Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Müəl. Hüseynov Elmar Nəbi o.

Fəlsəfə kafedrasının müəllimi

QISA BİOQRAFİK MƏLUMAT

1989-1999-cu illərdə Bakı ş. Nəsimi rayonu 159 saylı orta məktəbdə təhsil alıb. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində Fəlsəfə ixtisası üzrə bakalavr pilləsində təhsil alıb və təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-2005-ci illərdə BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsində “Sosial Fəlsəfə” ixtisası üzrə magistratura pilləsində təhsil alıb və təhsilini fərqlənmə diplomu ilə bitirib.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

2005-2008-ci illərdə BDU-nun Fəlsəfə kafedrasında “Sosial fəlsəfə” ixtisası üzrə əyani aspirantura (indiki doktorantura) pilləsində təhsilini davam etdirib, elmi dərəcə almaq üçün təqdim etdiyi dissertasiya işi 2009-cu ildə Fəlsəfə kafedrasında, 2010-cu ilə müvafiq İxtisaslaşdırılmış Elmi Şurada müvəffəqiyyətlə ilkin müzakirədən keçib.

ƏMƏK FƏALİYYƏTİ

2008-2009-cu illərdə Xəzər Universitetində və Bakı Avrasiya Universitetində məntiq və fəlsəfə müəllimi olaraq çalışıb.

2012-2013 illərdə Bakı Asiya Universitetinin Fəlsəfə kafedrasının baş müəllimi kimi çalışıb.

2011-ci ildən etibarən Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müəllimidir. Universitetin ingilis bölməsi üzrə müxtəlif qruplarında məntiq və fəlsəfə fənlərindən mühazirə və seminarlar aparıır. Müxtəlif illərdə nəşr edilmiş 10 elmi məqalənin müəllifidir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. “Formasiya və sivilizasiya təlimlərinin müqayisəli təhlili”. “Aspirant və tədqiqatçı”, 1 (49), Moskva, 2009, S. 40-47. 0,4 Ç.V

2. “Tarixi şüur və tarixi idrakın nisbəti”. “Bakı Universitetinin Xəbərləri”, sosial-siyasi elmlər seriyası, 2, Bakı, 2008, S. 142-152. 0,6 Ç.V.

3. “Tarixi proseslərə formasion yanaşma (K.Marksın tarix fəlsəfəsi ilə Yeni dövr almantarix məktəbi arasındakı varislik əlaqəsinin təhlili)”. Bakı Avrasiya Universiteti, “Dünyaya baxış”, 3, Bakı, 2008, S. 48-58. 0,6 Ç.V.

4. “Dini sistemlər çərçivəsində tarixi proseslərə dair baxışların təkamülü”. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, “Fəlsəfə”, 1(10), Bakı, 2008, S.187-192. 0,3 Ç.V.

5. “Orta əsr ərəb-müsəlman fəlsəfəsində tarixi proseslərə yanaşma (İbn Həldunun tarix fəlsəfəsi)” Bakı Dövlət Universiteti, “Tarix və onun problemləri” 1-2, Bakı 2008, S. 31-36. 0,3 Ç.V.

6. “Antik dövrdə tarixi proseslərə dair baxışların təkamülü”. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, “Sosial-siyasi problemlər” 1 (18), Bakı, 2008, S. 187-192. 0,3 Ç.V.

7. “Müasir koqnitiv fəlsəfədə şüur və altşüur problemi” // “Təhsil, şəxsiyyət və cəmiyyət” mövzusunda ümumrespublika konfransı. Bakı, BDU, 5 dekabr 2014 (səh. 63-65).

8. “Müasir anqlo-amerikan fəlsəfəsində şüur probleminin qoyuluşu” // Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 15, 2015, cild II. səh. 155-159.

9. “Erkən müasir dövrdə Qərb sivilizasiyasında tarixi şüurun inkişafı”. Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 19, səh. 97-105. Bakı -2017.

Bookmark and Share
© Bakı Dövlət Universiteti