VEYISOVA SAMIRA MƏLİK qızı
Fəlsəfə elmləri namizədi
Vəzifə: dosent
İş telefonu: 539-15-81
e-mail adresi: samira029@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
S.M.Veyisova 29 avqust 1967-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.
1992-ci ildə Kiyev Dövlət Universitetinin Fəlsəfə fakültəsini, 1995-ci ildə Bakı Dövlət Universitetin Hüquq fakültəsini bitirmişdir. 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının aspirantı olmuşdur. 2000-ci ildə "Fəlsəfə tarixi" ixtisası üzrə "Avestanın fəlsəfi-dünyagörüşü mahiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsini almışdır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
Fəlsəfə elmləri namizədi, dosent
ƏMƏK FƏALİYYƏTİ
1992-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “politologiya” kafedrasında laborant, baş laborant, 2002-2017-ci illərdə Bakı Dövlət Universitetinin “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasında 0,5 müəllim, tam ştat müəllim, dosent əvəzi vəzifələrində işləmişdir. 2017-ci ildən isə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında dosent vəzifəsində çalışır.
TƏDRİS ETDİYİ FƏNLƏR
- Fəlsəfə tarixi
- Mədəniyyətşünaslıq
- Hüquqi etika
- Alman klassik fəlsəfəsi və müasirlik
- Yeni dövr fəlsəfəsi
- Fəlsəfə tarixində Şərq-Qərb münasibəti
TƏDQİQAT SAHƏSİ
Şərq və qərb fəlsəfəsinin qarşılıqlı əlaqəsi.
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
Bakı II Beynəlxalq Elmi Konfrans. 1 aprel 2018.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
- Avestanın fəlsəfi fikir tarixində əhəmiyyəti. Ekologiya, fəlsəfə, mədəniyyət. Elmi məqalələr məcmuəsi. 42-ci buraxılış. Bakı, 2006, s.102-104.
- Zərdüştün etik təlimi. Ekologiya, fəlsəfə, mədəniyyət. Elmi məqalələr məcmuəsi. 44-cü buraxılış. Bakı, 2007, s.43-47.
- Lobbizm ictimai həyatın fenomeni kimi. Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası.-1-, 2007, s.94-104
- О взаимосвязи восточной и западной философии: компаративистский подход. Материалы международной научной конференции, посвященной 90-летию Бакинского Государственного Университета. 2009, с.361-363
- Коллективное поведение в теории символического интеракционизма Блумера. Bakı Universitetinin xəbərləri. Sosial siyasi elmlər seriyası №2, 2010, s.67-76
- Юридическая этика (программа для бакалавров). Издательство Бакинского Государственного Университета. 2010 г, 12 стр.
- Fəlsəfə tarixində Şərq və Qərb münasibəti. Proqram. Bakı Universiteti nəşriyyatı. Bakı, 2010
- Теория социальной системы Т.Парсонса. Tarix və onun problemləri. Bakı-2011, s.218-221
- Парадигма функционального анализа Р.Мертона. Tarix və onun problemləri. Bakı-2012, s.295-299
- Alman klassik fəlsəfəsi və müasirlik. Proqram. Bakı Universiteti nəşriyyatı. Bakı, 2015
- Отношения Восток-Запад в истории философии. Metodik vəsait. Bakı Universiteti nəşriyyatı. Bakı, 2015
- Əxlaq və hüquq qarşılıqlı əlaqə və təsiri haqqında. Tarix və onun problemləri. №3, Bakı 2016, s. 255-258
- Evtanaziyanın əxlaqi-hüquqi aspektləri. Tarix və onun problemləri. № 3. Bakı, 2017, s.217-222
- "Hüquqi etika". Dərs vəsaiti. Bakı – 2017
