Mollayeva Elza Əlipaşa qızı
Pedaqoji elmləri namizədi, dosent
Tel: (+99412) 438 40 98
QISA BİOQRAFİK MƏLUMAT
1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda, Kurtlar kəndində anadan olmuşdur. 1978-ci ildə Sumqayıt şəhəri 15 nömrəli orta məktəbi bitirmiş, həmin ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə həmin ali təhsil müəssisəsin fərqlənmə ilə bitirmişdir.
2006-cı ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Yeniyetmə qızlara şərəf və ləyaqət hisslərinin aşılanması üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə etmişdir. 2007-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində elmlər doktoru proqramı üzrə “Pedaqoji təmayüllü ali məktəb tələbələrinə gender bərabərliyinin aşılanmasının imkan və yolları” mövzusunda doktorluq dissertasiyası götürmüş, 2015-ci ildə həmin dissertasiya üzərində işi bitirmişdir.
2014-2015-ci tədris ilindən Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında tam ştat üzrə dosent vəzifəsində çalışır. Onun 50-ə yaxın məqalə və tezis (onlardan dördü xaricdə nəşr olunmuşdur), 2 metodik vəsait, 2 dərslik, 4 proqram, 1 monoqrafiyası nəşr olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və üç roman müəllifidir. Qarabağ müharibəsinə həsr etdiyi əsərlərinə görə “Qızıl qələm” mükafatı, Təhsil Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif edilmişdir.
iki övladı, üç nəvəsi var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2006-cı ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Yeniyetmə qızlara şərəf və ləyaqət hisslərinin aşılanması üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə etmişdir. 2007-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2018-ci ildə “Pedaqoji təmayüllü ali məktəb tələbələrinə gender bərabərliyinin aşılanmasının imkan və yolları” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
2004-2015 ci illərdə Azərbaycan Müəllimlər İnsitutunun pedaqogika kafedrasında çalışmışdır.
2015-ci ildən etibarən Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında tam ştat üzrə dosent vəzifəsində çalışır.
Seçilmiş əsərləri
- Təhsildə Azərbaycanın dövlət strategiyası Məqalə VII resp. e.k. mat. BDU, V.2015 s. 108-114
- Yeniyetmələrin sosiallaşmasında məktəbin rolu Tezis VII resp. e.k. mat. BDU, V.2015 s. 204-206
- Azərbaycan Təhsil Sistemində Boloniya prosesi (A.Bayramova) Məqalə VII resp.e.k.mat. BDU, V.2015 s. 248-254
- Konfutsiya və tərbiyə Tezis VII resp.e.k.mat. BDU, V.2015 s. 517-519
- Gender bərabərliyinin aşılanmasında gender mədəniyyətinin yeri və rolu məqalə Pedaqoji Universitetin xəbərləri. Bakı, 2013, №3. Səh 407-411
- Azərbaycan təhsilindəki gender problemlərinin həlli yolları. məqalə AMİ-nin xəbərləri. Bakı, 2013, №1. Səh32-36
- C.Məmmədquluzadənin pedaqoji və publisistik fəaliyyətində gender probleminə münasibət məqalə AMİ-nin xəbərləri. Bakı, 2013, № 2-3. Səh 33-37
- Dərsliklərin gender ekspertizasının pedaqoji əhəmiyyəti məqalə AMİ-nin xəbərləri. Bakı, 2013, №4. Səh 28-32
- Ali məktəb dərsliklərinin gender aspektindən təhlili məqalə Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. 2014, № 1.Səh 264-269
10. Xristianlıq və buddizmdə qadınla bağlı fikirlərin gender aspektindən təhlilinin sosial-pedaqoji tərəfləri məqalə Pedaqoji Universitetin xəbərləri. Bakı, 2014, №1. Səh 335-339
11. Gender bərabərliyinin aşılanmasında Məhsəti Gəncəvinin ədəbi irsindən istifadənin pedaqoji əhəmiyyəti məqalə Odlar Yurdu Universitetinin elmi və pedaqojixəbərləri. Bakı, 2014, №39. Səh 183-188
12. Vliəniə vnedreniə idey qendernoqo ravenstva sredi molodoqo pokoleniə na jenskoe liderstvo statğə Vektor nauki Tolğəttinskoqo Qosudarstvennoqo Universiteta. 2014, №1(16). str. 146-149
13. Vozmojnostğ privivaniə studentam predstavleniə qendernoqo ravenstva v proüesse prepodovaniə v istorii Azerbaydjana statğə Teoriə i praktika obhestvennoqo razvitiə. Nauçnıy jurnal. 2014, № 10. str. 81-85
14. Gender bərabərliyinin aşılanmasında ali məktəb müəlliminin rolu və vəzifələri Tezis Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının90-cı il dönümünə həsr olunmuş «Müəllim hazırlama siyasəti və problemləri» beynəlxalq simpoziumu. Bakı, 3-4may, 2013 Səh 18-20
15. Gender tərbiyəsi:tarixi,nəzəriyyəsi və müasir problemləri Monoqrafiya Bakı: «Elm və təhsil», 2013 Səh 268
16. Tələbələrə gender bərabərliyinin aşılanmasında Avropa pedaqoji fikir tarixindən istifadənin imkanları məqalə Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı: Slavyan Universiteti,2016, №1 Səh.246-249
17. Pedaqoji prosesdə tələbələrə gender dəyərlərinin aşılanmasında gender identikliyinin nəzərə alınmasının əhəmiyyəti məqalə Pedaqoji Universitetin Xəbərləri, Bakı, ADPU, 2017, № 1Səh. 242- 245
18. Gender probleminin elmi-pedaqoji ədəbiyyatda tədqiqi Məqalə Pedaqoji Universitetin Xəbərləri, Bakı, ADPU, 2017, №2 Səh.284-291
19. Şərq və Qərb ailə dəyərlərindəki gender probleminin tərbiyə prosesinə təsirinin tələbələrə çatdırılması Məqalə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasınını 94-cü ildönümünə həsr olunmuş “Çağdaş dövr və təhsil” mövzusunda IX ümumrespublika elmi-praktik konfansı 4 may 2017 Səh.348-352
20. Gender Stereotypes and the Role of Women in Higher Education (Azerbaijan Case Study). Education and Urban Society https://doi.org/10.1177/0013124517713613 Məqalə Thomson Reuters. First Published July 13, 2017. United States. University of Dayton.USA 1-17
21. The solution of gender problem in Azerbaijan in the historical and social and pedagogical aspect (post soviet and modern era), Məqalə, Milton Studies Journal// Volume 62, İssue 2, USA 2018
