Hüseynli Nuranə Rəfael qızı
1998-ci ildə Bakıda anadan olub. 2004-cü ildə 48 saylı tam orta məktəbə daxil olub. 2008-ci ildə 261 saylı liseydə təhsilini davam etdirib. 2014-cü ildə Azərbaycan dili və Ədəbiyyat fənn olimpiadasında Bakı şəhəri üzrə 2-ci, Respublika üzrə 4-cü yeri tutub. 2015-ci ildə, 626 balla Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsi, Sosial iş ixtisasına daxil olub. 2015-ci ildən Debat klubun fəal üzvüdür. 2016-cı ildə Gənc tədqiqatçıların 4-cü beynəlxalq konfransında iştirak edib və sertifikatla mükafatlandırılıb. 2016-cı ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda mətbuat konfransında uğurlu çıxış edib. 2016-cı ildə Bakı Mühəndislik Universitetində keçirilən 1-ci Gənc Tədqiqatçıların Beynəlxalq Elmi konfransında çıxış etmiş və sertifikatla mükafatlandırılıb. 2016-cı ildən Bakı Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin üzvüdür və “Sosial iş” klubunun rəhbəridir. 2017-ci ildə 4-cü İslam Həmrəylik Oyunlarında VİP Protokol komandasının könüllü rəhbəri olub. 2018-ci ildə Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci Qrant müsabiqəsinin qalibi olub.1 məqalə və 6 tezis müəllifidir.
