KAFEDRANIN TARİXİ
Fəlsəfə kafedrası 1945-ci ildə yaranmışdır. Kafedranın yaranması Heydər Hüseynovun adı ilə bağlıdır. Kafedra Bakı Dövlət Universitetinin 16 fakültəsində Azərbaycan, rus və ingilis dillərində, bakalavr və magistr pilləsində Fəlsəfə fənnini tədris edir. Humanitar fakültələrdə isə fəlsəfə ilə yanaşı, Məntiq fənni də tədris olunur.
Kafedra bundan əlavə Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə ixtisası üzrə kadr hazırlığı ilə məşğul olur. Fəlsəfə ixtisasında bakalavr təhsil pilləsində 28 adda ixtisas fənni, magistr təhsil pilləsində isə 33 adda ixtisas fənni tədris edilir. Bütövlükdə Fəlsəfə kafedrası 70-dən çox ixtisas fənni tədris edir.
Bütün fənlər üzrə proqramlar, metodik vəsaitlər, dərsliklər hazırlanıb çap olunmuşdur. Kafedrada Fəlsəfə, Məntiq, MTK, Antropologiya, Sosial fəlsəfə, Ontologiya və idrak nəzəriyyəsi, Fəlsəfənin tədrisi metodikası fənləri üzrə dərsliklər və dərs vəsaitləri hazırlanmışdır.
Hal-hazırda Fəlsəfə kafedrasında 5 fəlsəfə elmləri doktoru, professor, 8 fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, 2 fəlsəfə üzrə fəlsəfə doktoru, dosent əvəzi, 1 baş müəllim, 4 fəlsəfə üzrə fəlsəfə doktoru, müəllim, 1 müəllim fəaliyyət göstərir.
Kafedrada 3 laborant və 1 kabinə müdiri vardır. Bütövlükdə kafedrada 25 ştatda olan əməkdaş, 1 nəfər isə əvəzçi dosent çalışır.
Kafedranın nəzdində olan laboratoriyada 1 ictimai əsaslarla, 5 ştatda olan əməkdaş fəaliyyət göstərir.
Fəlsəfə kafedrasında laboratoriya ilə birlikdə 29 əməkdaş işləyir.
Kafedrada elmlər doktoru proqramı üzrə 3 nəfər doktorant, fəlsəfə doktoru proqramı üzrə 16 nəfər doktorant və dissertant hazırlanır.
Kafedranın professor-müəllim heyəti AzTV və Mədəniyyət kanallarında Prezident Aparatının sifarişi ilə hər həftə “Dərs”, “Ədəbi abidələr”, “Sivilizasiyanın pillələri” verilişlərinin iştirakçısı olurlar.
Fəlsəfə kafedrasının professor-müəllim heyəti Universitetin və Respublikanın ictimai həyatında fəal iştirak edir.
