Gerontopsixologiya
Kursun məqsədi: gerontopsixologiya üzrə əsas anlayışların formalaşması, yaşlı insanların psixoloji xüsusiyyətləri üzrə biliklərə yiyələnmək.
Vəzifələr:
- gerontogenez zamanı psixi inkişafın xüsusiyyətləri haqqında nəzəri təsəvvürlər hazırlamaq;
- qocalıq yaşında psixoloji problemlərin xüsusiyyətləri haqqında biliklər formalaşdırmaq;
- yaşlı insanlara psixoloji yardım göstərilməsi üzrə bilik dərəcəsini artırmaq.
Bu kursun öyrənilməsi nəticəsində magistr :
- gerontopsixologiyanın əsas anlayışlarını, gerontogenez zamanı fərdin inkişafının qanunauyğunluqlarını, yaşlı insanların psixodiaqnostik müayinəsinin xüsusiyyətlərini biləcək;
- əldə edilmiş bilikləri prosesi optimallaşdırmaq məqsədilə profilaktik məsələlərin həllində istifadə etməyi bacaracaq.
Bu kurs təhsil alanda aşağıdakı peşəkar səriştələrin formalaşdırılmasına yönəldilib:
- ətraf mühitin subyektləri arasında qarşılıqlı təsirin təşkili zamanı yaşlı insanların yaş xüsusiyyətlərini nəzərə almaq qabiliyyəti;
- peşəkarların professional məsələlərin həllində fənlərarası və elmi əməkdaşlığında iştirak etmək bacarığı;
- öz peşəkar fəaliyyətinin nəticələrini əks etdirmək bacarığı;
- ailə ilə, uşaqların tərbiyəsi, təhsili və inkişafı ilə bağlı müəllimlərlə qarşılıqlı əlaqədə olmaq bacarığı.
Kursun proqramı əsasında aşağıdakı məsələlərin nəzərdən keçirilməsi düşünülür: Qocalıq yaşlı insanın inkişaf mərhələsidir. Problemə giriş: “qocalıq” və “qocalma” anlayışını müəyyənləşdirmək. Yaş dövrləri və yaşın tipləri. Yaşın ümüumi xarakteristikası. Qocalıq və qocalma nəzəriyyələri: qocalmanın bioloji nəzəriyyələri, qocalığa və qocalmaya sosial-psixoloji yanaşma; qocalığa psixoanalitik yanaşma. Qocalıqda idrak proseslərinin xüsusiyyətləri. Qocalıqda mümkün intellektual fəaliyyətin azalmasının kompensasiya mexanizmləri. Ayrı-ayrı idraki funksiyaların xarakteristikası. Qocalıqda şəxsiyyətin xüsusiyyətləri. Qocalma prosesində fərd amilinin rolu. Yaşlı insanın şəxsiyyət xarakteristikası. Qocalıq patologiyası. Qocalıqda psixoloji pozuntular. Qocalıq xəstəlikləri: xüsusiyyətləri və “gənclik” xəstəliklərindən fərqi. Qocalıq zəifliyi. Onların yüngülləşdirilməsi üsulları.
Qocalıqda nevroloji və psixi pozuntular. Cəmiyyətdə yaşlı insan. Gerontofobiya və gerontofiliya. Yaşlıların stereotipləşdirilməsi. Müasir cəmiyyətdə eydcizm problemləri. Nəsil konflikti. Qocalıqda ailə və ailədə yaşlı insan. Ailənin inkişaf mərhələləri və həyatın fərdi yaş mərhələləri. Ailədə qocaların vəziyyəti. Yaşlı insanın ailədə konfliktləri və onun həllolunma yolları. Qocalıqda münasibətlərin xüsusiyyətləri. Qocalıqda tənhalıq problemi. Yaşlı insanlar və kədər. Qocalar evində qocaların münasibət xüsusiyyətləri. Təqaüdə çıxmaq – sosial-psixoloji problem kimi. Təqaüd yaşına qədər reabilitasiya prinsipləri. Təqaüd həyatına uyğunlaşmaq. Təqaüdə çıxmaq üçün psixoloji hazırlığın diaqnostikası.
