Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Rəcəbəli Əliyev

Fəlsəfə üzrə fəlsəfə doktoru, BDU-da Sosial elmlər və psixologiya fakültəsi, Sosial iş kafedrası, Sosioloji tədqiqatlar laboratoriyasında Böyük elmi işçi. Tel: (012) 439-03-87

QISA BİOQRAFİK MƏLUMAT

R.H.Əliyev 30 dekabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1965-1967-ci illərdə – 2 saylı şəhər texniki peşə məktəbində təhsil almışdır. 1967-1968-ci illərdə Bakı Metropoliteninin deposunda çilingər, daha sonra maşinist köməkçisi işləmişdir. 1969-1970-ci illərdə – hərbi xidmətdə olmuşdur. 1972-1978-ci illərdə ADU-nun Geologiya-coğrafiya fakültəsində təhsil almışdır. 1974-1976-ci illərdə ADU-nun Tələbə Gənclər təşkilatının azad katib müavini olmuşdur. 1976-1989-ci illərdə ADU-nun Azad Tələbə Həmkarlar İttifaqı komitəsinin Sədri olmuşdur. 1989-cu ildən hal-hazıradək Sosial elmlər və psixologiya fakültəsinin nəzdindəki Sosioloji tədqiqatlar laboratoriyasında böyük elmi işçidir. 1986-ci ildə “Həmkarlar ittifaqları sosializm cəmiyyətinin siyasi sistemində” mövzusunda dissertasiyası işini müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Siyasətin, ali təhsilin və sosial işin fəlsəfəsi problemi üzrə elmi-tədqiqat işi aparır. 22 elmi məqalənin və 1 kitabın müəllifidir (metodik vəsait).

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1978-ci ildə ADU-nun (BDU), Geologiya-Coğrafiya fakültəsini bitirmişdir. “Həmkarlar ittifaqları sosializm cəmiyyətinin siyasi sistemində” mövzusunda 1986-ci ildə dissertasiyası işini müdafiə edərək, Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1967-1972 –ci illərdə Bakı Metropoliteninin deposunda çilingər, Metropoliten qatarlarında maşinist köməkçisi və maşinist vəzifəsində çalışmış.

1974-1976-cı illərdə ADU-nun (BDU) Komsomol (Gənclər) komitəsinin azad katib müavini vəzifəsində çalışmış.

1976-1989-cu illərdə ADU-nun (BDU) Azad Həmkarlar İttifaqları Komitəsinin Sədri vəzifəsinə seçilmiş və bu vəzifədə çalışmışdır.

1990-1992-ci illərdə ADU-nun (BDU) Rektorun Humanitar işlər üzrə köməkçisi vəzifəsində çalışmışdır.

1989-cu ildən hal-hazıra kimi BDU-nun Sosial elmlər və psixologiya fakültəsi, Humanitar fakültələr üzrə fəlsəfə kafedrasında, 2018-ci ildən hal hazıra kimi Sosial iş kafedrasında Sosioloji tədqiqatlar laboratoriyasında Böyük elmi işçidir. 22 elmi məqalənin müəllifidir. 1 kitabın müəllifidir (metodik vəsait).

TƏDQİQAT SAHƏSİ

Siyasətin, ali təhsilin və sosial işin fəlsəfəsi problemi üzrə elmi-tədqiqat işi aparır.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. F.e.n. Əliyev R.H “Keçid dövründə Bakı gənclərinin siyasi fəallığı və orientasiyası” Tarix və onun problemləri jurnalı, №4, 2003, BDU

2. F.e.n. Əliyev R.H “Situasiyaların yaranmasında subyekt-obyekt münasibətləri” Beynəlxalq münasibətlərin aktual problemləri jurnalı, II Buraxılış, 2003, BSU

3. F.e.n. Əliyev R.H “Sosioloji təhlil prinsipləri” Tarix və onun problemləri jurnalı, №2, 2007, səh. 330-338 BDU

4. F.e.n. Əliyev R.H. “Sosialogiya elmlər sistemində və onun funksiyaları” “Elmi əsərlər” jurnalı №3, 2009, səh. 47-55 BSU

5. F.e.n Əliyev R.H. “О понятиях социального действия, взимодействия, поведения и контроля” “Elmi əsərlər” №1 2010, səh.46-54 BSU

6. F.e.n. Əliyev R.H. “Yaradıcı təfəkkür və intuisiya” “XXI-əsr mülahizələr və düşüncələr” mövzusunda elmi-praktik konfransın materialları səh. 93-95 BDU 2010

7. F.e.n. Əliyev R.H. “Müasir şəraitdə ali təhsilin məqsəd və vəzifələri” BSU elmi əsərlər (ictimai-siyasi elmlər seriyası) jurn. №3, Bakı 2010,

8. F.e.n. Əliyev R.H. “İdarəçilikdə tələbələrin rolu probleminin sosioloji təhlili” (məqalə). “Tarix və onun problemləri” № 3, 2011, səh. 346-351.

9. F.e.n. Əliyev R.H. “Ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması mexanizmində tələbə özünüidarəsinin rolu” BSU. Elmi əsərlər jurn. № 1-2, 2012-ci il. səh 27-32

10. F.e.n. Əliyev R.H. “Qloballaşma şəraitində ali təhsilin humanist funksiyası” XXI əsr. Qloballaşma. Sosial-iqtisadi problemlər. Elmi nəzəri konfransın materialları 20-21 dekabr-2013 səh. 60-69.

11. F.e.n. Əliyev R.H. “Müasir ali təhsil sistemində humanistləşmə” Sosial və humanitar elmlərin müasir problemləri , elmi əsərlər toplusu, buraxılış №11, BDU 2013, səh. 55-61

12. F.e.n. Əliyev R.H. “Təhsilin qiymətləndirilməsi problemi və təhsil islahatları” Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış №13, I-ci hissə; 2014. (məqalə, səh. 113-117)

13. F.e.n. Əliyev R.H. “Təhsildə demokratiya ilə mərkəziyyət prinsipinin vəhdədəti” BDU-nun 95 illiyinə həsr edilmiş: Təhsil, şəxsiyyət və cəmiyyət. Respublika elmi praktik konfransın materialları. səh. 60-63, 15.12.2014-cü il.

14. F.e.n. Əliyev R.H. “Təhsil islahatları: təhsilin gedişində problemlərin aradan qaldırılması” H.Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr edilmiş respublika elmi praktik konfransın materialları. səh. 203-206. 17.04.2015-ci il

15. F.e.n. Əliyev R.H. “Tələbələrin tədrisin idarə edilməsində rolu” Sosial proseslərin təhlilində informasiya kommunikasiya texnologiyalarının tətbiqi xüsusiyyətləri konfransı. II hissə. Tezis. 2015-ci il.

16. F.e.n. Əliyev R.H. “Tələbələrin elmi tədqiqatda iştirakının qiymətləndirilməsi metodikasına dair” Sosial və humanitar elmlərin müasir problemləri”, Buraxılış 15, 2015, səh. 184-188, BDU

17. F.e.n. Əliyev R.H. “Təhsil islahatları: ali təhsilin səmərəliliyinin qiymətləndirilməsi” Sosial və humanitar elmlərin müasir problemləri”, Buraxılış 16, 2016, səh. 272-276, BDU

18. F.e.n. Əliyev R.H. “Ali təhsilin demokratik cəmiyyətdə rolu” Sosial və humanitar elmlərin müasir problemləri”, Buraxılış 17, 2016, səh.52-57, BDU

19. F.e.n. Əliyev R.H. “Tələbələrin fəallığı və idarəçilikdə iştirakının real vəziyyətinin qiymətləndirilməsi” Sosial və humanitar elmlərin müasir problemləri”, Buraxılış 19, 2017, səh. 13-18, BDU

20. F.e.n. Əliyev R.H. “Ali təhsil sisteminin demokratikləşdirilməsi müasir dünyanın qlobal çağırışıdır” “Sosial və humanitar elmlərin müasir problemləri”, Buraxılış 18, 2017, səh. 17-21, BDU

21. F.e.n. Əliyev R.H. “Sosial iş elminin konseptual-nəzəri əsasları” “Sosial və humanitar elmlərin müasir problemləri”, Buraxılış 20, 2018, səh. 141-148, BDU

22. F.e.n. Əliyev R.H. “Sosial siyasət” . Təhsil və cəmiyyət. Bakı 20 aprel 2018. Beynəlxalq elmi-praktiki konfransının materialları. Səh. 322-328.

Bookmark and Share
© Bakı Dövlət Universiteti