Hesabat
Kafedranın professor-müəllim heyəti üç illik plan üzrə 2006-2008-ci illərdə Məktəbli və tələbə gənclərin təlim və tərbiyəsinin təkmilləşdirilməsi» problemini tədqiq edir. Tədqiqat işlərinin əsas istiqamətləri, onların səciyyəvi cəhətlərini nəzərdən keçirək.
İstiqamət: Pedaqogika.
Mövzu: Məktəb və ali məktəb pedaqogikasının aktual problemləri.
Tədqiqat obyekt: Məktəb və ali məktəbdə pedaqoji proses.
İşin məqsədi: Məktəbli və tələbə gənclərin təlim-tərbiyəsini təkmilləşdirilməsi yollarını müəyyənləşdirmək.
Tədqiqat üsulları: Nəzəri təhlil, tarixi və elmi mənbələrin öyrənilməsi müşahidə eksperiment.
Alınan nəticələr və yenilik: Problemin nəzəri əsasları və həlli texnologiyasının müəyyən edilməsi.
Tətbiq sahəsi: Elm və təhsil.
Hesabat ilində kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin nəticələri dövlət və özəl strukturlarda tətbiq olunmuşdur. Professor H.Ə.Əlizadənin «Ailə və məktəb», prof. əv. M.A.İsmixanovun «Pedaqogikanın əsasları» dərs vəsaitində, dos. T.Dadaşovanın, prof. F.Rüstəmovla birgə yazdıqları «Ali məktəb pedaqogikası» dərsliyində elmi-tədqiqat işlərinin nəticələrindən istifadə edilmişdir. P.e.d., prof. H.Ə.Əlizadə və R.M.Mahmudovanın Q.A. Abbasova ilə birgə yazdıqları «Təhsilin sosial-pedaqoji məsələləri», p.e.d. L.N.Qasımovanın Azərbaycan tarixi və ədəbiyyat fənlərinin tədrisi prosesində şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə həsr olunmuş vəsaitləri elmi-tədqiqat işlərinin başlıca nəticələrini əks etdirir.
Kafedra əməkdaşlarının apardıqları tədqiqatların nəticələrindən «Pedaqogika» və «Ali məktəb pedaqogikası» fənlərin üzrə mühazirə və seminar məşğələlərində geniş istifadə olunur. Bu sahədə prof. N.M.Muxtarovanın, prof. H.Ə.Əlizadənin, prof. əv. M.A.İsmixanovun, p.e.d., dos. L.N.Qasımovanın, dos. R.M.Mahmudovanın, dos. əv. A.F.Həziyevin, dos.əv. F.Məmmədovun tədqiqatlarını xüsusi qeyd etmək olar.
Kafedra üzvlərindən prof. əv. M.A. İsmixanovun, dos. S.B. Allahverdiyevanın tələbələrin pedaqoji təcrübəsinin təşkilinə dair hazırlamış olduqları proqramlardan, OYU-da, Bakı Qızlar Universitetində istifadə olunur.
Pedaqogika kafedrası üzvləri 2009-2011 - ci illər üçün nəzərdə tutulmuş elmi iş planынa müvafiq olaraq “Məktəbli və tələbə gənclərin təlim –tərbiyəsinin təkminləşdirilməsi” problemi üzərində işləйir. Kafedra üzvləri tərəfindən araşdırılan mövzular mahiyyət etibarиlə elmi-nəzəri və praktiki əhəmiyyətə malikdir.
İstiqamət: Pedaqogika.
Mövzu: “Məktəbli və tələbə gənclərin təlim –tərbiyəsinin təkminləşdirilməsi”
Tədqiqat obyekt: Məktəb və ali məktəbdə pedaqoji proses.
İşin məqsədi: Məktəbli və tələbə gənclərin təlim-tərbiyəsini təkmilləşdirilməsi yollarını müəyyənləşdirmək.
Tədqiqat üsulları: Nəzəri təhlil, tarixi və elmi mənbələrin öyrənilməsi müşahidə eksperiment.
Alınan nəticələr və yenilik: Problemin nəzəri əsasları və həlli texnologiyasının müəyyən edilməsi.
Tətbiq sahəsi: Elm və təhsil.
Hesabat ilində kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin nəticələri dövlət və özəl strukturlarda tətbiq olunmuşdur. Kafedera üzvləri tərəfindən araşdırılan mövzular mahiyyət
etibarilə elmi-nəzəri və praktiki əhəmiyyətə malikdir.
Professor H.Ə.Əlizadə L.N.Qasımova ilə birgə “ Ali təhsilin qloballaşma yolu” ,
H.Ə.Əlizadə ilə birgə “Pedaqoji pisxologiya” 3 cilddə, “Sosial elmlər və
pisxologiya-20”, prof.əv.M.A.İsmixanovun “Pedaqogikanın əsasları 2011”, ”Ali
məktəb pedaqogikası”, dos R.Ə.Bəxtiyarova ilə birgə “Ali məktəb müəllimləri
alim və tərbiyəçi kimi “, dos.əvəzi F.M.Məmmədovun dos.N.B.İmamverdiyeva ilə
birgə yazdıqları “Pedaqogika kursu üzrə seminar məşğələlərinin aparılması
metodikası” adlı dərs vəsaitlərində elmi-tədqiqat işlərinin nəticələrindən istifadə
edilmişdir. Prof.əv.M.A.İsmixanovun prof. N.M.Muxtarova ilə birgə yazdıqları
“Ali məktəb pedaqogikası kursu üzrə sxemlər”, dos S.B.Allahverdiyeva ilə birgə
"Pedaqogika kursu üzrə sxemlər”, dos.əv.R.Ə.Bəxtiyarova ilə birgə “Pedaqogikae
elmi və pedaqoji fikrin inkişaf tarixi”, “ Pedaqogika nəzəriyyəsi və tarixi
sxemlərdə”, “ Pedaqogika tarixi üzrə yoxlama tapşırıqları”,
dos.əv.Q.H.Tağıyevanın “ Gənclərdə milli-mənəvi dəyərlərin formalaşdırılması
imkanları və yolları” adlı vəsaitləri elmi-tədqiqat işlərinin başlıca nəticələrini əks
etdirir.
Kafedra əməkdaşlarının apardıqları tədqiqatların nəticələrində “Pedaqogika”, “Ali
məktəb pedaqogikası”, “Sosial pedaqogika”, “Məktəbin idarə olunması “,
fənlərindən mühazirə və seminar məşğələlərində geniş istifadə olunur. Bu sahədə
prof.N.M.Muxtarovanın , prof H.Ə.Əlizadənin, . Prof.əv.M.A.İsmixanovun prof
L.N.Qasımova, dos R.M.Mahmudovanın, dos.N.B.İmamverdiyevanın ,
dos.M.A.Quliyevanın, dos S.B.Allahverdiyeva, dos.F.A.Həsənovanın, dos. əv. F.M.Məmmədovun,dos .R.Ə.Bəxtiyarovanın, dos.əv.Q.H.Tağıyevanın ,
müəllim. K.K.Qəhrəmanovanın və başqalarının tədqiqatlarını xüsusi qeyd etmək
olar.
Pedaqogika kafedrası üzvləri 2012-2014 - ci illər üçün nəzərdə tutulmuş elmi iş planına müvafiq olaraq «Müasir pedaqoji texnologiyaların tətbiqi təhsil-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi amili kimi» problemi üzərində işlənir. Kafedra üzvləri tərəfindən araşdırılan mövzular mahiyyət etibarilə elmi-nəzəri və praktiki əhəmiyyətə malikdir.
İstiqamət: Pedaqogika.
Mövzu: Müasir pedaqoji texnologiyaların tətbiqi təhsil-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi amili kimi
Tədqiqat obyekt: Müasir pedaqoji texnologiyalar və onların təhsil-tərbiyə işinə tətbiqi prosesi
İşin məqsədi: Müasir pedaqoji texnologiyaların tətbiqi vasitəsi ilə təhsil-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi imkanları və yollarını müəyyənləşdirməkdən.
Tədqiqat üsulları: Nəzəri təhlil, tarixi və elmi mənbələrin öyrənilməsi müşahidə eksperiment.
Alınan nəticələr və yenilik: Problemin nəzəri əsasları və həlli texnologiyasının müəyyən edilməsi.
Tətbiq sahəsi: Elm və təhsil.
2011-2014 hesabat ilində kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin nəticələri göstərir ki, təlim-tərbiyə işinin səmərə və keyfiyyəti onun müəyyən sistemdə, texnoloji əsasda qurmaqdan çox asılıdır. Müşahidələr və diaqnostik təhlillər əsasında müəyyən edilmişdir ki, müəllim və tərbiyəçilər təlim-tərbiyə prosesini əksər hallarda düzgün təşkil etmir, onu formal şəkildə - tədbirlərin sistemsiz yığını kimi qururlar. Bu halda işin məqsədini, məzmun, vasitə və nəticələrini yaxşı planlaşdırmadan, tədbirin keçirildiyi mühiti, kollektivi düzgün nəzərə almadan kortəbii şəkildə hərəkət edirlər. Buna görə də keçirilən tədbirlər lazımi səmərə vermir. Tədqiqat göstərir ki, təlim-tərbiyə işini müəyyən texnoloji dövrə (silsilə) şəklində planlaşdırıb həyata keçirdikdə, kollektivlə, qrupla və ya fərdi işin texnologiyasına düzgün əməl etdikdə gözlənilən nəticəni əldə etmək mümkündür. Bunun üçün pedaqoji prosesi bir texnoloji sistem kimi işləyib hazırlamaq və həyata keçirmə vacibdir. Bu halda onun bütün komponentlərinin tamlığını, vəhdətini təmin etmək əsas şərtdir. Çünki sistemin bir komponentində baş verən dəyişiklik digər komponentlərdə də dəyişikliyə gətirib çıxarır. Bunu nəzərə alaraq təlim-tərbiyə prosesini bütöv bir tam halında – məqsəddən nəticəyədək ciddi planlaşdırmaq tələb olunur. Pedaqoji texnologiyanın təlim və tərbiyə metodikasından fərqi də bunda özünü göstərir.
Pedaqoji fəaliyyətin səmərə və keyfiyyəti müəllim və tərbiyəçilərin pedaqoji texnologiyaya yiyələnmələri səviyyəsindən çox asılıdır. Bunun üçün pedaqoji texnologiyanın nəzəri və tətbiqi məsələlərini yaxşı öyrənmək və tətbiq etmək, pedaqoji prosesi düzgün layihələşdirmək bacarığına yiyələnmək lazımdır. Layihələndirmə texnoloji dövrənin bütün komponentlərini əhatə etməlidir: 1) məqsəd və vəzifələrin qoyuluşu; 2) məqsədə uyğun olaraq məzmunun (materialların) və lazımi əməliyyatların hazırlanması; 3) nəticələrin ilkin və yekun qiymətləndirilməsi və korreksiyası üçün materialların işlənib hazırlanması.
Pedaqoji texnologiya görülən işlərin qiymətləndirilməsi üçün standart tapşırıqların (testlərin), meyarların tərtibini də nəzərdə tutur. Pedaqoji texnologiyalar məzmunca çoxcəhətlidir. Ümumi və xüsusi texnologiyalar fərqləndirilir. Ümumi texnologiyalara təlim, tərbiyə, şəxsiyyətin inkişafı, ünsiyyət, diaqnostika və digər texnologiyalar daxildir. Xüsusi texnologiyalar çox müxtəlifdir: informasiya vermək texnologiyası, ayrı-ayrı fəaliyyət sahələrinin təşkili texnologiyası, pedaqoji prosesin gedişinin tənzimlənməsi texnologiyası, cari nəzarət texnologiyası, qiymətləndirmə texnologiyası, fəaliyyətin stimullaşdırılması texnologiyası, ayrı-ayrı dərs tiplərinin təşkili texnologiyası, “əqli hücum” texnologiyası, kompleks tərbiyə texnologiyası, fərdi təsir texnologiyası və s.
Hər bir texnologiyanın spesifik xüsusiyyətləri, əməliyyatlar sistemi olduğu kimi, bütün texnologiyalar üçün ümumi cəhətlər də vardır: prosesin təhlili (diaqnostikası), proqnozlaşdırılması və layihələşdirilməsi. Təlim-tərbiyə prosesində strateji, taktiki və operativ vəzifələrin uğurlu həlli pedaqoji texnologiyaların düzgün təşkili – layihələşdirilməsi və həyata keçirilməsi səviyyəsi ilə şərtlənir.
Hesabat ilində kafedra əməkdaşlarının apardıqları tədqiqatların nəticələrində “Pedaqogika”, “Ali məktəb pedaqogikası”, “Sosial pedaqogika”, “Məktəbin idarə olunması” fənlərindən mühazirə və seminar məşğələlərində geniş istifadə olunur. Bu sahədə prof.N.M.Muxtarovanın , prof H.Ə.Əlizadənin, . Prof.əv.M.A.İsmixanovun prof. L.N.Qasımova, dos R.M.Mahmudovanın, dos.N.B.İmamverdiyevanın, dos.M.A.Quliyevanın, dos S.B.Allahverdiyeva, dos.F.A.Həsənovanın, dos. əv. F.M.Məmmədovun,dos .R.Ə.Bəxtiyarovanın, dos.əv.Q.H.Tağıyevanın , müəllim. K.K.Qəhrəmanovanın və başqalarının tədqiqatlarını xüsusi qeyd etmək olar.
Pedaqogika kafedrası üzvləri 2015-2017 - ci illər üçün nəzərdə tutulmuş elmi iş planına müvafiq olaraq « Təhsilin inkişaf strategiyası və onun reallaşdırılmasının pedaqoji əsasları » problemi üzərində işləyir. Kafedra üzvləri tərəfindən araşdırılan mövzular mahiyyət etibarilə elmi-nəzəri və praktiki əhəmiyyətə malikdir.
İstiqamət: Pedaqogika.
Mövzu: Təhsilin inkişaf strategiyası və onun reallaşdırılmasının pedaqoji əsasları
Tədqiqat obyekt: təhsilin inkişaf strategiyası və onun reallaşdırılması prosesi
İşin məqsədi: təhsilin inkişaf strategiyasının reallaşdırılmasının pedaqoji əsaslarını, mexanizm və yollarını müəyyənləşdirmək
Tədqiqat üsulları: Nəzəri təhlil, tarixi və elmi mənbələrin öyrənilməsi müşahidə eksperiment.
Alınan nəticələr və yenilik: Problemin nəzəri əsasları və həlli texnologiyasının müəyyən edilməsi.
Tətbiq sahəsi: Elm və təhsil.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin yüksəldilməsi başlıca strateji vəzifə kimi qarşıya qoyulmuş, insan resurslarının, təhsilin məzmun, metod və texnologiyalarının müasirləşdirilməsini onun başlıca hədəfləri kimi müəyyənləşdirilmişdir. Kafedranın 2015-2017-ci illərdə apardığı elmi-tədqiqat işi bu məsələlərlə bağlı olmuşdur. Kafedrada “Cəmiyyət və təhsilin inkişaf strategiyası” problemi üzrə iki istiqamətdə tədqiqat işi aparılmışdır:
- Təhsilin inkişaf strategiyası və onun reallaşdırılmasının pedaqoji əsasları;
- Təlimdə inteqrativ metodlar və onların psixopedaqoji əsasları.
Aparılan tədqiqatlarda yeni təhsil sisteminin metodologiyası rəhbər tutularaq, təhsil strategiyasının müasir dövr üçün aktuallığı, metodoloji-pedaqoji əsasları, əsas istiqamət və hədəflərinin reallaşdırılması imkanları, təhsilin keyfiyyət və səmərəliliyinin yüksəldilməsində müəllim amilinin rolu, interaktiv və innovativ təlim metodlarının tətbiqi əsasları araşdırılmışdır.
Tədqiqatda təhsilin keyfiyyətinə təsir edən amillər müəyyən edilmiş, təhsil təcrübəsindəki nöqsanlar təhlil edilmişdir. Belə bir paradiqma əsas götürülmüşdür ki, təhsilin keyfiyyətinə təsir göstərən bir çox amillər olsa da (təhsil infrastrukturu, yeni avadanlıqlar və texnikalarla təchizat, maliyyə vəziyyəti və s.) aparıcı yeri təhsilin səmərəli təşkili, müasir metod və texnologiyaların tətbiqi, müəllim amili, təhsilalanların səyi və fəallığı, xüsusən öyrənmə prosesinin keyfiyyəti tutur. Bu baxımdan təhsilin yeni metodologiya, pedaqoji-psixoloji konsepsiya əsasında yenidən qurulması, mənimsəmə keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilmişdir.
Tədqiqat işində təhsilin keyfiyyətinin yüksəldilməsinin başlıca istiqamətləri nəzərdən keçirilmişdir. Bunlar aşağıdakılardan ibarətdir: təhsilin məzmununun yeniləşdirilməsi, xüsusən səriştəyə əsaslanan şəxsiyyətyönlü məzmunun yaradılması; bu da, öz növbəsində keyfiyyətli təhsil üçün təminat və möhkəm bilik və bacarıq bazası yaratmağa imkan verir; təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən, innovativ təlim metod və texnologiyalarını tətbiq edən səriştəli təhsilverənlərin formalaşdırılması, onların peşəkarlığının yüksəldilməsi; təhsilalanların istedadının aşkara çıxarıb inkişaf etdirilməsi, xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlimin optimal təşkili, belə uşaqların sosiallaşması üçün əlverişli şəraitin yaradılması; təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması; təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sisteminin yaradılması; təhsil müəssisələrində, onun ayrı-ayrı strukturlarında fənlər və ixtisaslar üzrə müntəzəm monitorinq sisteminin həyata keçirilməsi, təhsildə rəqabət mühitinin yaradılması; dünya standartlarına uyğun təhsil infrastrukturunun və yeni maliyyələşdirmə modelinin yaradılması və s.
Bu istiqamətlərin hər biri birbaşa və ya dolayısı ilə təhsilin keyfiyyətinə ciddi müsbət təsir göstərir.
Müəlliflər qeyd edilən istiqamətlər üzrə təhsilin keyfiyyətinin yüksəldilməsinin pedaqoji əsaslarını, başlıca şərtlərini işləyib hazırlamışlar.
Təhsil sisteminin səmərəliliyində müəllim amilinin həlledici rolu nəzərə alınaraq innovativ təlim metodları və texnologiyaları vasitəsi ilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsinə böyük ehtiyac vardır. Bu baxımdan müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi, yeni modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması, səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin qurulması, müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi xüsusi önəm daşıyır.
Tədqiqatda müəyyən edilmişdir ki, müəllimin fəaliyyət keyfiyyətinə bir sıra amillər mənfi təsir göstərir: a) təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi; b) müəllimlərin praktik hazırlığının zəif olması; c) müəllimin öz işinə laqeydliyi və yüksək məsuliyyətlə yanaşmaması; d) təlim-tərbiyə işində hər şagirdə lazımi diqqət və qayğı göstərməməsi və s.
Tədqiqat göstərir ki, təlimin keyfiyyətinin artırılması təlimdə motivasiya, dəstəkləyici mühit, idrak maraqları stimulu və fəallaşdırıcı situasiya yaratmaq amilləri ilə şərtlənir. Müəllimin fəaliyyət keyfiyyətinin artırılması təhsil müəssisələrində əlverişli şəraitin, müəllimlərin rəqabət mühitinin, habelə sağlam mənəvi-psixoloji, təhsil və elmi mühitin yaradılması ilə sıx bağlıdır.
Tədqiqat göstərir ki, təhsilin məzmununun düzgün işlənməsi müasir dərsin digər komponentlərinin – vasitə, metod, forma və texnologiyalarının səmərəli təşkilinə müsbət təsir edir. Müasir dərs yeni, mütərəqqi metod və texnologiyalarla səciyyələnir. Tədqiqatda belə bir qanunauyğun əlaqə müəyyən edilmişdir ki, fəal (interaktiv) metodlara, yeni texnologiyalara, müxtəlif təlim formalarının (fərdi, cüt, qrup, kollektiv) optimal əlaqəsinə əsaslanan dərs səmərəli nəticə verir, təlimin keyfiyyətinə müsbət təsir göstərir.
Tədqiqatda yeni pedaqoji təfəkkür baxımından istedad konsepsiyasının başlıca psixopedaqoji tələbləri müəyyənləşdirilmişdir. Hər bir şagirddə potensial şəkildə olsa da yaradıcı istedad imkanları vardır. Əsas məsələ bu potensial imkanları vaxtında aşkara çıxarıb, təlim-tərbiyə işini düzgün təşkil etməkdən ibarətdir. İstedadlı uşaqların zehni işgüzarlığı və dərketmə qabiliyyətinə görə 3 qrupu müəyyən edilmişdir. I qrupa təlim işgüzarlığı və dərketmə qabiliyyəti əla olan şagirdlər, II qrupa təlim işgüzarlığı əla, dərketmə qabiliyyətləri yaxşı olanlar, III qrupa təlim işgüzarlığı “yaxşı”, dərketmə qabiliyyətləri “əla” olan uşaqlar daxil edilmişdir.
Tədqiqatda belə nəticəyə gəlinmişdir ki, xüsusi istedada malik uşaqları aşkar edərkən və onlarla işi təşkil edərkən aşağıdakı pedaqoji-psixoloji tələbləri nəzərə almaq vacibdir: elmin hər hansı sahəsində xüsusi qabiliyyətə malik şagirdlərin inkişafını təmin etmək üçün səmərəli təlim motivləri yaratmaq; onlarda təhsil əməyi bacarıqlarını formalaşdırmaq, bilik və bacarıqlarını dərinləşdirmək üçün xüsusi metodik tədbirlər həyata keçirmək; xüsusi istedada malik uşaqlarla işdə müasir təlim texnologiyalarından səmərəli istifadə etmək; hər bir məktəbdə aşağı siniflərdən başlayaraq uşaqlarla diaqnostik iş aparmaq və istedadlı uşaqları vaxtında aşkar etmək; istedadlı uşaqların iş rejimini lazımi səviyyədə qurmaq; xüsusi istedada malik şagirdlərlə tərbiyə işini təşkil edərkən hər bir uşağın istedad ölçüsü haqqında qərar qəbul etdikdə onların zəif və cəld keyfiyyətlərini aydınlaşdırmaq, lazımi fərdi psixoloji-pedaqoji köməklik göstərmək; xüsusi istedada malik şagirdin təhsili davranış və fəaliyyətinin müxtəlif sahələri müntəzəm monitorinqlər aparmaq və onları düzgün qiymətləndirmək; xüsusi istedada malik uşaqların yaradıcılıq məhsullarının müxtəlif fəaliyyət sahələrində çalışan mütəxəsislər tərəfindən qiymətləndirmək, onların müxtəlif fənn olimpiadalarında, idman yarışlarında, yaradıcılıq müsabiqələrində iştiraklarını təşkil və təmin etmək və s.
Tədqiqat göstərir ki, müasir dövrdə istedadlı uşaqlarla işin təşkilini çağdaş fəlsəfi, sosial-pedaqoji və psixoloji ideya və prinsiplər əsasında qurmaq, bu prinsiplər əsasında müəyyən edilən başlıca tələblərə rəvac vermək vacibdir.
Kafedra əməkdaşlarının apardıqları tədqiqatların nəticələrində “Pedaqogika”, “Ali
məktəb pedaqogikası”, “Sosial pedaqogika”, “Məktəbin idarə olunması “,, “Pedaqoji etika”, “Təhsilin əsasları” fənlərindən mühazirə və seminar məşğələlərində geniş istifadə olunur. Bu sahədə
prof.N.M.Muxtarovanın , prof H.Ə.Əlizadənin, . Prof.əv.M.A.İsmixanovun prof
L.N.Qasımova, dos R.M.Mahmudovanın, dos.N.B.İmamverdiyevanın ,
dos.M.A.Quliyevanın, dos S.B.Allahverdiyeva, dos .R.Ə.Bəxtiyarovanın, dos.əv.Q.H.Tağıyevanın və başqalarının tədqiqatlarını xüsusi qeyd etmək olar.
səhifə 13.11.2018-ci il tarixində yenilənib.
