Psixologiya klubu
20.09.2017-ci il tarixində Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin nəzdində yaradılmış “Psixologiya” klubunun açılışı baş tutub. “Psixologiya” klubunun rəhbəri 3-cü kurs psixologiya ixtisasının tələbəsi Mahirə Hüseynova klubun məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına məlumat verib.
Klubun məqsədinə gənclər arasında maarifləndirmə işləri aparmaqla psixologiyanın aşılanması, müxtəlif psixoloji mövzuların müzakirəsi və s. daxildir. Eyni zamanda, davranışın bioloji təməlləri, müayinə üsullarından seçmələr, insan inkişafı, sosial davranış, şəxsiyyət, bədən dili və psixi pozğunluqlar kimi mövzular haqqında tədbirlər ( seminarlar, konfranslar, mühazirələr və s. ) həyata keçirmək, gəncləri müxtəlif psixoloji tədqiqatlar ilə yaxından tanış etməklə onlara bu tədqiqatların ictimai həyatın aktual problemlərinə yönləndirilməsi, psixologiyanın inkişaf tarixi və psixoloji cərəyanlar haqqında məlumat vermək klubun məqsədinə aid edilir.
Hüseynova Mahirə Araz qızı – klub rəhbəri
QISA BİOQRAFİK MƏLUMAT
1997-ci il iyulun 31-də Bakı şəhərində anadan olub.
2013-cü ildə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsində Respublika üzrə 2-ci yerə layiq görülüb.
2015-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinə daxil olub. Psixologiya ixtisası 3-cü kurs 1638 C qrupunun tələbəsidir.
2017-ci ildən Sosial Elmlər və Psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvüdür.
2017-ci il 26 apreldə keçirilən tələbə və magistrlərin “Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri” adlı Respublika Elmi - Praktik Konfransında “Uşaqların cəmiyyətə adaptasiyası” adlı tezisi ilə çıxış edib.
2017-ci il 24 aprel-15 may tarixlərində keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olub.
Öz ixtisası ilə bağlı bir çox seminarlarda və kurslarda iştirak edib, sertifikatlarla təltif olunub.
