Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Mahmudova Rəhimə Mahmud q.

Pedaqogika elmləri namizədi, dosent
İş telefonu - 438-40-98

QISA BİOQRAFİK MƏLUMAT

R.M.Mahmudova 19 avqust  1952-ci ildə Abşeron rayonunda anadan olub. 1970-1976-cı illərdə BDU-nun kimya fakültəsində təhsil alıb. 1969-cu ildən BDU-da əmək fəaliyyətinə başlayıb: laborant, baş laborant, baş metodist, baş müəllim vəzifələrində çalışıb. Hal-hazırda pedaqogika kafedrasının dosentidir. 2003-cü ildə “Ali məktəbdə tələbə müstəqil işinin imkanları və yolları” mövzusunda namizədlik dissertasiyasını mudafiə edib. “Ali məktəbdə tələbə müstəqil işinin beynəlxalq standartlara uyğun müqayisəli tətbiqi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Respublikamızın bir çox ali məktəblərində tələbə müstəqil işinin təşkili onun apardığı tədqiqatların nəticələrinə əsaslanır. Son dövrlərdə Rusiyanın bir çox jurnallarında onun tələbə müstəqil işinin təşkili ilə bağlı məqalələri çap olunub. Onun rəhbərliyi ilə iki aspirant dissertasiya işini tamamlayıb və müdafiəyə təqdim edib. 2009-cu ildə BDU-nun 90 illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Respublikamızda və xarici ölkələrdə keçirilən Beynəlxalq elmi-nəzəri konfranslarda iştirak etmişdir. Bir dərslik, iki dərs vəsaiti, iki monoqrafiya və 50-dən artıq məqalənin müəllifidir.

Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1976-cı ildə BDU-nun kimiya fakültəsini bitirib.
2003-cü ildə «Ali məktəbdə tələbə müstəqil işinin imkanları və yolları» mövzuda namizədlik dissertasiyanı müdafiyə edib. 
«Ali məktəbdə tələbə müstəqil işinin beynəlxalq standartlara uyğun müqaisəli tətbiqi» mövzusunda doktorluq dissertasiyasının üzərində işləyir.

ƏMƏK FƏALİYYƏTİ

1969-cu ildən BDU-da laborant, baş laborant, baş metodist, baş müəllim vəzifəsində çalışıb. Hal-hazırda BDU-nun Pedaqogika kafedrasında dosent vəzifəsində çalışır.

TƏDQİQAT SAHƏSİ

Ali məktəb tələbələrinin mütəqil işinin qlobal cəmiyyətdə inteqrasiyası problemi.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

“Müasir mərhələdə pedaqoqika elminin inkişaf perspektivləri” B. BDU XI. 2004

Pedaqogika elminin inkişafında yeni mərhələ  B. BDU, 2011

V Beynəlxalq  Təhsil Forumu, Kipr, XI.2015

VII Uluslararası eğitim yönetimi forumu. Kipr  2016

V beynəlxalq konfrans, Ukrayna, Kramatorsk,  X. 2017

VIII Uluslararası eğitim yönetimi forumu, Ankara, X. 2017

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Ali məktəbdə tələbələrin müstəqil işinin təşkilinə yeni yanaşmaya dair. «BDU-nun xəbərləri» jurnalı, № 2-3, 2003.
  2. Ali məktəbdə tələbə müstəqil işinin mədəniyyəti məsələsinə dair. «Körpü» qazeti, 04.11.2003 ,s.2
  3. Ali məktəbdə tələbə müstəqil işinin beynəlxalq standartlara uyğun müqayisəli tətbiqi. BDU xəbərləri, №1, 2008
  4. Ali məktəbdə tələbə müstəqil işinin təşkilinin pedaqoji-psixoloji şərtləri. “Elmi əsərlər”. №, 2004, s.177-184.
  5. Pedaqogika. Bakalavr pilləsi üçün proqram, 2007.
  6. Tələbələrin müstəqil işində yeni istiqamət. «Pedaqogika elminin inkişafında yeni mərhələ» Beynəlxalq elmi-praktik konfrans mater. B. BDU, 2011 s. 359-360
  7. Ali məktəb müəllimlərinin funksiyaları. «Pedaqogika elminin inkişafında yeni mərhələ» Beynəlxalq elmi-praktik konfrans mater. B. BDU, 2011 s. 361-36
  8. Электронные дидактическая средства. «Pedaqogika elminin inkişafında yeni mərhələ» Beynəlxalq elmi-praktik konfrans mater. B. BDU, 2011 s. 179-184
  9. Azərbaycan təhsilində təxəyyül mərhələsi (H.Əlizadə) Məqalə V Beyn. Təhsil Forumu, Kipr, XI 2015
  10. Tələbə müstəqil fəaliyyətinin formalaşdırılması imkanlarına dair Məqalə “Az.məktəbi” jurn., № 4, 2015, s. 30-37
  11. Tələbə müstəqil işləri və onun mərhələləri Məqalə VII Resp.e/k. mater. V, 2015, s.224-226
  12. The role of the “teacher-student” relations in the formation of “residual” knowledge           (H.Əlizadə) (İmprapakt-faktorlu jurnal) Məqalə Indian Journal of Fundamental and Applied Life Sciences 2015, s. 911-918
  13. Qalıq biliyi təhsilin keyfiyyət göstəricisi kimi. Məq., “Təhsildə pedaqoji yanaşmalar” Resp. e/k, Bakı 2016. s. 241-244
  14. Sürekli eğitim kimliğinin sosyallaşması faktörü (həmmüəllif). Məq., VII Uluslararası eğitim yönetimi forumu. Kipr 2016
  15. Organization of training on the basis of creative tasks as a way of formation of independent activity of students. Məq., European journal of Education. Thomson Reuters Imerging Citation. 2016
  16. Azərbaycan təhsilində ənənəvi, fəal və interaktiv təlim mərhələləri. Tezis, SEP –25, Resp. e/konf, XII.2016, s. 151-153
  17. Tələbə müstəqil fəaliyyətinin təşkili təhsil konsepsiyasının tələbi kimi, Məqalə, IX resp. e/konf, 4 may 2017, səh. 274-276
  18. Tələbə müstəqil fəaliyyətinin təşkili interaktiv təlimə keçid müstəvisində, Məqalə, Resp. e/konf, 6 dekabr 2017. Səh. 38-42
  19. Поддерживающее обучение как инновационное направление в системе образования, Məqalə, V beynəlxalq konf., Ukrayna, Kramatorsk, 30 oktyabr, 2017, s. 21-25
  20. Eğitim görüşünün telebi olaraq öğrencinin bağımsız fəaliyyətinin orqanizə edilməsi, Tezis, VIII Uluslararası eğitim yönetimi forumu, Ankara, 19-21 oktyabr 2017, s. 1029-1030
  21. Təhsilin psixodiaqnostik problemləri, Monoqrafiya, “Nurlar” Nəşriyyat-Poliqrafiya mərkəzi, Bakı 2018, 19,5 ç.v

KİTABLAR

  1. Pedaqogika. Dərslik,  “Çaşoğlu”, Bakı, 2003
  2. Ali məktəbdə tələbə müstəqil işinin imkanları yolları. “Çaşoğlu”, Bakı, 2005
  3. Təhsilin sosial-pedaqoji məsələləri. “Turan evi”, Bakı, 2008
  4. Педагоэика, Dərslik, Б., БДУ,2012, 36 ч.в.
  5. Təhsildə innovativ texnologiyalar. Dərs vəsaiti., B. 2016, 18 ç.v.
  6. Təhsilin Psixodidaktik problemləri, Monoqrafiya,  B akı,  Nurlar nəşriyyatı, 2018, 19, 5 ç.v
Bookmark and Share
© Bakı Dövlət Universiteti