İbrahimova Diyanə Rəşid qızı
Vəzifə: müəllim
İş telefonu: 5381925
Mail adresi: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
D.R.İbrahimova 1989-cu il mart ayının 8-də Azərbaycan Respublikası Ağdam rayonunda ziyalı ailəsində anadan olmuşdur. Orta təhsili Bakı şəhəri M.Rahim adına 7 saylı Pilot məktəbində almışdır. 2007-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasına qəbul olmuş və 2011-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində Sosial psixologiya ixtisası üzrə magistrı olmuş, 2013-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildən Sosial və pedaqoji psixologiya kafedrasının fəlsəfə proqramı üzrə (6114.01 - Sosial psixologiya) dissertantıdır. Hal – hazırda “Moda həyat tərzini formalaşdıran və sosial dəyişiklikləri ifadə edən sosial – psixoloji amil kimi” dissertasiya mövzusu üzərində işləyir. 2013-cü ildən 2017-ci ilə qədər Sosial və pedaqoji psixologiya kafedrasında laborant vəzifəsində çalışıb, eyni zamanda saat hesabı qaydada dərs aparıb. 2017-ci ildən isə kafedrada müəllim vəzifəsində çalışır. Respublikamızda keçirilən elmi konfrans və seminarların fəal iştirakçısı olmuşdur. Ailəlidir. Bir övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
Müəllim, dissertant
ƏMƏK FƏALİYYƏTİ
Təhsil aldığı illər ərzində təşkilat xətti və ya müstəqil olaraq könüllü psixoloji xidmət göstərmiş, treninq və seminarlar keçirmişdir. 2013-cü ildən 2017-ci ilə qədər Sosial və pedaqoji psixologiya kafedrasında laborant vəzifəsində çalışıb, eyni zamanda saat hesabı qaydada dərs aparıb. 2017-ci ildən isə kafedrada müəllim vəzifəsində çalışır. 20-ə yaxın məqalə və tezis, 5 kitab müəllifidir.
TƏDRİS ETDİYİ FƏNNLƏR
- “Təhsildə psixoloji xidmət və psixoloji konsultasiya”,
- “İdarəetmənin sosial- psixoloji problemləri”
- “İnklüziv təhsilin aktual məsələləri”
- “Sosial psixologiya” üzrə mühazirələr kursunu oxuyur.
TƏDQİQAT SAHƏSİ
Sosial psixologiya, moda psixologiyası
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Tələbəlik illərində qurulmuş ailələrin sosial – psixoloji xüsusiyyətləri// Psixologiya elmi jurnalı № 4, 2011, Səh.89-99
Женщина в современной семье //“Innovasiya, təhsilin keyfiyyəti və inkişafı” II Beynəlxalq elmi konfransın materialları,7-9 iyun, 2012-ci il, Səh.143-144
Müasir ailədə konfliktlər və onların yaranma səbəbləri// Sosial və humanitar elmlərin müasir problemləri. Ali məktəblərarası elmi əsərlər toplusu, Buraxılış № 8,2012-ci il, Səh.11-19
Ailə modellərinin nəzəri tipologiyası// Psixologiya elmi jurnalı № 1, 2012-ci il, Səh.62-71
Ailədə liderlik problemi// Qlobollaşma şəraitində sosial problemlərin həlli yolları, 26 aprel, 2013-cü il, Səh.107-109
Dəbli geyimlərin seçilməsinin psixoloji xüsusiyyətləri // Psixologiya jurnalı, 2015, № 1
Moda sosial – psixoloji fenomen kimi// Gənc tədqiqatçıların Respublika Elmi-praktik konfransının materialları (27 aprel 2016-cı il) s.12-16
Məcburi köçkün şagirdlərin təlimdə stressədavamlılıq xüsusiyyətlərinin qiymətləndirilməsi // Şagird nəaliyyətlərinin qiymətləndirilməsi: məzmun və vasitələrin yaradılması problemləri mövzusunda Beynəlxalq elmi konfrans, s. 200-201
Qaçqın və məcburi köçkünlərdə psixoloji vəziyyətin təzahür xüsusiyyətləri// Qərb Universitetinin Elmi xəbərləri. Bakı, 2016, s.138-146
The Characteristics of Social and Psychological Adaptation and Stress Resistance of IDPs Living in Baku City and its Surrounding Districts// International Journal of Science and Research (IJSR) ISSN (Online): 2319-7064 Index Copernicus Value (2013): 6.14 | Impact Factor (2015): 6.391, s.1715-1721
Müasir cəmiyyətdə moda fenomeninin psixoloji təhlilinə dair// Sosial Elmlər və Psixologiya fakültəsinin fəaliyyətə başlamasının 25 illik yubileyinə həsr olunmuş “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi – praktik konfrans materialları.
KİTABLAR VƏ PROQRAMLAR
Psixoloji məsləhətin əsasları, Tərcümə kitab, 2010-cu il, "Maarif" nəşriyyatı, 238 səh.
114 psixoloji test, Testlərdən tərtib olunmuş kitab, "Adiloğlu" 2011-ci il, 296 səh.
İntiharın psixologiyası, "Adiloğlu", 2012-ci il, 115 səh.
"Özünəqəsdin sosial-psixoloji amilləri", “Elm və təhsil” nəşriyyatı, 2013-cü il, 47 səh.
Təhsildə sosial- psixoloji xidmət, Dərs vəsaiti, “Elm və təhsil” nəşriyyatı, 2016-cı il, 638 səh
“Təhsildə sosial – psixoloji xidmət və psixoloji korreksiya”, magistr pilləsi üçün dərs proqramı, “BDU” nəşriyyatı, 2017-ci il, 20 səh.(azərbaycan və rus bölməsi üçün)
İdarəetmənin sosial- psixoloji problemləri, ”, bakalavr pilləsi üçün dərs proqramı, “BDU” nəşriyyatı, 2017-ci il, 18 səh.(azərbaycan bölməsi üçün)
“Təhsildə sosial – psixoloji xidmət və psixoloji konsultasiya”, dərs proqramı, “BDU” nəşriyyatı, 2018-ci il, 20səh
“Psixologiya”, bakalavr bakalavr pilləsi, qeyri-ixtisas fakültələr üçün dərs proqramı, “BDU” nəşriyyatı, 2018-ci il, 22 səh.(azərbaycan və rus bölmələri üçün)
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
- Azərbaycan Respublikasınının Prezidenti yanında Gənclər Fondunun maliyyət dəstəyi ilə “Təkan” Tələbə Gənclərin İctimai Birliyinin 2013-2014-cü illərdə keçirilmiş “Yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə tədbirləri” adlı layihə
- Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf fondunun dəstəyi ilə keçirilmiş 2014-cü il üçün “Şuşa qrantı” (EİF\ MQM- 3Shusha-7(22)-05/04/5) layihəsi
