Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Fəlsəfə klubu

25.09.2017-ci il tarixində Fəlsəfə klubunun açılışı baş tutub. Fəlsəfə Klubunun rəhbəri  3-cü kurs psixologiya tələbəsi Aytac Qasımova və klub rəhbərinin müavini Günəş Məmmədli klubun məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına məlumat verib.

Klubun məqsədinə gənclər arasında fəlsəfi fikirlərin aşılanması, müxtəlif elmi-fəlsəfi mövzuların müzakirəsi, fəlsəfə tarixinin inkişaf tendensiyasının mənimsənilməsi və s. daxildir. Eyni zamanda, cəmiyyətin fəlsəfi təfəkkürünün formalaşması və inkişafı üçün zəmin yaradan tədbirləri (seminarlar,konfranslar mühazirələr və s.) həyata keçirmək, fəlsəfi tədqiqatları ictimai həyatın aktual problemlərinə yönləndirmək, gəncləri fəlsəfə ilə yaxından tanış etməklə onlara Azərbaycan fəlsəfi fikir tarixi habelə, Şərq və Qərb fəlsəfi fikir tarixi və fəlsəfi cərayanları haqda məlumat verməkdir.

Qasımova Aytac Hafiz qızı - Fəlsəfə klubunun rəhbəri

QISA BİOQRAFİK MƏLUMAT

1997-ci il noyabr ayının 12-də Bakı şəhərində anadan olub. 2004-cüildə Akif Qambayzadə adına 148 saylı orta məktəbə daxil olub. 2013-cü ildə Cahangir Cahangirov adına 4 nömrəli orta məktəbdə təhsilini davam etdirib. 2015-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya  fakültəsinə daxil olub. 2016-ci ildən Türkiyə Cumhuriyyəti Beynəlxalq Elm və Təhsil Fedarasiyasının üzvüdür. Öz ixtisasıyla bağlı müxtəlif psixoloji seminarlarda iştirak edib və sertifikatla təltif olunub.

 

Məmmədli Günəş Hikmət qızı - Klub rəhbərinin müavini

QISA BİOQRAFİK MƏLUMAT

1997-ci il 8 noyabr tarixində anadan olunub. 2004-cü ildə Bakı şəhəri 47saylı orta məktəbnin 1-ci sinifinə daxil olunub. 2012-ci ildə Bakı şəhəri 82saylı məktəbində təhsilini davam etdirmişdir.2014-cü ildə Bakı şəhəri 3saylı orta məktəbə daxil olmuş  və burada təhsilini başa vurub. 2015ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinə daxil olub.2016-ci ildən Türkiyə Cumhuriyyəti Beynəlxalq Elm və Təhsil Fedarasiyasının üzvüdür.

Öz ixtisasıyla bağlı psixoloji seminarlarda iştirak etmiş və sertifikatla təltif olunub.

Bookmark and Share
© Bakı Dövlət Universiteti