KAFEDRANIN TARİXİ
“Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasının əsası S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin rektoru Yəhya Məmmədovun 1971-ci il 4 dekabr 685 №-li əmrinə əsasən qoyulub. İlkin adı “Elmi ateizm” olan kafedraya sonradan “Elmi ateizm tarixi və nəzəriyyəsi” adı verilib. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının 1989-cu il 31 oktyabr tarixli 2 №-li qərarına əsasən “ Fəlsəfə tarixi,dinin və ateizmin nəzəriyyəsi” kafedrası yaradılıb. 1990-cı ildə bu kafedra “Fəlsəfə,din və ateizm tarixi” adını daşıyıb. Tədris planlarına dinşünaslıq kursunun daxil edilməsi ilə əlaqədar olaraq onun adı yenidən dəyişdirilərək, “Fəlsəfə tarixi və dinşünaslıq” kafedrası adlandırılıb. Dinşünaslıq fənninin respublikanın ali məktəblərinin tədris planlarından çıxarılması və onun mədəniyyətşünaslıq kursu ilə əvəz edilməsi ilə əlaqədar olaraq kafedranın adı yenidən dəyişdirilib. 1997-ci ildən ona “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrası adı verilib. Kafedra 1999-cu ilin iyunundan fakültənin tabeliyinə keçirilib. Bu illər ərzində kafedraya professor Qədim Mustafayev,professor Məmmədəli Zeynalov rəhbərlik edib. Hal-hazırda “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasına professor Rəbiyyət Aslanova rəhbərlik edir.
1972-ci ildən 1990-cı ilə qədər kafedrada bir sıra görkəmli alim və pedaqoqlar fəaliyyət göstərib. Bunlardan Pənah Mahmudov,Musa Mehdiyev , Nailə Faradova,Duman Cəfərov olublar.
məlumat 15.10.2018-ci ildə yenilənib.
