PSİXOLOGİYA KAFEDRASI
1997-ci ildən 2020-ci ilə qədər psixologiya kafedrasına AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar Həmzə oğlu Əliyev rəhbərlik edib. O, fəaliyyətində sələflərinin qoyduğu ənənələrə sadiq qalaraq kafedranın daha da inkişafına nail ola bilib: kafedranın elmi-pedaqoji potensialı artıb, xarici əlaqələri genişlənib, kafedra müəllimlərinin tədris etdikləri dərslərin və apardıqları tədqiqat işlərinin keyfiyyəti yüksəlib. 2021-ci ilin yanvar ayından etibarən psixologiya kafedrasına professor Rəna Həmid qızı Qədirova rəhbərlik edir.
Hal-hazırda kafedrada ikinəfər psixologiya üzrə elmlər doktoru, professor (RənaHəmidqızı Qədirova, Elnarə İbrahimqızı Şəfiyeva), yeddi nəfər psixologiya üzrə fəlsəfə doktoru, dosent (Mirələm Vəli oğlu Vəliyev, İmdad Mustafa oğlu Bayramov,Təranə Tofiqqızı Babayeva, Sevinc Ağavəli qızı Allahyarova, Aydan Firudin qızı Səməndərova, Sevinc Yəhya qızı Quliyeva, Səxavət Nəsrəddin qızı Əliyeva), iki nəfər psixologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi ( Azər Məhəmməd oğlu Mustafayev, Yamən Əziz qızı Vəliyeva), iki nəfərpsixologiya üzrə fəlsəfə doktoru, baş müəllim (Kamilə Qinyazqızı Kazımova, Aida Kazım qızı Mirzəyeva), iki nəfər psixologiya üzrə fəlsəfə doktoru, müəllim ( Validə İbad qızı Vəliyeva, Nigar Ruslan qızı Nəsirova,) üç nəfər müəllim (Mariam Abdurəhmanovna Mustafayeva, Günel Oqtay qızı Şahinzadə, Elşən Misirxan oğlu Sadıqov) bir nəfər baş laborant (Xatirə Məhyəddin qızı Musayeva), bir nəfər laborant (Aytən İlham qızı Alışanlı) öz elmi və pedaqoji fəaliyyətlərini davam etdirirlər.
Kafedranın əməkdaşları əksər fakültələrdə psixologiya fənnini, sosial elmlər və psixologiya fakültəsində isə ixtisas kafedrası kimi sahə psixologiyalarını tədris edir.
