N.X.Nəcəfova – baş laborant
Vəzifə: Baş laborant
İş telefonu: 538 04 21
Mail adresi: natavannadjafova@rambler.ru
QISA BİOQRAFİK MƏLUMAT
N.X.Nəcəfova 3 oktyabr 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olunub, 1994-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1995-ci ildə BDU-nun Fəlsəfə və sosiologiya (hazırda Sosiologiya) kafedrasında baş metodist vəzifəsində çalışır. 2013-2017-ci illərdə Sosiologiya kafedrasının "Ümumi sosiologiya" ixtisası üzrə dissertantı olmuşdur.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
ƏMƏK FƏALİYYƏTİ
1995-ci ildə BDU-nin Fəlsəfə və sosiologiya kafedrasına baş laborant vəzifəsinə qəbul olunub.
TƏDRİS ETDİYİ FƏNLƏR:
Ümumi sosiologiya, Marketinq, Şəxsiyyətin sosiologiyası
TƏDQİQAT SAHƏSİ
Müasir Azərbaycan cəmiyyətində valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı sosial siyasətin əsas istiqamətləri
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2016-cı ildə - Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avstriya Respublikasının aidiyyəti qurumları tərəfindən birgə icra edilən TVİNNİNQ layihəsi çərçivəsində keçirilən Sosial iş sahəsində çalışan təlimçilərin təlim kursu, sertifikat alıb;
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, "Gənclərin sosial problemlərinin həllinə kömək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Məişət zorakılığının qurbanı olan şəxslərə hüquqi yardım və sosial xidmətlərin göstərilməsi" təliminin iştirakçısı olub, sertifikat alıb;
2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Doktorantların və gənc tədqiqatçıların XXI Respublika Elmi Konfransı.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
- Sosial işdə etik münasibətlər// məqalə. Bakı Universiteti nəşriyyatı. Bakı. 2009
- Sosiologiyada paradiqma// məqalə. BDU Sosial elmlər psixologiya fakültəsi məqalələr toplusu. Bakı. 2013 (həmmüəlliflə)
- Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və kimsəsiz uşaqlara qayğının təşkili//məqalə. Bakı.2014
- Valideyn himayəsindən məhrum olmuş uşaqlar problemi sosial iş kontekstində// Bakı Universitetinin Xəbərləri №1-2. 2015
- Davamlı inkişaf şəraitində vergi mədəniyyətinin yüksəldilməsi// məqalə. Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu elmi-praktik konfransının materialları. Şamaxı. 2015
- Şəxsiyyətin sosiologiyası fənninin proqramı. Bakı. 2015
- Работа в Азербайджане с детьми, оставшимися без попечения родителей. Актуальные проблемы философии и социологии. Выпуск 10, 2016 Одесса.
- Azərbaycanda de-institusionallaşma prosesinin həyata keçirilməsi mexanizmləri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Doktorantların və gənc tədqiqatçıların XXI Respublika Elmi Konfransı. Bakı Dövlət Universiteti, 24-25 oktyabr 2017-ci il, s.44-46.
