HESABAT
BDU-nun Sosial elmlər və psixologiya fakültəsi Gender və tətbiqi psixologiya kafedrasının əməkdaşları 2016-ci ildə geniş və hərtərəfli elmi fəaliyyət göstərmişdir. Kafedra üzvləri bir sıra dövrü nəşrlərdə, elmi konfranslarda, həmçinin kitabların orta məktəb üçün dərslik, ali təhsil üçün dərs vəsaitlərin yazılmasında iştirak etmişlər. Kafedranın bu yöndə fəaliyyətinin nəticələri barədə məlumat hesabata əlavə olunan cədvəllərdə əks olunmuşdur. Hesabat ili ərzində kafedra əməkdaşları tərəfindən elmi-tədqiqat işlərinin yerinə yetirilməsi plana uyğun olaraq aparılmış, onların ardıcıl müzakirəsi təmin olunmuş və müzakirələrin nəticələri iclas protokollarında əks olunmuşdur.
2016-ci ildə kafedranın vacib işlərindən hesab edilən dərs vəsaiti kimi istifadə olunacaq “Theories og gender”nin ingilis bölməsində təhsil alan tələbələr üçün nəşr edilmiş, müəllimlərin 9 məqalə respublikada və 7 məqalə xaricdə çap olunub. O çümlədən, 4 tezis respublikada və 4 tezis xaricdə çap olunub.
