Həbib Kərimov - kiçik elmi işçi
KƏRIMOV HƏBIB FİRUDİN OĞLU
“İnkişaf” REPM-in kiçik elmi işçisi
İş telefonu: 510-63-05
QISA BİOQRAFİK MƏLUMAT
15 fevral 1973-cü ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olub. 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin psixologiya ixtisası üzrə bakalavr pilləsində,1998-2000-ci illərdə isə magistr pilləsində təhsil alıb.1999-cu ildən Bakı Dövlət Universitetinin “İnkişaf” Elmi-Praktik Mərkəzində kiçik elmi işçi vəzifəsində işləyir. Eyni zamanda UNİCEF və Dünya Bankının milli məsləhətçisidir. Respulikada aparılan təhsil islahatlarının həyata keçirilməsi, bir sıra dövlət proqramları və qanunlarının hazırlaması üzrə işçi qrupunun üzvü olub. O, milli qiymətləndirmənin həyata keçiriliməsi üzrə layihənin rəhbəri, Texnologiya fənni üzrə qiymətləndirmə standartlarının hazırlanması üzrə milli məsləhətçi, “İnkluziv Təhsilin inkişafı üzrə Dövlət proqramının hazırlanması”, “Məktəbəqədər Təhsil haqqında qanunun hazırlanması”, “Sosial iş üzrə kurrikulumun və standartların hazırlanması”, “Məktəbəqəqər təhsil standartlarının” hazırlanması”, “Azərbaycan Respublikasında Dövlət Uşaq Müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının idarə olunması üzrə işçi qrupunun üzvüdür. Gender və tətbiqi psixologiya kafedrasında saathesabı müəllimdir. Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı “De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət Uşaq Müəssisələri və Alternativ Xidmətlər üzrə şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda şagird nailiyyətlərinin qiymətləndirilməsi, kurikulumun və qiymətləndirmə standartlarının hazırlanması, erkən uşaqlıq dövrünün inkişafı, məktəbdə uşaqların sağlamlığının qorunmasının təşkili üzrə işçi qrupunun üzvüdür.
ƏMƏK FƏALİYYƏTİ
1999-cu ildən “İnkişaf” REPM-də kiçik elimi işçi vəzifəsində işləyir.
2003-cü ildən Gender və Tətbiqi psixologiya kafedrasının saathesablı müəllimidir.
2 məqalənin, 2 tezisin, 4 dərsliyin müəllifi, 7 kitabın elmi redaktorudur.
“Menecment psixologiyası”, “Psixoloji məsləhət” üzrə mühazirələr kursunu oxuyur.
TƏDQİQAT SAHƏSİ
Sosial psixologiya
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Təhsil və zorakılıq. Psixologiya jurnalı
- Təlim-tədris prosesində şəxsiyyətin inkişafının sosial-psixoloji problemləri. Psixololgiya jurnalı. №3
