Psixologiyada riyazi metodlar
Psixologiyanın əsas prinsiplərindən biri psixoloji proseslər haqqında yeni biliklər əldə etmək və onların mahiyyətini dərindən anlamaqdır. Bu problemin həlli üçün effektiv dialoq vasitəsini riyaziyyat təmin edir. Riyaziyyat düşüncəni sistemləşdirir və ilk baxışda aydın olmayan qanunauyğunluqları üzə çıxarır.
Əlbəttə, bütün statistik metodlar bu kursda təqdim olunmur. Metodların seçilmə prinsipi – anlama və istifadə etmədə sadəlik və effektivlik.
Təqdim olunmuş bütün eksperimental nəticələr xarici və yerli psixoloqlar tərəfindən aparılmış psixoloji tədqiqatlar nəticəsində əldə edilmiş real elmi məlumatlardır. Məsələlərin təklif olunmuş təhlili tanış metodun istifadəsində yenilikləri görməyə imkan verir.
Hal-hazırda psixoloji məlumatların riyazi təhlilini verən kompyuter proqramlarının olmasını nəzərə alaraq bu proqramda əsas diqqət SPSS kimi kompyuter proqramlarının mənimsənilməsinə, bu və ya digər statistik metodun ideologiyasının öyrənilməsinə yetirilir.
Kursun proqramı ele şəkildə təşkil olunub ki, psixoloqlar onlara aydın olmayan düstur dilindən qorxmasınlar, riyazi təhlilin məntiqini başa düşsünlər, böyük sevgilə və asanlıqla riyazi statistikanın metodlarını öz tədqiqatlarında istifadə etsinlər.
Kursun proqramı 75 saat (45 saat mühazirə, 30 saat seminar və praktikumlar) hesablanıb. Proqram kursun məqsəd və vəzifələrini, psixologiyada statistik metodların istifadə sahələrini və statistikanın əsas hissələrini: təsviredici, induktiv, korrelyasiya əks etdirən girişdən (8 saat) ibarətdir. Statistik metodların əsas növləri: parametrik və parametrik olmayan. Psixoloji məlumatların riyazi təhlilində istifadə olunan əsas anlayışlar. Növbəti bölmə - “Təsviri statistika” (10 saat) – təcrübə və ya müşahidə zamanı əldə edilmiş ilkin nəticələri ümumiləşdirməyə imkan verir. İnduktiv statistika bölməsi (14 saat) iki nümayəndənin eyni xalqa aid olmasının mümkünlüyünün nə dərəcədə düzgün olmasını müəyyən etməyə imkan verir. Korrelyasiya analiz bölməsi (16 saat) digər göstəricinin dəyərini bilməklə bir göstəricinin mümkün mənalarını müəyyən etməyə kömək edir. Bütün bölmələrdə informasiya emalının kompyuter metodları, məhz SPSS16 proqramı geniş istifadə olunur.
