Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Pedaqoji elmlər doktoru, professor L.N.Qasımova

QASIMOVA LƏZİFƏ NAĞI QIZI

Elmi dərəcəsi və hal-hazırda BDU-da tutduğu vəzifəsi: Pedaqogika kafedrasının müdiri, Pedaqoji elmlər doktoru, professor

İş telefonu: 438-40-98

QISA BİOQRAFİK MƏLUMAT

L.N.Qasımova 31 dekabr 1948-ci ildə Naxçıvan şəhərində anadan olub. 1971-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) filologiya fakültəsini bitirib. 1975-1983-cü illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim vəzifəsində işləyib. 1977-1981-ci illərdə aspiranturada təhsil alıb. 1984-cü ildə BDU-nun Pedaqogika kafedrasında baş müəllim vəzifəsində işləməyə başlayıb. 1987-ci ildə “Doğma diyarın öyrənilməsi ibtidai sinif şagirdlərinin vətənpərvərlik tərbiyəsinin vasitəsi kimi” mövzusunda namizədlik dissertasiyası, 2006-cı ildə “Orta ümumtəhsil məktəbləri şagirdlərinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin nəzəriyyə və təcrübəsi” (V-IX siniflərin “Ədəbiyyat” və “Azərbaycan tarixi” fənləri üzrə) mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hal-hazırda pedaqogika kafedrasının müdiri, professorudur. İki nəfər dissertantı müdafiə edib, beş nəfər doktoranta elmi rəhbərlik edir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında pedaqogika üzrə ekspertdir. 2009-cu ildə BDU-nun 90 illik yubileyi ilə əlaqədar “Tərəqqi” medalı ilə təltif olunub. Respublikamızda keçirilən Beynəlxalq konfransların iştirakçısı olub.  90-dan çox məqalənin, 5 monoqrafiyanın, 2 kitabın müəllifidir. Həyata keçirdiyi təcrübələr və elmi yeniliklər haqqında - orta məktəblərdə şagirdlərin milli mənəvi dəyərlər ruhunda tərbiyəsinə dair təcrübələr.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Neçənci ildə hansı universiteti bitirib: 1971-ci ildə V.İ.Lenin adına APİ (indiki APU). Namizədlik dissertasiyasının mövzusu və müdafiə etdiyi il: «Doğma diyarın öyrənilməsi ibtidai sinif şagirdlərinin vətənpərvərlik tərbiyəsinin vasitəsi kimi», 1987-ci ildə. Doktorluq dissertasiyasının mövzusu və müdafiə etdiyi il: «Orta ümumtəhsil məktəbləri şagirdlərinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin nəzəriyyə və təcrübəsi (V-IX siniflərin «Ədəbiyyat» və «Azərbaycan tarixi» fənləri üzrə). 2006-cı il.

ƏMƏK FƏALİYYƏTİ

İşlədiyi yerlər: Naxçıvan Dövlət Universitetində - müəllim, BDU-da -müəllim, baş müəllim, dossent, professor. 1984-cü ildən Pedaqogika kafedrasında çalışır.

Tədris etdiyi fənnlər: Məktəb pedaqogikası, Ali məktəb pedaqogikası.

 

TƏDQİQAT SAHƏSİ

Milli-mənvi dəyərlərin tədqiqi

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

BDU-da keçirilən beynəlxalq konfransda çıxış. Türkiyənin Hacatəpə Universitetinində keçirilən konfransda iştirak. Ankara, 2014-cü il 5-8 iyun

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Педагоэика, Dərslik, Б., БДУ,2012, 36 ч.в.
  2. Тящсилин йени сямяряли йолу, Tezis, Б., ТПИ, елми конфрансын материаллары 2012
  3. Тəлябялярля фярди иш, Məqalə, «Тящсил вя ъямиййят», В елми практик конфрансын материаллары, Б., БДУ, 2013, сящ.20-23
  4. Ф.Кючярлинин мцяллим щаггында фикирляри, Məqalə, Республика елми практик конфрансын материаллары,Б.,БДУ, ХЫ. 2013, сящ.15-21
  5. Müasir məktəbdə pedaqoji ünsiyyət problemi, Məqalə, VI Resp. e.k.mat. B.2014,s. 46-50
  6. Məktəbdə müəllim-şagird münasibətləri problemi, Məqalə, BDU-95 Resp. Elm konf. mat. səh. 7
  7. Okulda öyretmen-öğrenci iletisimi sorunu, Tezis, Türkiyə-Hacıtepe univ. Konf mat, Türkiyə, 2014, s.124-126
  8. Формирование нравств. ценности и их закономерности, Tezis, III beyn e.k. mat. BPKHİ,2014,s.84-86
  9. Ali məktəb müəllimi Tezis VII Resp. E. konfrans.mat. BDU 2015, Səh. 12-13, 2015

10.  Pedaqoji ünsiyyət və onun sosial-psixoloji mexanizmi Məq. Bey/elmi konfrans. Naxçıvan 2015, səh. 259-261

11.  Pedaqoji İletişim və öğrencilerin oluşumuna etkisi Tezis Bildiri özetleri kitabı. 8-10 iyun, Türkiyə Hacettepe Univer., 2015

12.  Kurikulum tədris proqramı Proq. BDU, TMŞ, 2015

13.  Pedaqogikadan sxemlər (M.İsmixanov) Met.vəs ADPU, B.2015, 2 ç.v.

  1. Ümumtəhsil kurikulumunun əsasları (M.İsmixanov) Rəy ADPU,B.2015,14 ç.v.

15.  Azərbaycan təhsilində kurikulum konsepsiyası. Dərs vəsaiti, B., 2016, 228 s.

16.  Новая стратегия образования (соав)., Məq., Bey/konf mat. M. 2016, s. 333-337

17.  Təhsilin əsаs pаrаdiqmаlаrının хаrаktеristikаsı. Məq., VII Uluslararası eğitim yönetimi forumu. Kipr noyabr, 2016

18.  Kurikulum və orta təhsil pilləsinin məqsədi. Məq., Təhsildə pedaqoji yanaşmalar. Resp e.k. B. 2016, s. 105

19.  Şagirdlərin özünütərbiyə məsələlərinə dair. Tezis.,  SEP –25, Resp. e/konf, XII.2016, s. 142-143

20.  Xanım qızlar tərbiyəsi. Tezis., SEP –25, Resp. e/konf, XII.2016, s. 143-145

21.  Mehriban xanım Əliyevanın təhsilimizə qayğılı münasibətindən, Məqalə, “Azərbaycanın işıqlı gələcəyi”, Bakı 2017, s. 9-12

22.  XXI əsrin qlobal çağırışları və müasir interdisipinar ali təhsilin dəyişən pedaqoji təlim paradiqmaları, Məqalə,  VIII Uluslararası eğitim yönetimi forumu, Ankara, 19-21 oktyabr 2017

23.  Поддерживающее обучение как инновационное направление в системе образования, Məqalə, V beynəlxalq konf., Ukrayna, Kramatorsk, 30 oktyabr, 2017, s. 21-25

24.  Ümumtəhsil məktəblərində kütləvi bədən tərbiyəsi və idmanın inkişaf yolları, Metodik vəsait,  Bakı “Təknur” 2017. 8,9 ç.v.

KİTABLAR:

  1. Pedaqogika. 2003 (dərs vəsaiti)
  2. “Azərbaycan tarixi” fənninin tədrisi prosesində şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi. 2003
  3. Məktəblilərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi təcrübəsindən. 2004.
  4. Ali təhsilin qloballaşması yolu, Bakı, BDU, 2009
  5. Azərbaycanda Boloniya prosesi və tələbələrlə fərdi iş. Kitab. Bakı, BDU, 2011
  6. Pedaqogika 2012 (dərslik)
Bookmark and Share
© Bakı Dövlət Universiteti