Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Əhmədov Ə.C. - fəl.elm. nam.

ƏLI ƏHMƏDOV

Fəlsəfə elmləri namizədi, professor

Politologiya və sosiologiya kafedrasının müdiri
İş telefonu: +(994) 12 439 08 7

QISA BİOQRAFİK MƏLUMAT

Ə.C.Əhmədov 1953-ci il 27 yanvarda Ermənistanın Krasnoselski rayonunun Dərəkəndində anadan olmuşdur. 1970-ci ildə BDU-nun Tarix fakültəsinə daxil olmuş, sonradan təhsilini Moskva şəhərində davam etdirmişdir. 1976-1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyada işləmişdir. 1978-ci ildən BDU-nun Politologiya və Sosiologiya kafedrasında çalışır. 1997-ci ildən həmin kafedranın müdiridir. Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi, Milli Məclisin deputatıdır. Professor Ə.C.Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini – İcraçı katibi kimi respublikada geniş ictimai-siyasi fəaliyyət göstərir, dövlət quruculuğu prosesinə, dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən mübarizəyə ciddi töhvələr verir. Bununla yanaşı, o, yeni cəmiyyət quruculuğu üçün kadr hazırlığına xüsusi diqqət yetirir. 1 dərsliyin (mərhum H.Şirəliyevlə birlikdə), 6 monoqrafiyanın və 60-a yaxın məqalənin müəllifidir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1970-ci ildə BDU-ya daxil olub, sonradan təhsilini Moskva şəhərində davam etdirib.

ƏMƏK FƏALİYYƏTİ

1976-1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyada işləyib.
1978-ci ildən BDU-nun Politologiya və Sosiologiya kafdrasında çalışır.
1998-ci ildən Politologiya və Sosiologiya kafedrasının müdiridir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini, partiyanın icra katibi, Milli Məclisin deputatıdır.

Bookmark and Share
© Bakı Dövlət Universiteti