Genderə giriş
“Genderə giriş” fənni müxtəlif sahələr üzrə mütəxəssisin gender savadlılğının əsasıdır. Bu kursda öyrənilmiş biliklər anlayışlar sistemini qurur, cəmiyyətin demokratik inkişafı və insan hüquqlarının qorunması üçün lazım olan şəxsi mövqeyi formalaşdırır.
“Genderə giriş” kursunun məqsədi tələbələrin gender konsepsiyası və gender elmi – genderologiya ilə tanışlığıdır. Həmçinin empirik materialın təhlili üzrə praktik bacarıqların inkişafı, gender yanaşması baxımından konkret məlumatların ümumiləşdirilməsi, cəmiyyətin müxtəlif sferalarında gender situasiyalarının tənqidi analizini verilməsi düşünülür. Genderə dildə əks olunan, sosiumda qurulan və yaranmasının birinci mənbəyi ailə olan sosiomədəni fenomen kimi baxılır. Bütün bunlar müxtəlif sosial-tarixi formalarda gender münasibətlərinin inkişafına tarixi ekskurs, gender konseptinə şərti qəbul edilən dəyişkən intensivlik kimi müasir baxış tələb edir. “Genderə giriş” kursunda əsas yeri tələbələrin Azərbaycanda gender münasibətləri və genderologiyanın inkişafı ilə tanışlığı tutur.
Kurs BDU-nun 15 fakultəsində (ilahiyyat istisna olmaqla) bir proqram üzrə, lakin müxtəlif saat miqdarında keçilir. Fakultədən asılı olaraq proqramda müvafiq sahə vurğulanır, məsələn, tarixdə - tarixin gender aspektləri, filologiyada – gender linqvistikası, sosial elmlər və psixologiya fakultəsində - psixoloji problemlər, fəlsəfi əsaslar, genderin sosialogiyası və s. Bəzi fakultələrdə kurs imtahanla (test) başa çatır.
Bakı Dövlət Universiteti Azərbaycan Respublikasında genderin əsasları və genderologiyanın fakultativ dərslərin təhsil standartına daxil edilmiş birinci ali təhsil müəssisəsidir. Keçirilmiş sorğuya əsasən fənnə olan tələbat 80%-dir.
