Əliyeva Turanə Əlvan qızı
BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi
QISA BİOQRAFİK MƏLUMAT
1979-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasının bakalavr pilləsinə qəbul olunmuşdur. 2002-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib, klinik psixologiya ixtisaslaşması üzrə magistraturaya qəbul olunmuşdur. 2004-cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə əlilliyi olan uşaqlar üçün Reabilitasiya Mərkəzində psixoloq və proqram rəhbəri kimi fəaliyyət göstərmişdir. 2007-2009-cu illərdə ABŞ-da Vaşinqton Universitetinin Sosial iş departamentinin Sosial iş ixtisası üzrə magistraturasında təhsil alıb və magistratura pilləsini (MSW with mental health concentration and family therapy specialization) yüksək göstəricilərlə bitirib. 2009-2010-cu illərdə Azərbaycan Universitetində Sosial iş proqramının rəhbəri və müəllim vəzifəsində çalışıb. 2009-2011-ci illərdə Macarıstanda fəaliyyət göstərən Mental Health İnitiative təşkilatı tərəfindən maliyyələşdirilən Sosial Xidmətlər Təşəbbüsü təşkilatında “Strengthening Rehabilitation Services” proqramının rəhbəri vəzifəsində çalışıb. 2010-cu ildə BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasında müəllim vəzifəsinə təyin olunub. Ölkədə və ölkədən kənarda keçirilən bir sıra yerli və beynəlxalq konfranslarda iştirakçı və məruzəçi olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Sosial və pedaqoji psixologiya kafedrasının pedaqoji psixologiya ixtisası üzrə dissertantıdır. 1 metodik vəsaitin, 10-a yaxın məqalə və tezisin müəllifidir.
TƏDQİQAT SAHƏSİ
Uşaq inkişafı və onun qiymətləndirilməsi sahəsini tədqiq edir.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 2005-ci il may ayında Çexiya Respublikasında Inclusion International və Inclusion Europe təşkilatlarının keçirdiyi “Europe in Action 2005 – Towards living in the Community! Actions on non-governmental organizations in equalization of opportunities for people with disabilities” adlı beynəlxalq konfrans;
- 2005-ci il oktyabr ayında Rumıniyada Inclusion International və Inclusion Europe təşkilatlarının keçirdiyi “A Europe for All – Poverty and Intellectual Disability” adlı beynəlxalq konfrans;
- 2006-cı il may ayında Bakı şəhərində Azərbaycan Uşaq Hüquqları üzrə QHT Alyans, UNICEF/Azərbaycan və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Xüsusi qayğıya ehtiyyacı olan uşaqların problemlərinə dair konfrans”;
- 2006-cı il iyun ayında Bakı şəhərində UNESCO və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “İnklyuziv təhsil təcrübəsinin Azərbaycanda reallaşması” üzrə beynəlxalq konfrans;
- 2006-cı il sentyabr ayında Bakı Dövlət Universiteti və Bakı Təhsil Məlumat Mərkəzinin təşkil etdiyi “Sosial İş ixtisasının Azərbaycanda mövcud olan problemlərin həllində rolu” elmi-praktik konfrans;
- 2010-cu il iyul ayında Türkiyədə “Sosial işin inkişafı” adlı konfrans; 2011-ci il dekabr ayında Bakı şəhərində UNİCEF, SSİ, Save the Children və s. təşkilatların keçirdiyi “The First National Conference on Social Work in Social Welfare of Children and Families” adlı beynəlxalq konfrans;
- 2011-ci il may ayında Hollandiyada “International Family Therapy Association’s XIX World Family Therapy Congress: Family Therapy: Coming Together for Peace, Justice, and Healing” adlı konfrans;
- 2013-cü il noyabr ayında Bakı şəhərində “IV ISESCO Ministerial Conference: The Children of the Islamic World and Problems of Urbanization” adlı beynəlxalq konfrans;
- 2013-cü il dekabr ayında Macarıstanda Mərkəzi Avropa İnstitutu tərəfindən keçirilən “Research and Policy Perspectives from Eastern European Neighborhood Countries” adlı beynəlxalq konfrans və s.
KİTABLAR
- Uşaq inkişafinin qiymətləndirilməsi.Bakı Elmi İnkişafı fondu nəşriyyatı. 2015
