Elmina Kazımzadə - psixologiya elmlər namizədi, baş müəllim

Elmina KAZIMZADE
psixologiya elmlər namizədi, dosent
BSU,Sosial elmlər və psixologiya fakültəsi
Qender və tətbiqi psixologiya kafedrasının müəllimi
İş telefonu: (994 12) 4986910/33(ext.201)
E-mail: ekazimzade@osi-az.org
QISA BİOQRAFİK MƏLUMAT
E.M.Kazimzadə 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-ci ildə Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirdikdən sonra BDU-nun pedaqogika və psixologiya kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1990-ci ildə “Etnopsixoloji kontekstlərdə özünüqiymətləndirmə faktorunun müqayisəli təhlili”nə həsr olunmuş dissertasiya işini Kiyevdə (Ukraynada) Elmi-Tədqiqat İnstitutunda müdafiə etmişdir. 1992-ci ildən Gender və tətbiqi psixologiya kafedrasının müəllimidir. E.M.Kazimzadə 1998-ci ildən indiyədək müxtəlif beynəlxalq layihələrdə tədqiqatçı və əlagələndirici vəzifələrində calışır. Birləşmiş Millətlər Təşkilatının, Dünya bankının və digər milli və beynəlxalq təlim-tədris
müəssisələrində aparıcı ekspert statusunu qazanmışdır. Son on ildə 4 beynəlxalq nəşrdə həmmüəllif olmuşdur. Xarici jurnallarda 15-dən çox məqaləsi cap olunmuşdur. 2007-2009-ci illərdə Ali Təhsilə Dəstək Proqramının Məsləhət şurasının uzvü kimi fəaliyyət göstərmişdir. Tənqidi təfəkkür və reflektiv pedaqogika mövzusunda Azərbaycan və beynəlxalq layihələrin təşəbbüskarı olubdur. 2008-ci ildən ictimai əsaslarla Dərnəklərin Qiymətləndirmə Şurasının sədri vəzifəsində fəaliyyət göstərir. Təhsil Siyasəti Üzrə Beynəlxalq Şəbəkənin İdarə heyətinin üzvüdür.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1990 Ukrainanın Psixoloji Tədqiqatlar İnstitutu, Kiev. Fəlsəfə elmlər doktoru (təhsil psixologiyası)
1985 Moskva Dövlət Universiteti, psixologiya kafedrası (treninq işi)
1974-1979 Moskva Dövlət Universiteti, psixologiya kafedrası
Əlavə:
2003 Kolumbiya Universitetinin Müəllimlər Kolledji, distansional əlavə təhsil kursu (elmi dərəcəsiz)“Təhsilin internasional politikasının tədqiqi”.
2002 2003 Kolumbiya Universitetinin Müəllimlər Kolledji, distansional əlavə təhsil kursu (elmi dərəcəsiz)“Təhsil proqramın qiymətləndirməsi”
2000 Harvard Universiteti, Hökümət Kennedy Məktəbi, İdarəetmə təslim proqramı, “İctimai sektorda strateqik danışıqlar” icra proqramı.
2000 Mərkəzi Avropa Universiteti – Budapeşt, “Proekt planlaşdırmasının və qiymətləndirməsinin praktik metodları” kursu
1999 Açıq İctimai İnstitunun Yardım Fondu – Azerbaycan, “Proektin qiymətləndirməsi” treninq kursu
1998 OSI Budapeşt Təşkilat inkişafı departamenti. Proektin icra edilməsi haqqında qabaqcıl təlim kursu
ƏMƏK FƏALİYYƏTİ
Təhsil Proqramın Məsləhətçisi, Təhsil siyasəti və Tədqiqat üzrə Direktor - Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi NGO Proqramın koordinatoru (hal-hazırda)Ali Təhsilə Yardım Proqramı OSİ – Azərbaycan akademik cəmiyyəti. 1992dən bəri BDU, Sosial Elmlər və Psixologiya fakültəsi, Qender və Tədbiqi psixologiya kafedrasının müəllimi 1998-2004 Açıq Cəmiyyət İnstitunun Yardım Fondu – Azərbaycan, təhsil direktoru və icra directorun müavini
İdarə etdiyi proektlər(bir sıra təçkilatların əməkdaşlığı ilə)
- Təhsil reformaların dəstəki Erkən uşaqlıq təhsilin inkişafı Təhsil politikasının inkişafı
- Dövlət siyasəti
- Gənclərin təşəbbüsün dayağı
- Qeyri-hökümət təşkilatların təhsildə iştirakı
- Vətəndaşlıq təhsili
- Təhsildə yerli icra orqanların iştirakı
- Ali təhsil sistemi
- Təhsildə informasiya və kommunikasiya texnologiyaları
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- “Les nationalismes et la formation de l'identité nationale en Azerbaijan”, a paper delivered at the annual AFEMAM conference (l’Association Francaise pour l’Etude du Monde Arabe and Musulman), Aix en Province, France, 1995
- “History Textbook development“, Proceeding of the International conference on Evaluation and Curriculum development organized by UNESCO and Korean Institute of Curriculum and Evaluation – Seoul, Korea. 2001
- “Step by Step Evaluation Report,” an article published in the journal of ISSA (International Association of Step by Step) - Educating Children for Democracy, May, 2003
- “Human Rights Education in Schools in Azerbaijan”, an article published in the journal of HURIGHTS OSAKA Organization, May-June, 2003
- “Civic Education developments in Azerbaijan: Teacher Reflections and Thoughts” an article published in the Human Rights Journal, published by the Asia-Pacific Human Tights Information Center, OSAKA, March, 2006
- “New Paradigm and Old Paradoxes in Civics Education in Azerbaijan” an article published in the journal Caucasus Context, Volume 3 issue 1, Nova Publishers, 2006
- Co-author the book “Education in a Hidden Marketplace: Monitoring of Private Tutoring”. NY OSI, 2006
- Co-author of the book “How NGOs react: Globalization and Education reform in the Caucasus, Central Asia and Mongolia” . Kumarian Press, 2008



