Gender sosiologiyası
Cəmiyyətdə baş verən geniş miqyaslı sosial-iqtisadi və siyasi dəyişikliklər ailə strukturunda və ictimai münasibətlər sistemində kişi və qadın arasındakı münasibətlərin dəyişilməsinə gətirib çıxarır. Gender münasibətlərinin araşdırılması bir sıra sosial və humanitar, həmçinin sosialogiyanın ayrılmaz tərkib hissəsi olmuşdur. Azərbaycanda genderologiyanın bütünlükdə institutsionalizasiyası prosesi gedir.
Tədris proqramının məqsədi sosial tədqiqatlarda gender metologiyasının yayılmasıdır. Gələcək mütəxəssis tərəfindən ictimai şüurda şəxsiyyətin davranışının gender-simmetrik təsəvvürlərinin təsdiqi, həmçinin gender stereotiplərinin və cinslər arasında gender zorakılığının müxtəlif formalarının aradn qaldırılmasıdır.
Kursda gender stratifikasiyası, ailə və peşəkar münasibətlərin gender problemləri, ictimai siyasətin gender aspektləri və başqa məsələlər təqdim edilir. Kursun daxilində gender asimmetriyası sosial nəzəriyyənin klassikləri (E.Durkheim, T.Parsons) tərəfindən necə qəbul olunur və təsvir edilməsi haqqında ümumi təsəvvürlər verilir. Kurs nəzəri kontekst fonunda yaranan gender sosialogiyası ilə tanış edir.
Kursda əsas diqqət peşəkar münasibətlərin gender problemlərinə ayrılır. Qadın və kişi iqtisadi münasibətlər sistemində nəzərdən keçirilir, əmək bazarında ayrı-seçkiliyin səbəbləri aşkar edilir.
Ailə münasibətlərinin gender problemləri mühüm məsələlərdəndir. Azərbaycanda demoqrafik vəziyyətin xüsusiyyətlərini nəzərə alaraq ailədə gender təsəvvürlərinə, ailədə rol bölgüsü və qarşılıqlı əlaqəyə, ailədə məişət zorakılığı fenomeninə diqqət yetirilir. Ailədə qadın zorakılığını izah edən əsas yanaşmalar nəzərdən keçirilir.
Kurs üçün mərkəzi əhəmiyyət genderin mədəniyyətdə təmsil olunmaqla təşkil olunmasıdır. Bəzi fakultələrdə kurs imtahanla (test) başa çatır.
