KAFEDRA XƏBƏRLƏRİ
Prof. H.Ə.Əlizadə və dos. R.M.Mahmudova Elmin inkişaf fondunun donor təşkilatçılığı ilə Qalıq biliyinin formalaşdırılması layihəsi üzərində işləyib, onu tamamlayıblar.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası (oktyabr, 2013-cü il) ilə bağlı kafedra Cəmiyyət və təhsilin inkişaf strategiyası problemi üzrə üçillik (2015-2017) elmi-tədqiqat işləri planı hazırlanmış və onun həyata keçirilməsi üzərində işləyir.
Ümummilli lider Heydər Əliyevin 92 illik yubleyinə həsr olunmuş Təhsilin inkişaf strategiyası və onun reallaşdırılması mövzusunda VII Respublika elmi-praktik konfransı, Bakı, BDU 7 may 2015 (Konfransda kafedra əməkdaşları məruzə və tezislərlə çıxış etmişlər)
Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar mövzusunda elmi konfrans, 2-6 iyun, 2015, Naxçıvan (Konfransda prof. L.Qasımova, dos. O.Qafarova məruzə və tezislərlə çıxış etmişlər).
Müəllim hazırlığı siyasəti və problemləri mövzusunda Beynəlxalq elmi konfransın 30.IV.2015 (Konfransda prof. L.Qasımova və dos. O.Qafarova məruzə və tezislərlə çıxış etmişlər).
Yeni texnologiyalar və tədris prosesinin təşkili mövzusunda Beynəlxalq elmi konfrans, XI. 2015, TPİ (Konfransda dos. M.Quliyeva, V.Çıraqova və b. məqalə və tezislə çıxış etmişlər).
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Təhsildə pedaqoji yanaşmalar: keçmişin təcrübəsi və gələcəyə baxış mövzusunda VIII Ümumrespublika elmi-praktik konfransı, Bakı, BDU 5 may 2016 (Konfransda kafedra əməkdaşları məruzə və tezislərlə çıxış etmişlər)
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Çağdaş dövr və təhsil mövzusunda IX Ümumrespublika elmi-praktik konfransı, Bakı, BDU 4 may 2017 (Konfransda kafedra əməkdaşları məruzə və tezislərlə çıxış etmişlər)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Təhsildə tarixilik və müasirlik mövzusunda X Ümumrespublika elmi-praktik konfransı, Bakı, BDU 8 may 2018-ci il (Konfransda kafedra əməkdaşları məruzə və tezislərlə çıxış etmişlər)
səhifə 02.11.2018-ci il tarixində yenilənib.
