HESABAT
BDU–nun psixologiya kafedrasının əməkdaşları yenicə müstəqillik qazanmış Azərbaycan Respublikası dövlətinin apardığı möhkəm təməli olan siyasi strategiyaya və dövlət quruculuğu siyasətinə sadiq qalaraq elmi – tədqiqat işlərini bu istiqamətdə aparırlar.
Kafedraının əməkdaşları 2018-2020-ci illərdə «Şəxsiyyətin idrak fəallığının psixoloji məsələlər» mövzusunda elmi - tədqiqat işlərini icra etmişlər.
Kafedra əməkdaşları BDU –nun rektoru Elçin Babayevin imzası ilə təsdiq olunmuş dərs yükünü hər il tələb olunan səviyyədə yerinə yetirməklə yanaşı, elmi – tədqiqat işlərini də bu tələblər əsasında icra etmişlər.
Kafedra əməkdaşlarının apardığı elmi – tədqiqat işlərinin nəticələri elmi – praktik konfransalarda məruzə edilmiş, aprobasiyadan keçirilmişdir. Tədqiqatın nəticələri monoqrafiya, tədris vəsaiti, məqalə və məruzə tezislərində əks olunmuşdur. Aparılmış tədqiqatın nəticələrindən ayrı – ayrı fənlərin tədrisi prosesində xüsusi kurs və seminarların təşkilində, magistratura pilləsin də tədrisinin səviyyəsinin yüksəldilməsi prosesində istifadə oluna bilər. Tədqiqatın nəticələri 61 məqalə, elmi konfransdakı24məruzə tezislərində öz əksini tapmışdır.
