HÜSEYNLİ ÇİNARƏ AYDIN QIZI
Vəzifə: Sosial və pedaqoji psixologiya kafedrasının laborantı
İş telefonu: 012 537 19 25
Mail adresi: chinara.huseynli@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
Hüseynli Çinarə Aydın qızı 27 aprel 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.Orta təhsilini Bakı şəhəri Nərimanov rayonu S.C.Pişəvəri adına hümanitar fənlər gimnaziyasında almışdır.
2007-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin Beynəlxalq münasibətlər ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin İngilis dili müəllimi ixtisasına qəbul olunub. Oxuduğu vaxt müddətində özünü məsuliyyətli bir tələbə kimi göstərmiş, tələbə, müəllim və professor heyətinin hörmətini qazanmışdır. 2012-ci ildə Hüseynli Çinarə Aydın qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə magistr olmuş və 2014-cü ildə bitirmişdir. 2012-ci ildən Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasında saat hesabı müəllim olaraq qeyri-ixtisas fakültələrdə psixologiya fənnini azərbaycan və ingilis dillərində tədris edir. 2012-ci ildən BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının 0,5 ştat laborantıdır. 2016-cı ildən adı çəkilən kafedranın Pedaqoji psixologiya ixtisası üzrə dissertantdır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2016-cı ildə BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının psixologiya üzrə fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuşdur.
Hal-hazırda “Yuxarı sinif şagirdlərində peşəseçmə ilə bağlı təsəvvürlərin inkişafının psixoloji xüsusiyyətləri” mövzusunda psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi üzərində çalışır
ƏMƏK FƏALİYYƏTİ
- 2012-ci ildən bu günə kimi Bakı Dövlət Universitetinin Sosial və pedoqoji psixologiya kafedrasında 0,5 ştat laborant vəzifəsində çalışır. Bununla bərabər saat hesabı qaydada müəllim kimi fəaliyyət göstərir.
TƏDRİS ETDİYİ FƏNLƏR
“Ümumi psixologiya”, “Sosial psixologiya”kursundan Azərbaycan və ingilis dillərində mühazirə və seminar dərsləri.
TƏDQİQAT SAHƏSİ
Pedaqoji psixologiya
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
- XX əsrdə Azərbaycanda şəxsiyyətin etnopsixoloji kontekstdə təhlili baxımından aparılan tədqiqatlar // Sosial və humanitar elmlərin müasir problemləri jurnalı №10, 2013, s. 30-35.
- Azərbaycanda XX əsr fikir tarixində şəxsiyyətin formalaşmasının psixologiyası ilə bağlı aparılan tədqiqatlar //Sosial və humanitar elmlərin müasir problemləri jurnalı №11, 2013, s.282-284.
- Şəxsiyyətin formalaşmasının ilkin qaynaqları // Sosial və humanitar elmlərin müasir problemləri jurnalı №12, 2014, s.439
- Peşəseçmə ilə bağlı təsəvvürlər və onun şagird şəxsiyyətinin formalaşmasına təsiri // Bakı Qızlar universitetinin Elmi xəbərləri, Bakı 2017 №4, s. 35-44.
