f.ü.f.d. Səmədova Rüxsarə Muxtar q.
Fəlsəfə üzrə fəlsəfə doktoru, Fəlsəfə kafedrasında kabinə müdiri
QISA BİOQRAFİK MƏLUMAT
Səmədova Ruxsarə Muxtar qızı 1956-cı ildə Bakı şəhərində anadan olub. 1964-1974-cü illər ərzində orta məktəbdə oxuyub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, 1981-ci ildə oranı bitirib. 1976-cı ildə ADU-nun “Paleobiokimya” laboratoriyasında laborant vəzifəsində işə başlayıb. 1977-ci ildə ADU-nun ümumi şöbəsinə iş icraçısı vəzifəsinə keçib. 1990-cı ildə kimya fakültəsində metodist vəzifəsinə keçib. 2006-cı ilin aprel ayından Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasına keçib. 2007-ci ildə “Sistemli yanaşma və sinergetik sistemlər: məntiqi-qnoseoloji təhlil” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru adına layiq görülüb. 2011-ci ildən Fəlsəfə kafedrasında kabinə müdiri vəzifəsində çalışır.
TƏHSİLİ , ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Fəlsəfə üzrə fəlsəfə doktoru
ƏMƏK FƏALİYYƏTİ
1976-cı il ADU-nun “Paleobiokimya” laboratoriyasında laborant;
1977-ci il ADU-nun ümumi şöbəsində iş icraçısı;
1990-cı ildə Kimya fakültəsində metodist;
2006-cı ildə Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında metodist;
2011-ci ildən Fəlsəfəka fedrasında kabinə müdiri vəzifəsində çalışır.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- “Rasionallıq, qeyri-rasionallıq və irrasionallıq anlayışlarının mahiyyətinə dair” (məqalə). XXI век глобализация социально-экономические проблемы общества. Научно-практическая конференция, посвященная социально-экономическим проблемам современности. 20-21 декабря 2013 г.
- “Modelləşdirmə və onun elmi idrakda rolu” (məqalə). Azərbaycan məktəbi. Elmi-nəzəri, pedaqoji jurnal. № 2. Bakı, 2016.
- “Modelləşdirmə və onun elmi idrakda rolu”Azərbaycan məktəbi. Elmi-nəzəri jurnal, № 2.Bakı, 2016.səh. 28 – 36
- “Anlama və onun idraki-intellektual rolu”BDU. Sosial elmlər və psixologiya fakültəsi. Gənc tədqiqatçıların Respublika elmi-praktik konfransının materialları (17 aprel, 2017-ci il) səh. 29-30
- “H.Hüseynov irsi və dialektikanın qanun kateqoriyası ”H.Hüseynovun anadan olmasının 110 illiyinə həsr edilmiş Respublika elmi-praktik konfransının materialları (3 may 2018-ci il).səh. 140-144
