Konfransının Materialları. Bakı- 2017
- HEYDƏR HÜSEYNOVUN ELMI-NƏZƏRI IRSI VƏ MÜASIR FƏLSƏFƏNIN AKTUAL PROBLEMLƏRI-Respublika elmi-praktik konfransının Materialları (3 may 2018-ci il)-XIX əsrdə Azərbaycan ictimai-sosial həyatına qısa baxış. 160-167 s., məqalə
- M.V. Firsov, E.Q Studenova. Sosial işin nəzəriyyəsi.Həm-tərcümə müəllifi.”Elm-Təhsil” . Bakı-2018
