Eyyubova Mehriban Niyaz qızı
Elmi dərəcəsi:psixologiya üzrə fəlsəfə doktoru
Vəzifə:müəllim
İş telefonu: 5371925
Mail adresi: mehribaneyyubova1975@ gmail.com
QISA BİOQRAFİK MƏLUMAT
M.N. Eyyubova 28 oktyabr 1975-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakultəsinə daxil olmuş və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində №1 saylı Ruhi xəstəxanasında psixoloq vəzifəsində çalışmağa başlamışdır. Həmin ildə №1 saylı Ruhi xəstəxanasının təyinatı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nəzdində olan Kriminalistika institutunun məhkəmə-psixoloji ekspertiza şöbəsinin "Nəzəriyyə və praktika problemləri üzrə" elmi-tədqiqat laboratoriyasında təcrübə keçmişdir və sonra iş fəaliyyətini №1 sayli Ruhi xəstəxanasının məhkəmə-psixiatrik ekspertiza şöbəsində psixoloq- ekspert kimi davam etdirmişdir. 1999-cu ildə öz xahişi ilə işdən azad edilmişdir.1999-cu ildə BDU-nun Sosial elmlər və psixologiya fakultəsinin Psixologiya kafedrasında baş laborant vəzifəsinə qəbul edilmişdir. Bununla bərabər BDU-nun müxtəlif fakultəsində saathesabı dərslər aparmışdır. Həmin ildə BDU-nun dissertantura şöbəsinə qəbul edilmişdir və elmi tədqiqat işini "Suisidal davranışın təşəkkülünün psixoloji xüsusiyyətləri" mövzusunda başlamışdır. 2002-ci ildə M.N.Eyyubova " Suisidal davranışın təşəkkülünün psixoloji xüsusiyyətləri" adlı dissertasiyasını müdafiə etmiş və psixologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin illərdə M.N Eyyubova respublikada keçirilmiş elmi-praktik konfranslarda elmi məruzələrlə çıxış etmiş. 2012-ci ildə BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. Hal hazırda orada işləyir. M.N. Eyyubova 20-dan artiq məqalə, tezis və 12 proqramın muəllifidir. Evlidir, iki övladı var
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1992-1997- BDU-nun sosial elmlər və psixologiya fakultəsinin psixologiya şöbəsində təhsil almışdır. 2002-ci ildə- "Suisidal davranışın təşəkkülünün psixoloji xüsusiyyətləri" adlı dissertasiyasını müdafiə etmiş və psixologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
ƏMƏK FƏALİYYƏTİ
1998-1999-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Ruhi xəstəxanasında ekspert- psixoloq
1999-2008-ci illərdə BDU-nun Psixologiya kafedrasında baş laborant
2012ci ildən BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasında müəllim
TƏDRİS ETDİYİ FƏNLƏR
1. "Marketinq psixologiyası"
2."Tətbiqi sosial psixologiyasının aktual məsələləri.
3.Psixodiaqnostika.
4. Sosial-psixoloji tədqiqatın metod və metodologiyası.
5.Uşaq qruplarının və pedaqoji kollektivin idarəolunmasının psixoloji məsələləri.
6.İstedadlı uşaqların psixologiyası.
7. İdarəetmənin sosial psixoloji problemləri
8. İstedadlı uşaqların və gənclərin psixologiyası.
TƏDQİQAT SAHƏSİ - Sosial psixologiya
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
1.«Renessans» Elm-istehsalat mərkəzi. «Müasir elmin aktual problemləri» mövzusunda II elmi praktik konfrans. Bakı 1999.
2.Azərbaycan Elmi tədqiqat Pedaqoji Elmlər İnstitutu «XXI əsr: məktəb və psixologiya» mövzusunda elmi-praktik konfransı. Bakı 2000.
3.Azərbaycan Respublikası Təhsil Nazirliyi Aspirantların və gənc tədqiqatçıların VI Respublika Elmi konfransı. 23-24 fevral 2000 il.
4.Müasir elm XX əsrin astanasında: problemlər, perspektivlər" mövzusunda elmi- praktiki konfransı. Bakı 2000.
5.Azərb.Resp.Təhsil Nazirliyi Sosial elmlər və psixologiya fakültəsi Respublika gününə həsr olunmuş «Müstəqillik yollarında»: problemlər, pespektivlər” mövzusunda Elmi-praktik konfransı.30 may 2002.
6.Bakı Dövlət Universitetinin yaradılmasının 95-ci il dönümünə həsr edilmişdir. «Təhsil, şəxsiyyət və cəmiyyət» Respublika elmi-praktik konfransı. Bakı 15 dekabr 2014 il.
7.Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş «Сəmiyyət və təhsilin inkişaf strategiyası» VI Respublika elmi-praktik konfransı. 5 may. Bakı 2014.
8.BDU –nun Sosial elmlər və psixologiya fakültəsinin 25 illik yubileyinə həsr olunmuş «Çağdaş dövr və sosial elmlərin aktual problemləri» mövzusunda Ümumrespublika elmi-praktik konfransı. Bakı. 19 dekabr 2016.
9.“Miras və innovasiyalar – L.S.Vıqotskinin mədəni-tarixi ənənəsinin davamı” L.S.Vıqotskinin 120- ci yubileyinə həsr olunmuş Beynəlxalq yumru stol dairəsi. Bakı. 26-27 oktyabr 2016-ci il. Bakı.
10. “Uşaqların müxtəlif inkişaf mərhələlərində inkluziv təhsilin rolu” mövzusunda konfrans. Bakı. 25 sentyabr 2018-ci il.
ÇAP OLUNMUŞ elmi ƏSƏRLƏRİ
1. "Психологические аспекты суицидального поведения." " Müasir elmin aktual problemləri" mövzusunda II elmi- praktiki konfransın tezisləri. Bakı. 1999
2. "К проблеме психологии толпы." prof. B.H.Əliyevlə bərabər. "Müasir elmin aktual problemləri" mövzusunda II elmi- praktiki konfransının tezisləri. Bakı.1999
3."Социально-психологическая проблема предупреждения самоубийств: принципы и формы. " XXI əsr: "Məktəb və psixologiya" mövzusunda elmi- praktiki konfransının tezisləri. Bakı.2000.
4."Межличностные конфликты в генезисе завершенных суицидов." Aspirant və gənc tədqiqatçılarınin VI Respublika elmi konfransının materialları. Bakı 2000.
5. "Диагностика социальной дезадаптации и суицидальный риск." "Müasir elm XX əsrin astanasında: problemlər, perspektivlər" mövzusunda elmi- praktiki konfransının materialları. Bakı 2000.
6."Некоторые психологические аспекты поведения суицидентов". Respublika gününə həsr olunmuş. "Müstəqillik yolunda: problemlər, perspektivlər mövzusunda elmi- praktiki konfransının materialları. Bakı.2002.
7. "Психологический подход к проблеме самоубийства". Psixologiya jurnalı № 2. Bakı 2002.
8." Психология суицидального терроризма." Psixologiya jurnalı № 4. Bakı 2012.
9. "Психология аккультурации и мультикультурализм". Psixologiya jurnalı № 3. Bakı 2012.
10."Психология ненависти как орудие терроризма" BDU-nin Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 10. Bakı-2013.
11.”К проблеме аккультурации”. “Təhsil, şəxsiyyət və cəmiyyət”. Respublika elmi-praktik konfransın materialları. Bakı 2014.
12.”Психологический анализ личности террориста” BDU-nin Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 13. Bakı-2014.
13.”Психология этнической миграции и аккультурации” BDU-nin Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 15. Bakı-2015.
14.”Суицидальный терроризм:психологический аспект.” BDU-nin Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 15. Bakı-2015.
15. “Sosial qavrayış (persepsiya) və sosial idrak”. A.Dadaşova ilə birlikdə. BDU-nin Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 17. Bakı-2016.
16.”Терроризм в глобализирующем мире: психологический аспект”. BDU –nun Sosial elmlər və psixologiya fakültəsinin 25 illik yubileyinə həsr olunmuş «Çağdaş dövr və sosial elmlərin aktual problemləri» mövzusunda Ümumrespublika elmi-praktik konfransı. Bakı 19 dekabr 2016.
17.”Tерроризм в современном мире: психологический аспект”. Прioритетнi напрями вирiшения актуальных проблем суспiльних наук: Матерiали мiжнародной науково-практичноi конференцii (м.Одеса Украiна 21-22 жовтня 2016 року). Одеса ГО Причорноморський центр дослiджень проблем суспiльства.2016. Украина. 104c.
18.”Təlim fəaliyyətində şəxsiyyətlərarası münasibətlərin psixoloji xüsusiyyətləri”. G.Qarazadə ilə birlikdə. BDU-nin Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 18. Bakı-2017.
19.”Müxtəlif psixoloji nəzəriyyələrdə şəxsiyət problemi”. G.Qarazadə ilə birlikdə. BDU-nin Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 19. Bakı-2017.
20.”Терроризм как следствие социально-культурной деградации; психологический аспект”. BDU-nin Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 19. Bakı-2017
21.“Профессиональная и психологическая подготовка педагогов инклюзивного образования” P.Guliyeva ilə birlikdə. BDU-nin Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 21. Bakı-2018.
22.“Сравнительный анализ ценностных ориентаций личности в юношеском возрасте”A.Məmmədzadə ilə birlikdə. Umyos'18 VII Beynəlxalq konfrans 16-18 oktyabr 2018-ci il. Bakı.
Proqramlar:
1.Uşaqların intellektual qabiliyyətlərin inkişafı. azərb.dil. mag.(Pedaqoji psixologiya ixt).
2. Sosial-psixoloji tədqiqatın metod və metodologiyası. magistr.pil. az. və rus dillərində (Sosial psixologiya ixt).
3. Uşaq qruplarının və pedaqoji kollektivin idarəolunmasının psixoloji məsələləri. magistr.pil. az. və rus dillərində. («Pedaqoji psixologiya» ixt.)
4. Psixodiaqnostika. magistr.pil. az.və rus dillərində. («Pedaqoji psixologiya» ixt.)
5. Tətbiqi sosial psixologiyanın aktual məsələləri mag. pil.az. və rus.dillərində. («Sosial psixologiya» ixt.)
6..Психология маркетинга bakalavr pilləsi. rus dilində. (humanitar fakültələr)
7.Şəxsiyyətlərarası konfliktlərin psixologiyası bakalavr pil. az və rus dillərində. (humanitar fakültələr)
