İnkişaf və istedad
Kursun məqsədi şəsxiyyətin inkişaf prosesi kontekstində magistrantları əmək bazarında bazar münasibətlərinin bərqərar olması və təhsilin modernləşdirilməsi , informasion cəmiyyət keçid şəraitində xüsusi aktuallıq kəsb edən istedad və qabiliyyət problemi ilə tanış etməkdən ibarətdir .
Fənnin tədrisi prosesində magistrantlar problemin meydana gəlməsi və inkişaf tarixi (Azərbaycanın təcrübəsi də daxil olmaqla ) , şəxsiyyətin inkişaf prosesində istedad və qabiliyyətlərin rolu ( filogenezdə və ontogenezdə ), istedadlı uşaqlarla və gənclərlə işin pedaqoji aspektləri ilə tanış olurlar.
Eyni zamanda, onlar qabiliyyətlərin differensiasiyası və ölçülməsi (psixodiaqnostika), eləcə də müasir təhsil sisteminin müvəffəqiyyətinin əsas meyarı olan yaradıcı prosesin stimullaşdıırılması üzrə bacaraqları əldə edə bilir. Magistrantın müşahidəçi qismində istedadlı uşaqlar üçün nəzərdə tutulan şəhər məktəblərinin birində tədris prosesinə daxil edilməsi də nəzərdə tutulur.
Kurs “İnkişaf və İstedad” ixtisası üzrə magistraturanın tədris planına icbari fənn kimi daxil edilib və dərsdə aparılan qiymətləndirilmənin nəticələri əsasında yekunlaşır.
