Müxtəlif yaş dövrlərində inkişaf psixologiyası haqqında
Uşaqlıq, gənclik, yetkinlik və qocalıq dövründə psixoloji inkişafın fakt və qanunauyğunluqlarını, inkişafın yaş problemləri və normativlərini, tipik yaş problemlərini, öncədən proqnozlaşdırılan yaş böhranları və onlardan xilas olma yollarını birinci növbədə praktik psixoloq bilməlidir.
Bu kurs insan həyatının bütün mərhələlərini – tək valideynlik üçün hazırlıq və prenatal dövrü deyil, həmçinin yaşlanma və ölüm etaplarını əhatə edir. Bu kursun digər vacib xüsusiyyəti insanın inkişaf prosesinin təhlilinə və təsvirinə hərtərəfli yanaşmasıdır. İnkişafa bir çox faktorların – bioloji, sosio-mədəni, psixoloji qarşılıqlı əlaqəsi kimi baxılır. Hər mərhələdə fiziki, idrak, emosional, psixososial inkişafın xüsusiyyətləri təsvir edilir.İnkişafın yüsək fərdi dəyişiklikləri xarakterizə edən bir proses kimi işıqlandırılması daha faydalıdır.
Kursun proqramı 75 saat nəzərdə tutulub.
“İnkişaf psixologiyası” kursunun məqsədi: inkişaf psixologiyası və yaş psixologiyası sahəsində psixoloji biliklərin formalaşdırılması.
Kursun tədris məsələləri:
1.Magistrlər tərəfindən psixikanın mahiyyəti və təbiəti haqqında nəzəri biliklər sisteminin, onun ontogenezinin, təhsil və tərbiyə prosesində tam psixi inkişafın şərtlərinin mənimsənilməsi (psixoloji səlahiyyətlərin nəzəri əsaslarının formalaşdırılması);
2.Psixoloji fəaliyyət üçün psixoloji hazırlığın təmin edilməsi.
