Səfərova Cəmilə Elşad qızı
Vəzifə: Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi
İş telefonu: 012 537 19 25
Mail adresi: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
C.E.Səfərova 1989-cu il yanvar ayının 13-də Azərbaycan Respublikası Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Yasamal rаyоnu Respublika İncəsənət Gimnaziyasında almışdır. 2005-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasına qəbul olmuş və 2009-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2010-cu ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində Sosial psixologiya ixtisası üzrə magistrı olmuş, 2012-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə Bаkı Dövlət Univеrsitеti “Gənc İstedadlar” Tələbə Təşkilatındakı xidmətlərinə görə “İlin ən yaxşı təşkilatçısı” adı ilə təltif edilib. 2007-ci ildə Bаkı Dövlət Univеrsitеti “Gənc İstedadlar” Tələbə Təşkilatının inkişafı və rifahı üçün gördüyü işlərə “Fəxri üzv” adı ilə təltif olunmuşdur. 2008-ci ildə Təhsil göstəricilərinə və universitetin ictimai – mədəni həyatındakı fəallığa görə “Ən yaxşı tələbə” fəxri adı ilə təltif olunmuşdur. 2012-2017-ci illər ərzində Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasında laborant vəzifəsində çalışıb. Bununla bərabər həmin illərdə saathesabı qaydada müəllim kimi də fəaliyyət göstərib. 2017-ci ildən etibarən Sosial və pedaqoji psixologiya kafedrasında müəllim vəzifəsində çalışır. C.E.Səfərova 2014-cü ildən adı çəkilən kafedranın Pedaqoji psixologiya ixtisası üzrə dissertantıdır.
Ailəlidir, bir övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2014-cü ildə BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının psixologiya üzrə fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuşdur.
Hal-hazırda “Təlim fəaliyyəti şəraitində şəxsiyyətin mənlik şüurunun strukturunda etnomədəni “Mən”-in aktuallaşması” mövzusunda psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi üzərində çalışır.
ƏMƏK FƏALİYYƏTİ
- 2009-2012-ci illər ərzində “Farm Gafur” MMC-də psixoloq kimi fəaliyyət göstərib.
- 2012-2017-ci illər ərzində Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasında laborant vəzifəsində çalışıb. Bununla bərabər həmin illərdə saat hesabı qaydada müəllim kimi də fəaliyyət göstərib.
- 2017-ci ildən etibarən Sosial və pedaqoji psixologiya kafedrasında müəllim vəzifəsində çalışır.
TƏDRİS ETDİYİ FƏNLƏR
“Ümumi psixologiya”, “Sosial psixologiya”, “Pedaqoji psixologiya” kursundan rus və ingilis dillərində mühazirə və seminar dərsləri.
TƏDQİQAT SAHƏSİ
Pedaqoji psixologiya
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- Azerbaijan Psychological Association, The Institute for International Connections for Personal and Cultural Change (USA) // Systematic Family Therapy: “The Satir Model”, 2006.
- Azerbaijan Psychological Association, The Institute for International Connections (USA)// Systematic Satir Model: How to Understand and Transform Oneself, 2007.
- Sheroma Academy of Holistic Aromatherapy and Medical scientific center of traditional and untraditional medicine // Base Aromatherapy, 2010.
- Global Training and Consulting Company // “HR məktəbi” Modul 1 “Mütəxəssis”, 2011.
- Институт практической психологии «Иматон» // Привязанность в детско-родительских отношениях. Что важно знать специалисту, работающему с семьёй в трудной жизненной ситуации, 2017.
- Contemporary Azerbaijani Psychologists Society // Early intervention, 2018.
- UMYOS //Informasiya Texnologiyalarındakı dəyişim və inkişafın peşələrə təsiri, 2018.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
- Роль отца в личностном, интеллектуальном и нравственном становлении ребёнка// Psixologiya elmi jurnalı №2, 2011, s. 83-90
- Дети из неблагополучных семей// Qloballaşma şəraitində sosial problemlərin həlli yolları, 27 aprel 2012-ci il, s. 147-149
- Взаимоотношения родителей с детьми в неполных семьях// Psixologiya elmi jurnalı №4, 2011, s. 100-108
- Научно-теоретические проблемы этнического самосознания// Bakı Dövlət Universitetinin “Psixologiya” jurnalı, №1, Bakı – 2014, s.26-32
- Психологические особенности развития человека в полиэтнической среде// Təhsil, Şəxsiyyət və cəmiyyət. Respublika elmi-praktik konfransı, Bakı – 2014, s.155-157
- Некоторые рассуждения о поликультурной личности// Bakı Qızlar Universitetinin Elmi Əsərləri. №4(32), Bakı-2017, s.275-280
- Особенности этнического сознания, национальной идентичности в русле различных психологических теорий. // ADU-nun elmi xəbərləri, cild 2, №3, 2017, s.197-204
- Подходы к изучению этнического самосознания// “Əmək və sosial münasibətlər” elmi-praktiki jurnal, №1(07), Bakı-2017, s.50-56
- Некоторые подходы к изучению этнического самосознания, Я-концепции// AMEA-nın “Elmi əsərlər” beynəlxalq elmi-nəzəri jurnalı, №2(29), Bakı-2017, s.188-196
- Этническое самосознание: этапы становления.// Матеріали V міжнародної науково-практичної конференції «Становлення молодого фахівця: сучасні тенденції». Краматорськ, 2017, s. 89-95
- Особенности развития этнического самосознания в условиях учебного процесса как научная проблема// Азимут научных исследований: педагогика и психология. г.Тольятти, Россия, том5№4(17,2016), s.396-399
- Психологические основы поликультурного образования//“Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri – 2018” adlı elmi konfrans, Bakı-2018
- Особенности поликультурного образования в условиях государственной политики мультикультурализма// Збірник Наукових Праць Педагогічні Науки, Випуск Lxxvіv Том 3.Херсон, 2017, s.38-44
- The psychological dimensions of multicultural education// UMYOS, 2018.
- Психологические особенности воспитания патриотизма и толерантности в процессе обучения// Bakı Qızlar Universitetinin Elmi Əsərləri. Bakı-2018.
KITABLAR VƏ PROQRAMLAR
Sosial psixologiya. Proqram. (Azərbaycan, rus və ingilis dillərində), Bakı, 2018.
