Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ
  • Müəllimlər

«İNKİŞAF» Respublİka Elmİ-Praktİk MƏRKƏZİ (REPM)

Mərkəzin strukturu:

Direktor – prof.. Psixologiya üzrə fəlsəfə doktoru Rəna İbrahimbəyova .

Mərkəz  iki  bölmədən  ibarətdir:

  1. psixoloji tədqiqatlar bölməsi,
  2. metodiki-pedaqoji və informasiya təminatı bölməsi.

Psixoloji tədqiqatlar bölməsində çalışanlar:

  1. ZülfiyyəVeysova – p.ü.f.d. – aparıcı elmi işçi
  2. Vəfa Məmmədova–  elmi işçi
  3. Bahar Kərimova – kiçik elmi işçi
  4. İradə Məmmədova – kiçik elmi işçi
  5. Həbib Kərimov – kiçik elmi işçi.

Metodiki-pedaqoji və informasiya təminatı bölməsində çalışanlar:

  1. İradə Zamanova – kiçik elmi işçi

Mərkəzin yaradılması tarixindən:

“Gender və tətbiqi psixologiya” kafedrasının nəzdində həm də “İnkişaf ” Respublika Elmi Praktik Mərkəzi (REPM) fəaliyyət göstərir. “İnkişaf ” Respublika Elmi Praktik Mərkəzi (REPM) 1990-cı ildə “Yaradıcı İstedad” Respublika Elmi Praktik Mərkəzi (REPM) kimi  Təhsil Nazirliyinin əmri ilə yaradılmışdır. Həmin Mərkəz 2010-cu ilə qədər  BDU-nun elmi-tədqiqat bölməsinin  ayrıca  qurumu idi,  2010-cu ildə isə  (BDU-nun 11 noyabr R-102 nömrəli  əmri)  “Gender və tətbiqi psixologiya” kafedrasının nəzdinə keçirilib. Kafedranın tətbiqi məsələlərlə bağlılığını nəzərə alaraq,  aparılan elmi işlərin tətbiqi sahəsinə  və bununla əlaqədar   “İnkişaf” REPM-nin fəaliyyətinə  xüsusi diqqət yetirilir.  “İnkişaf” REPM-in ən böyük nailiyyətlərindən biri hələ 90-cı illərdə işlənib hazırlanmış istedadlı uşaqlar üçün innovativ təhsil sistemi və ona uyğun tədris metodologiyasıdır. Bunu həyata keçirən və Mərkəzin tədris bazası olan Bakı Avropa Liseyidir. Hazırda Mərkəz və Lisey  təhsilin elmlə vəhdətinin  bazis nümunəsi kimi çıxış edir.  Burada elmi tədqiqatların nəticələri təhsildə yoxlanılır, təhsil problemləri isə elmi həllini tapır. Metakoqnitiv qabiliyyətlərin inkişafı, yeni interaktiv texnologiyaların, təhsildə qiymətləndirmənin adekvat sistemlərinin işlənməsi, gender məsələləri və istedadlı uşaqların təhsili və inkişafı ilə bağlı bir sıra digər  məsələlər Mərkəz əməkdaşlarının elmi işlərinin mahiyyətini təşkil edir,  Liseyin müəllimləri isə bu işlərin nəticələrini real tədris prosesinə tətbiq edirlər.  Ötən 25 il ərzində bu sistemdə təhsil almış şagirdlər, artıq yetkin yaradıcı şəxsiyyət, püxtələşmiş peşəkarlar kimi müxtəlif sahələrdə ölkəmizdə və respublikamızın hüdudlarından uzaqlarda uğurla çalışırlar.  Bununla da onlar REPM  tərəfindən aparılmış işin səmərə və faydasını sübuta yetirirlər.

2016-2018-ci illər üçün “Azərbaycanda innovasiyaların səmərəli tətbiqi üçün müəllimin davamlı peşəkarlıq səviyyəsinin artırılması yollarının tədqiqi”  mövzu üzrə elmi araşdırılmalar aparılır.

Bookmark and Share
© Bakı Dövlət Universiteti