Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Mətanət Abbasova

Fəlsəfə üzrə fəlsəfə doktoru

Vəzifə:böyük elmi işçi

İş telefonu:5390397

Mail adresi:

 

QISA BİOQRAFİK MƏLUMAT

M.M.Abbasova 1966-cı ildə Tərtər rayonunda anadan olmuşdur. Orta məktəbi Tərtər rayonunda bitirmişdir. Universitetə daxil olana qədər Tərtər rayonunda Narçılıq Sovxozunda komsomol təşkilat katibi işləmişdir. 1988-ci ildə BDU-nun hazırlıq şöbəsinə daxil olmuş, 1995-ci ildə filologiya fakültəsini bitirmişdir. 1993-1996-cı illərdə Bakı Biznes Universitetində müəllim işləmişdir. 1996-2000-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının əyani aspirantı olmuşdur. 2000-ci ildən Sosioloji tədqiqatlar ETL-nın elmi işçisidir. 2006-cı ildə “Siyasi milli şüur sosial fəlsəfənin obyektidir” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Siyasi milli şüur problemləri üzrə elmi-tədqiqat işi aparır. 23 məqalənin və 1 kitabın, 1 metodik vəsaitin, 2 tezisin, 1 proqramın müəllifidir.

Evlidir, 2 övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

Fəlsəfə üzrə fəlsəfə doktoru,Sosioloji tədqiqatlar laboratoriyasında böyük elmi işçi

ƏMƏK FƏALİYYƏTİ

1993-96-cı illərdə Bakı Biznes Universitetində müəllim.

1996-2000-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının əyani aspirantı.

2000-ci ildən BDU-nun Humanitar fakültələr üzrə fəlsəfə kafedrası yanında «Sosioloji tədqiqatlar laboratoriyasının» elmi işçisi, 2014-cü ildən böyük elmi işçisiDIR.

TƏDRİS ETDİYİ FƏNLƏR

Fəlsəfə, Fəlsəfədə insan problemi, Fəlsəfi prinsiplərin elmi idrakda rolu, Fəlsəfə və elmi metodologiya, Təbii və sosial sistemlər, Sosiolinqvistka, Beynəlxalq iqtisadi təşkilatların sosiologiyası, Siyasi münaqişə və onalrın nizamlanması ,İdarəetmə sisteminin hüquqi əsasları, Siyasi fəallıq və siyasi şüur

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR

    Bir sıra respublika və beynəlxalq elmi konfranslarda iştirak edib

    ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

    1. «Elmi texniki tərəqqinin təhsilin inkişafında rolu», BDU. Kitabxanaçılıq və biblioqrafiya, elmi nəzəri jurn. №2. 2012
    2. «Təhsilin qiymətləndirilməsi problemi və təhsil islahatları» Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış№13, I-ci hissə; 2014.
    3. «Dilin strukturunun formalaşmasında cəmiyyətin rolu»BDU. Tarix və onun problemləri. № 3, 2015
    4. «Elm və texniki tərəqqinin qarşılıqlıəlaqəsi» BDU. Tarix və onun problemləri. Bakı – 2016
    5. «Ali təhsil demokratikləşmənin aparıcı xətti kimi» BDU. Sosial və humanitar elmlərin müasir problemləri, № 19, 2017
    6. «Sosial işin inkişafında dövlət siyasətinin əsas istiqamətləri» BDU. Sosial və humanitar elmlərin müasir problemləri, № 20, 2018
    7. «Sosial linqvistika»(proqram), Bakı Dövlət Universiteti nəşriyyatı, 2018
    Bookmark and Share
    © Bakı Dövlət Universiteti