Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

ELMİ İŞ

ELMİ İŞ

Kafedranın elmi istiqaməti ümumilikdə "Sosial fəlsəfə" və "Təbiət fəlsəfəsi"-dən ibarətdir. Yəni, bu kafedra sosial fəlsəfənin və təbiət fəlsəfəsinin predmetindən tutmuş onun tarixi mərhələlərlə araşdırılmasını, bir sözlə onun hərtərəfli təhlilini bir istiqamət kimi seçmişdir. Ümumilikdə kafedranın əməkdaşları «Müasir idrakın fəlsəfi əsasları»nı tədqiq edirlər.  Bu ətrafda müxtəlif mövzular kafedra əməkdaşları tərəfindən  tədqiq edilir.  Müasir idrakın fəlsəfi əsaslarının öyrənilməsinə marağın artması ilk öncə elmdə qazanılan yüksək nailiyyətlər və onların təhlili, habelə müasir idrak nəzəriyyəsində elmi metodologiyanın həlledici rol oynaması ilə əlaqədardır. Müasir idrakın fəlsəfi əsaslarının təhlilinin başlıca vəzifəsi obyektiv və subyektiv reallıq haqqında, cism və hadisələrin əlaqə və münasibətləri haqqında həqiqi bilik əldə etməkdir. Bütün bu məsələlər kafedranın yerinə yetirdikləri elmi tədiqat işlərində öz ifadəsini tapmışdır. Kafedranın əməkdaşları "Müasir idrakın fəlsəfi əsasları" mövzusunun ayrı-ayrı tərəflərini müxtəlif aspektlərdə təhlil etmişlər, bu mövzu ətrafında kafedranın əməkdaşları bir çox məqalə, tezis və monoqrafiyalar çap etdirmiş, konfrans və simpoziumlarda çıxış etmişlər.

Elmi istiqamət:

  1. Müasir sosial-fəlsəfi idrakın mahiyyəti və özünəməxsusluqları.
  2. Müasir təbiətşünaslığın fəlsəfi məsələləri.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti