Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

HESABATLAR

2008-ci ildə fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professor-müəllim heyəti 2006-2008-ci illər üçün nəzərdə tutulmuş «Qloballaşma, Şərq və Qərb xalqlarının fəlsəfi və kulturoloji fikrinin inteqrasiyası» probleminə uyğun olaraq aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparıblar:
Tədqiqat işlərində Azərbaycan xalqının ümumilli lideri görkəmli dövlət xadimi H.Əliyevin Şərq-Qərb dəyərlərinin sintezində milli mənəvi dəyərlərin qorunması və ictimai-siyasi şüurun fəlsəfi fikrin inikşafındakı xidmətləri hərtərəfli təhlil olunub, Şərq və Qərb fəlsəfəsinin komporativist təhlili verilmiş, qloballaşma və mədəniyyətlərin dialoqu, qloballaşma prosesinin müasir dövrdə Azərbaycan milli mədəniyyətinə, təhsil sisteminə, Şərq fəlsəfi cərəyanlarının ekzistensializmə təsiri məsələləri araşdırılıb. Daha sonra tədqiqatlarda elmlə dinin sintezi konsepsiyası, Şərq və Qərb fəlsəfəsi arasında varislik pirinsipin öyrənilməsində müqayisəli fəlsəfənin metodoloji problemləri tədqiq olunub. Tədqiqatçılardan bir nəfəri öz işini təhsil sahəsində gender bərabərliyi məsələsinə həsr edib.
Kafedranın professor-müəllim heyətinin apardığı tədqiqatlar zamanı müəyyən edilib ki, bir qayda olaraq Şərq və Qərb fəlsəfi fikri bir-biri ilə dialektik vəhdətdə olub və bir-birinə qarşılıqlı surətdə təsir göstərib. Bunların nəticəsində hər iki regionda fəlsəfi fikrin inkişafı təmin edilib, ümumi fəlsəfi dəyərlərin yaradılması mümkün olub. Bu prosesdə fəlsəfi ideyaların inteqrasiyası xüsusi əhəmiyyət kəsb edib.
Qloballaşma və mədəniyyətlərin dialoqu problemi tədqiq olunarkən müəyyən edilib ki, dünyada gedən bu obyektiv qanunauyğun proseslərdən asılı olmayaraq milli müxtəliflik öz əhəmiyyətini itirməyib, mədəniyyətlərin dialoqu həmişə olduğu kimi müasir dövrümüzdə də öz aktüallığını saxlayıb. Tədqiqatlarda elmlə dinin sintezi kosepsiyası təhlil edilərkən müəyyən olunub ki, onlar nəinki birini rədd etmir, hətta onların qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri yeni ideyaların yaranması üçün geniş imkanlar yaradır. Müəllif bu problemlə əlaqədar olaraq XIX əsr islam islahatçısı Cəmaləddin Əfqaninin bir sıra əsərlərini ilk dəfə tədqiqata cəlb edərək sübut edir ki, elmlə dinin sintezi zəruridir və tədqiqatlarda xüsusi əhəmiyyət kəsb etdiyi şübhəsizdir. 
Aparılan tədqiqatlar zamanı əməkdaşlarımız müəyyən ediblər ki, dünyada gedən inteqrasiya və qloballaşma prosesləri müasir dövrdə Azərbaycan milli mədəniyyətinin inkişafına müsbət təsir göstərir, dünya ölkələri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Müəlliflər daha sonra sübut ediblər ki, Azərbaycanda təhsil sahəsində baş verən inteqrasiya prosesləri təlim-tərbiyə işlərinə müsbət təsir göstərir. 
Daha bir tədqiqatçımız belə qərara gəlib ki, qloballaşma və inteqrasiya prosesləri təhsil sahəsində gender bərabərliyinin yaradılması üçün də geniş imkanlar yaradıb.
Hesabat dövründə bəzi əməkdaşlarımız xarici ölkələrdə olub, apardığımız tədqiqatlarla əlaqədar elmi konfranslarda və məclislərdə maraqlı mövzularla çıxış ediblər.

2010-cu ilin MƏLUMAT HESABATI:
Tədqiqat işlərində Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin milli-dövlətçilik fəlsəfəsinin əsas prinsipləri təhlil olunmuş, Şərq fəlsəfi cərəyanlarınnın Qərb fəlsəfi təlimlərinə təsiri araşdırılmış, islam zəminində yaranmış fəlsəfi təlim və təriqətlərin əsas xüsusiyyətləri şərh olunubdur. Tədqiqatlarda islam islahatçılıq fəlsəfəsi, Azərbaycan dövlətçilik ənənəsində etnodəyərlərin varisliyin qorunmasında oynadığı rol fəlsəfi təhlil edilibdir.  Tədqiqatçılardan bir nəfəri öz işini gender təliminin nəzəri-metodoloji əsaslarının təhlilinə həsr edibdir.

2016-cu ilin MƏLUMAT HESABATI:

 

2016-cı ildə fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professor-müəllim heyəti 2015-2017-ci illər üçün nəzərdə tutulmuş “Postmodernizm dövrünün fəlsəfi fikri: əsas ideyalar və tendensiyalar” probleminə uyğun olaraq elmi-tədqiqat işləri aparıblar.

Tədqiqat işlərində XX ƏSRİN II yarsı XXI əsrin əvvəllərində Qərb fəlsəfəsi və humanitar-sosial fikrində çox vektorlu, mürəkkəb cərəyan olan postmodernizmin mahiyyəti araşdırılır. Tədqiqat işində XX əsrdə baş verən dəyişikliklər kontekstində postmodernizm fəlsəfəsinin inkişaf özünəməxsusluğu, postmodernizm və müasir din  fəlsəfəsi postmodernizm fəlsəfəsində dinə və tolerantlığa münasibətin spesifikası,  postmodernist fikrin görkəmli nümayəndələrinin fəlsəfi irsinin tədqiqi öz əksini tapıb. İncəsənətdə postmodernizmin təsir dairəsi, Azərbaycan incəsənətində postmodernizm meyilləri araşdırılıb. Postmodernizmdə etika və əxlaq probleminin öyrənilməsinin müasir düşüncə böhranı şəraitində tədqiqinin vacibliyi baxımından rasionalizm, psotmodernizm və mənəvi kasadlıq təhlükəsi probleminin təhlili xüsusi önəm daşıyır.

2017-ci ilin MƏLUMAT HESABATI:

2017-cı ildə fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professor-müəllim heyəti 2015-2017-ci illər üçün nəzərdə tutulmuş “Postmodernizm dövrünün fəlsəfi fikri: əsas ideyalar və tendensiyalar” probleminə uyğun olaraq elmi-tədqiqat işləri aparmışlar.

Tədqiqat işlərində XX ƏSRİN II yarsı XXI əsrin əvvəllərində Qərb fəlsəfəsi və humanitar-sosial fikrində çox vektorlu, mürəkkəb cərəyan olan postmodernizmin mahiyyəti araşdırılır. Tədqiqat işində XX əsrdə baş verən dəyişikliklər kontekstində postmodernizm fəlsəfəsinin inkişaf özünəməxsusluğu, postmodernizm və müasir din  fəlsəfəsi postmodernizm fəlsəfəsində dinə və tolerantlığa münasibətin spesifikası,  postmodernist fikrin görkəmli nümayəndələrinin fəlsəfi irsinin tədqiqi öz əksini tapmışdır. İncəsənətdə postmodernizmin təsir dairəsi, Azərbaycan incəsənətində postmodernizm meyilləri araşdırılmışdır. Postmodernizmdə etika və əxlaq probleminin öyrənilməsinin müasir düşüncə böhranı şəraitində tədqiqinin vacibliyi baxımından rasionalizm, psotmodernizm və mənəvi kasadlıq təhlükəsi probleminin təhlili xüsusi önəm daşıyır.

 

məlumat 15.10.2018-ci ildə yenilənib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti